Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki,Ermənistanla münasibətlərin normallaşması istiqamətində qarşı tərəfə 5 maddədən ibarət təkliflər paketi təqdim olunub.
Əslində,rəsmi Bakı 1 il bundan əvvəl də Ermənistanla sülh müqaviləsi imzalamaq və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün rəsmi təkliflərini irəli sürmüşdü.Ancaq məlumdur ki,Azərbaycanın təqdim etdiyi təklifləri N.Paşinyan hökuməti qəbul etməmişdi.
Üstəlik,Paşinyan hökuməti öz növbəsində şərtlər də irəli sürmüşdü.
Belə ki,nazir C.Bayramovun ifadə etdiyi 5 maddəlik sənəd Ermənistan tərəfinə təqdim olunub və qarşı tərəfdən cavab gözlənilir.Adı çəkilən sənədin 1 səhifə və 5 fundamental maddədən ibarət oldugu deyilir.
Ehtimal etmək olar ki,5 maddəlik sənəddə sərhədlərin demarkasiya, delimitasiya və Xankəndidəki separatçı rejimin bundan sonrakı statusu da əks olunub.
Digər bir məqam isə budur ki,Azərbaycan tərəfi iki dövlət arasında normallaşma prosesinin başladılması üçün birgə komissiyanın yaradılmasını təklif edir.
Bu,o deməkdir ki,Azərbaycan və Ermənistan aralarındakı problemləri həll etmək və sülh müqaviləsi imzalamaq üçün üçüncü dövlətin iştirakı olmadan birgə fəaliyyət kinsepsiyası hazırlaya bilərlər.
Lakin Ermənistanın “birgə komissiya”təklifinə müsbət yanaşacagı sual altındadır.Təbii ki,Ermənistan özündə güc tapıb Rusiyanın iştirakı olmadan Azərbaycanla üz-üzə oturması müşkül məsələdir.
Hətta bu gün Ermənistan XİN-nin mətbuat katibi Hunanyan deyirdi ki,sülh müqaviləsinin hazırlanmasında ATƏT-Minsk Qrupunun iştirakını istəyirlər.İş ondadır ki,hazırda ATƏT-in Minsk Qrupunun üç üzvündən ikisi(ABŞ,Fransa) Rusiya ilə Ukrayna böhranı səbəbindən problemlər yaşayırlar.
Kamal Aliyev
kafkassam
- Anasayfa
- »
- Azerbaycan
- »
- Kamal Aliyev: Rəsmi Bakının Ermənistana təqdim etdiyi 5 maddəlik təklifin mahiyyəti nədir?
Kamal Aliyev: Rəsmi Bakının Ermənistana təqdim etdiyi 5 maddəlik təklifin mahiyyəti nədir?
375 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.