KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Rəisi İrandakı etirazları niyə Baydenin üzərinə yıxdı?

Kamal Aliyev: Rəisi İrandakı etirazları niyə Baydenin üzərinə yıxdı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
382 0

İranda sentyabrın 16-da Məhisə Əminin hicab qaydalarına əməl etmədiyinə görə “əxlaq polis”tərəfindən fiziki və psixoliji təzyiqlərə məruz qalmasından sonra başlayan kütləvi etiraz aksiyaları davam etdirməkdədir.Müqayisə etsək görərik ki,hazırki aksiyalar 2019 və 2009-cu ildəki kütləvi etirazlardan həm miqyasca,həm də mahiyyət etibarilə xeyli fərqlınir.Xüsusilə,İrandakı orta təbəqənin və qadınların etirazlara qoşulması teokratik rejimin yuxusunu ərşə çekib.Dogrudur,etirazlar əvvəlki həftələrə görə nisbətən səngisə də,hələ də proseslər müxtəlif şəhərlərdə davam edir və bu,əmmaməli rejim nümayəndələrini qəzəbləndirir.Belə olan təqdirdə,başda ali rəhbər Seyid Əli Xamaneyi olmaqla,prezident İbrahim Rəisi,SEPAH-ın komandiri general Hüseyn Səlami və başqa kleptokratlar davam edən aksiyaların “səbəbkarlar”ını tapıblar.Əlbəttə,həmişə oldugu kimi,teokratik rejim “böyük şeytan”və “sionist”adlandırdıgı ABŞ və İsraili suçlayır.
İran prezidenti dünən Tehranda nazirlər kabinetinin iclasından sonra bəyan edib ki,”böyük şeytan”ABŞ İran və başqa ölkələrdı terroru körükləyir,xaosa dəstək verir.Görünür,Rəisi ABŞ prezidenti Cozef Baydenin İrandakı son aksiyalar haqqında açıqlamalarına qəzəblənib və fürsətdən istifadə edərək etirazları Vaşinqtondan idarə edildiyinə eyham vurmaqla,proseslərin qarşısını almaq istəyir.İrandakı diktatura rejimi də “xarici qüvvə”terminindən istifadə etməyə meyillidir və bu minvalla daxildəki etiraz ruhunu söndürmək istəyir.Yəni,teokratik rejim deyir ki,İranı xarici ölkələr xaosa sürükləməklə ölkəni suriyalaşdırmaq istəyirlər.Təbii ki,indiyəcən rejim “xarici qüvvə”qorxusunu şüurlara yeritməklə öz basqıcı mahiyyətini gizlədə bilməyi bacarıb.Bu gün İran prezidenti İbrahim Rəisinin hədəfinə təkcə “böyük şeytan”ABŞ deyil,”sionist”İsrail də gəlib.Rejim iddia edir ki,sionistlər həm Şimalı İraqdakı,həm də İranın Kürdüstan ostanındakı anti-rejim qruplaşmalarından istifadə etməklə,ölkəni parçalamaq istəyir.Lakin rejim onu etiraf etməkdə özündə cəsarət tapmır ki,əhali,xüsusilə,”z”nəsili(yeni nəsil gənclik),orta sinifi təşkil edən qadınlar rejimin siyasətindən beziblər.İrandakı 1979-cu ildəki islam inqilabının lideri Ruhulla Xomeyni hicab mövzusunda 1982-ci ilə qədər radikal addımlar atmırdı.1983-cü ildə rejim xüsusi qanun qəbul etməklə,ictimai yerlərdə qadınlardan hicabdan istifadə etdi.Rza Şah Pəhləvi də 20-ci illərdə İranda ənənəvi qadın geyimlərini,hicabı necə qadagan edən qanun çıxarmışdısa,Xomeyni də onun tərsini etdi.Əslində,həm pəhləvilər,həm də vilayəti-fəqih zehniyyəti İran xalqının ləyaqətini alçaltmagı özünün “ali”məqsədi hesab etmişdi.Pəhləvilərin zamanında İran xalqının təbbi və maddi resursları ABŞ və Böyük Britaniyaya daşınırdısa,mollaların vaxtında da bir qrup əmmaməli tərəfindən talanır.Əvəzində isə böyük potensialı və zəngin təbii resursları olan İran xalqı əzab-iztirab içində yaşamagda davam edir.

Kamal Aliyev Kafkassan

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir