Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov martın 12-də ölkəsində növbədənkənar prezident seçkisinin keçiriləcəyini bəyan edib.Berdumuhammedov prezident vəzifəsindən istefa verəcəyini,ancaq parlamentin yuxarı palatasının rəhbəri kimi qalacagını bildirib.
Q.Berdumuhammedov həm də Türmənistanın baş naziridir.
64 yaşlı Berdumuhammedov 2006-cı ildən Türkmənistanı idarə edir.
Dogrudur,martın 12-də keçiriləcək prezident seçkisində iştirak edəcək namizəd(lər)in adı açıqlanmayıb,lakin növbəti prezidentin Qurbanqulu Berdumuhammedovun oglu Sərdar Berdumuhammedovun olacagı ehtimal olunur.Ogul Berdumuhammedov hazırda baş nazirin müavinidir.
Qeyd edək ki,Qurbanqulu Berdimuhammedovun prezidentlik səlahiyyətləri 2024-cü ildə bitirdi.O,hazırda Türkmənistanda üç vəzifəni həyata keçirir:prezident,baş nazir və parlamentin yuxarı palatasının spikeri.
Qurbanqulu Berdumuhammedov dünən Türkmənistan parlamentindəki çıxışında dedi ki,bu qərarı vermək nə qədər çətin olsa da,gənc liderlərə yol açmagın vaxtıdır.
Təbii ki,Q.Berdumuhammedov “gənc liderlər”deyəndə ilk növbədə oglu Sərdar Berdumuhammedovu nəzərdə tutur.Çünki,ata Berdumuhammedovun keçmiş prezident Saparmurad Niyazovdan sonra idarə etdiyi diktatorial rejimi ən yaxşı halda elə oglu Sərdar Berdumuhammedov davam etdirə bilər.
Yeri gəlmişkən,Sərdar Berdumuhammedov əvvəllərdə diplomat,sənaye və tikinti naziri,parlamentin deputatı vəzifələrində işləyib.Q.Berdumuhammedov uzun illərdi ki,oglunu özünə varis kimi hazırlayırdı.
Belə çıxır ki,Qurbanqulu Berdimuhammedov Türkmənistanda “X”gününə hazırlaşır və martın 12-də nöqtəni qoyacaq.Ancaq maraqlıdır ki,o,parlamentin spikeri vəzifəsində siyasi fəaliyyətini davam etdirməklə,oglu və növbəti prezident Sərdar Berdumuhammedova “yol göstərən”kimu qalacaq.
P.S.İndi növbə Tacikistanın prezidenti İmomali Raxmondadır.İ.Raxmon da oglunu öz yerinə hazırlayır.
Kamal Aliyev Kafkassam