KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Qırgızıstan-Tacikistan gərginliyində Rusiya “barmagı” varmı?

Kamal Aliyev: Qırgızıstan-Tacikistan gərginliyində Rusiya “barmagı” varmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
320 0

Qırgızıstan-Tacikistan sərhədində atışma səsləri hələ də davam edir.
Tərəflər sərhəd bölgəsinə təhlükəsizlik və ordu qüvvələrini yerləşdirməkdə davam edirlər.
Qırgız hökuməti Ak-Say və Ak-Tatır kimi sərhəd ərazilərində yaşayan insanları artıq təhlükəsiz lokasiyalara təxliyə edib.

2021-ci ilin aprelində də Qırgızıstan və Tacikistan arasında baş vermiş qısa müddətli sərhəd gərginliyində 31 qırgız həlak olmuşdu,150-dən çox insan isə xəsarət almışdı.
Hətta o zaman Batken vilayətindən 20 min sakin təxliyə edilmişdi.

Belə ki,Qırgızıstan ərazisində Tacikistana aid olan Vorux anklavında SSRİ dövründə inşa edilmiş və qonşu ölkələri su ilə təmin edən suvarma anbarı yerləşir.
Tacikistan hökuməti bir müddətdir iddia edir ki,Qırgıstan tərəfi suyun bölüşdürülməsində ədalətsizliyə yol verir.Qarşı tərəf də eyni iddianı səsləndirir.
Lakin diqqətimi bir məqam çəkir ki,adətən yaz və yay aylarında suya təlabat artıgı üçün qırgız və taciklər arasında mübahisələr baş verir.İndi isə yanvar ayıdır və suya təlabat o qədər də yüksək deyil.Deməli,işdə bir “iş”var.

Qırgızıstan və Tacikistan arasında gərginliyin bir səbəbi də iki respublika arasındakı 980 kilometrlik sərh xəttinin hələ də yarısının demarkasiya olmamış qalmasıdır.

Yeri gəlmişkən,KTMT(OДКБ)-nin baş katibi Stansislav Zas bəyan edib ki,təşkilat konflikti həll etmək üçün “kömək”etməyə hazırdır.

Mərkəzi Asiyada ruslar sərhədləri həm Çar Rusiyası,həm də SSRİ vaxtı elə cızıblar ki,bu regionda konflikt ocaqları yaratmaq “2×2″kimi asan bir şeydir.
Qırgızıstan yeni yaradılmış TDT-nin üzvüdür və bu yaxınlarda Türkiyədən “Bayrakdar-2 TB)PUA sistemləri almışdı.
Eyni zamanda,Ankara v Bişkek arasında müdafiə sənayesi və qırgız kursantların Türkiyə hərbi məktəblərində təhsil alması ilə baglı vacib sazişlər imzalanmışdı.

Ehtimal edirəm ki,Qazaxıstandakı olaylarda KTMT-nin vasitəsi ilə “karlı”çıxan Moskva bu dəfə Qırgızıstan və Tacikistan arasındakı ixtilaftan özü üçün faydalanacaq.
Güman edirəm ki,Rusiya mübahisəli Vorux anklavında öz hərbi mövcudlugunu təmin etmək üçün Qırgısıstan və Tacikistana təzyiq edəcək.

Kremlin Mərkəzi Asiyadakı geopolitik və geostrateji hədəfləri aydındır:bölgədə hərbi-siyasi üstünlüyünü tərəflərə birdəfəlik qəbul etdirmək.Və hinterlandı olan Mərkəzi Asiyanı Moskvanın orbitindən kənara çıxmaga imkan verməmək.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir