KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Qazaxıstandakı hadisələrin “sirr pərdəsi”Kərim Məsimovdur?

Kamal Aliyev: Qazaxıstandakı hadisələrin “sirr pərdəsi”Kərim Məsimovdur?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
347 0

Yoxsa, Putin işgal faktından diqqəti yayındırır?

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin(MTK) rəhbəri,keçmiş baş nazir Kərim Kazımxan oglu Məsimovun yanvarın 6-da prezident K.C.Tokayev tərəfindən vəzifəsindən azad edilərək saxlanılması ətrafında müxtəlif söz-söhbətlər dolaşır.Halbuki,”vətənə xəyanət”ittihamı ilə həbs olunan yüksək çinli məmur təkcə Kərim Məsimov yox,digər məmurlar da var.Hətta MTK sədrinin müavini,Nazarbayevin yaxın qohumu Samat Abiş də var.

Mənim diqqətimi o çəkir ki,kremlə yaxın media Qazaxıstanda baş verən kütləvi etiraz aksiyalarının əsas memarı kimi məhz Kərim Məsimovu görür və tirajlayır.
Hətta ruslar biraz da uzaga gedərək iddia edirlər ki,K.Məsimov qərbin adamıdır və ölkədə “dövlət çevrilişi”etməyə cəhd göstərib.
Təbii ki,Qazaxıstanda baş vermiş son hadisələrin səbəbləri,nəticələri bundan sonra da araşdırılacaq,təhlil olunacaq.

Biz bir məqamı bilirik ki,Qazaxıstan kimi avtoritar və qapalı rejimlərdə monolit iqtidar komandası olmur və belə demək mümkünsə,rejimi ayrı-ayrı klanlar formalaşdırır.
Nəzərə alsaq ki,Qazaxıstanda əsasən üç böyük klan,müxtəlif icmalar,agsaqqallar şurası mövcuddur,o zaman hər şey ayan-bəyan olur.
Kərim Məsumova gəldikdə,bu adamın etnik uygur oldugu,qazax dilindən savayı 5 xarici dil bildiyi,iqtusad elmləri doktoru və süni intellektə,iqtisadiyyata dair kitablar yazdıgı məlumdur.K.Məsimov Rusiyada Xalqlar Dostlugu Universitetinin məzunu olub,bundan əlavə o,Çində də təhsil alıb.

Digər tərəfdən,K.Məsimovu iiki dəfə baş nazir seçilməsinə imkan yaradan elə Nursultan Nazarbayevin özü olub.Və mən düşünmürəm ki,Qazaxıstanda iki dəfə baş nazir təyin olunan K.Məsimov Moskvanın icazəsi olmadan belə mühüm bir vəzifədə tutub.
Qazaxıstanda N.Nazarbayevdən Tokayevə qədər bütün vəzifələrə təyinatlar kremlin icazəsi olmadan baş verə bilməz.İndi K.Məsimovun ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə fotosunu yayan kreml mediası sadəcə manipulyasiya edir,diqqəti KTMT-nin qanunsuz olaraq Qazaxıstana müdaxilə etməsinin üzərini ört-basdır edir.

Əlbəttə,biz Putinin,krml ideoloqlarının ssenarisi olduqları oyunları çox yaxşı bilirik.

Əvvala,K.Məsimov Qazaxıstanın baş naziri olub və bu adamın xarici ölkə liderləri ilə görüşməsi rutin və normal hadisədir.
Ona qalsa,K.Məsimov Türkiyə prezidenti Təyyib Ərdogan,keçmiş prezident Abdullah Gül və baş nazir Əhməd Davudoglu ilə də bir neçə dəfə görüşüb.
Hətta ayrı-ayrı vaxtlarda türk liderlər K.Məsimovun dogum gününü də təbrik ediblər.
Yəni,kremlin məntiqinə görə,K.Məsimov kiminlə görüşübsə,deməli onun adamıdır.

Şübhəsiz ki,Rusiyanın və onun propaqanda aparatının iddiaları absurddur,sadəcə olaraq,2022-ci ildə dünyanın gözləri önündə müstəqil bir ölkəni işgal etdiyi faktını öz aləmində ört-basdır etməkdir.

Ancaq mənim başqa bir versiam da ondan ibarətdir ki,Moskva K.Məsimovu qərbin adamı kimi ictimaiyyətə sırımaqla,əslində Çinin bistanına daş atır.
Belə ki,K.Məsimov həm də Pekində,Vuhanda,Hubeydə təhsil alıb təcrübə keçib və Çin üzrə mütəxəsisdir.Çin və Qazaxıstan arasında strateji əməkdaşlıq yaranmışdı.

Xüsusilə,Pekin enerji sahəsində Qazaxıstan ilə əməkdaşlıq edir və bu ölkənin iqtisadiyyatına milyardlarla investisiya qoymuşdu.

Ehtimal edirəm ki,Rusiyanı daha çox narahat edən Qazaxıstanda Çinin nüfuzunun artması idi.
Rusiya Qazaxıstandakı hadisələrdə qərbin barmagının oldugunu deməklə,həm də altda-altdan Çinə də toxunur.
Bəli,sizə elə gələ bilər ki,Rusiya-Çin münasibətləri axı yüksək səviyyədədir və bu ehtimal zəifdir.
Xeyr,Rusiya Çini özünə rəqib görür-baxmayaraq ki,Putin daha çox qərblə sürtüşür.Ancaq Putin onun fərqindədir ki,Rusiyanın gələcəkdə başına bəla olacaq ölkə Çindir.

Rusiyanın KTMT adı altında Qazaxıstana müdaxiləsi Çinə gözdagıdır və demək istəyir ki,Mərkəzi Asiya bütövlükdə onun arxa baxçasıdır.Yoxsa ki,ABŞ və Avropa İttifaqının Qazaxıstanda təsir imkanları məhduddur.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir