KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Qaraqalpakstanda vəziyyət nə vaxt sabitləşəcək

Kamal Aliyev: Qaraqalpakstanda vəziyyət nə vaxt sabitləşəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
302 0

?

İyul 1-indən Özbəkistanın Qaraqalpakistan muxtariyyətində başlayan etiraz aksiyaları hələ ki,tam bitməyib.Baxmayaraq ki,Özbəkistan prezidenti Şafkat Mirziyoyev Qaraqalpakıstanın paytaxtı Nukusa gəlib muxtariyyətin məclisi Yuxarı Keneşdə müsbət açıqlamalar verdi,ancaq vəziyyət hələ də qeyri-sabit qalmaqda davam edir.
Bloger Dövlətmurat Tajimuratovun(o,artıq həbs olunub) təşkilatçılıgı ilə mərkəzi hökumətin konstitusiyada Qaraqalpakstanın “suveren”statusu ilə baglı təklifinə qarşı başladılan aksiyalarda indiyəcən 18 nəfər öldürülüb,243 nəfər yaralanıb.

Şafkat Mirziyoyev hökumətinin konstitusiyanın Qaraqalpakıstanın statusu ilə baglı 70,71,72,73 və 75-ci maddələrini dəyişməkdən imtina etməsi müsbət addımdır,lakin muxtariyyətdəki sosial-iqtisadi problemlərin həlli vacibdir və ən başlıcası bu regiona ciddi investisiya yatırılmalıdır.
Dogrudur,Rusiya Özbəkistanın KTMT-yə girməməsini həzm edə bilmir,bu ölkənin Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını sindirə bilmir.Lakin bu,o demək deyil ki,Qaraqalpakıstan mərkəzi hökumətin diqqətindən kənarda qalmalıdır.Digər tərəfdən,separatizim meyillərinin önü alınmalıdır.Şafkat Mirziyoyev sələfi İslam Kərimovun dövründə baş nazir vəzifəsində işləyib,çalışqan bürokrat olub və Qaraqalpakıstanı yaxından tanıyır.

Ümumiyyətlə,qıpçak türkü olan qaraqalpaklar əməksevər,çalışqan insanlardır.Təəssüflər olsun ki,nə İslam Kərimovun,nə də Şafkat Mirziyoyevin vaxtında Qaraqalpakstana kifayət qədər investisiya yatırılmadı.Hal-hazırda onminlərlə qaraqalpak Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərirlər.

Əgər siyasi rəhbərlik xalqının sosial-iqtisadi problemlərinə biganə yanaşırsa,insanların hüquq və azadlıqlarına məhəl qoymursa,xarici qüvvələr də bu fürsətdən istifadə edirlər.Kreml öz imperialist maraqları üçün əlinə düşən fürsətləri qaçırmır.SSRİ Mərkəzi Asiyada o qədər süni anklavlar yaradıb ki,indi ən adi sosial protesti belə şişirir,ondan öz geopolitik mənfəətləri üçün yararlanır.

Şafkat Mirziyoyevin “Yeni Özbəkistan”adlı maraqlı bir brendi var.Ş.Mirziyoyev İ.Kərimovdan sonra Özbəkistanı dünyaya açan siyasi liderdir,iqtisadiyyatın liberallaşdırılmasını həyata keçirib.Təbii ki,bütün bunlar pozitiv addımlardır,ancaq bununla yanaşı,artıq demokratik və azad cəmiyyətin qurulmasının da vaxtı gəlib.Yaxşı olardı ki,Ş.Mirziyoyev konstitusiya islahatları çərçivəsində prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə qaldırmayaydı,əksinə parlament hakimiyyətinin güclü oldugu bir ölkə quraydı.

Əlbəttə,özbək cəmiyyətində 2005-ci ildəki Əndican hadisələri,yüzlərlə insanın qətlə yetirməsinin yaratmış oldugu psixoloji travma var.Daha sonra 2009-cu ildə Daşkənddə baş verən terror hadisələri,FETO-nun məktəblərinin baglanması,Türkiyə ilə münasibətlərin uzun illər gərgin olmasını da unutmamalıyıq.

İndi yeni geopolitik reallıqlar fonunda Rusiya,Çin,Qərb və Türkiyənin Mərkəzi Asiyada hədəfləri var.Özbəkistanın Türk Dövlətləri Təşkilatında təmsil olunması Mirziyoyevin adıyla baglıdır.
Mühüm olan budur ki,Mərkəzi Asiyada Rusiya və Çinin yerinə TDT-nin geniş təsiri olsun.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir