KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Qarabagda növbəti müharibənin baş vermə ehtimalı nə qədərdir?

Kamal Aliyev: Qarabagda növbəti müharibənin baş vermə ehtimalı nə qədərdir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
228 0

Artıq 2023-cü ilin ən əsas müzakirə mövzularından biri də Azərbaycan və Ermənistan arasında Qarabagda növbəti hərbi eskalasiyanın baş vermə ehtimalıdır.
Əlbəttə,Azərbaycan tərəfi 44 günlük ikinci Qarabag müharibəsində hərbi ugura nail olub.Lakin Qarabag konfliktinin siyasi həllini iddia etmək qeyri-mümkündür.Belə ki,hələ də Bakı və Yerevan arasında çərçivə və ya sülh sazişi istiqamətində son iki ildə ciddi nəticə əldə olunmayıb.Üstəlik,Qarabagın yekun statusu mövzusu ən agır,ən çətin mövzu olaraq qalmaqdadır.Baxmayaraq ki,Brüssel və Soçidə keçirilən təmasların nəticəsi olaraq,iki həll variantı(Vaşinqton və Rusiya variantı)ətrafında iddialar ortaya çıxsa da,bu,hələ də ümumi razılıgın əldə olunmasıyla nəticəlınməyib.

Yuxarıda da vurguladıgım kimi,Qarabag probleminin həllini özündə ehtiva edən iki variant var:Vaşinqton sənədi və Rusiyanın təklif etdiyi variant.Ümumiyyətlə,Qərbin təklif etdiyi sənədin Bakı üçün məqbul oldugu vurgulanır.O ki qaldı Kremlin həll variantına,burada Rusiyanın iki başlıca hədəfi var:Qərbi maksimum Qarabag problemi ətrafında cərəyan edən proseslərdən uzaqlaşdırmaq və Azərbaycan ərazisində minumum sayda olsa da hərbi kontingent saxlamaq.Təbii ki,Bakı da Moskvanın Cənubi Qafqazda,Qarabagdakı geopolitik maraqlarından,hərbi-siyasi məqsədlərindən agahdır.Onu da unutmamalıyıq ki,Moskva Qarabagın statusu məsələsini qeyri-müəyyən vaxta qədər uzatmaqla əslində,regionda uzun müddətli varlıgını təsis etməyi güdür.

Qarabagda müharibə ehtimalına gəlincə,bu,əlbəttə,hələ də öz aktuallıgını qorumaqdadır.Digər tərəfdən,son iki ilə diqqət yetirsək görərik ki,Ermənistanın baş naziri Nikol Paşinyan ziqzaqlı siyasi kursla həm vaxt uzatmaga çalışdı,həm də bu zaman çərçivəsində ölkəsinin hərbi-siyasi reabilitasiyası üçün əlindən gələni etdi.N.Paşinyan gözəl bilirdi ki,müharibədə agır məglubiyyətə ugramış Ermənistanın Azərbaycanla yeni hərbi konfrantasiyaya getməsi Yerevan üçün daha agır nəticələrə gətirib çıxara bilər.Digər yandan,Ermənistanın hələ də ən böyük hərbi və siyasi müttəfiqi Rusiya əsas diqqətini Ukraynaya verdiyindən,bu ölkəyə lazımı hərbi dəstəyini verə bilməyib.Azərbaycan isə post-müharibə dpvründə də öz hərbi arsenalını gücləndirməkdə,yeni silah-sürsat almaqda davam edir.Digrudur,Ermənistan da son illər Hindistan və İran kimi ölkələrdən silah alır,ancaq bunun Yerevan üçün kafi olmadıgı məlumdur.Eyni zamanda,müharibə üçün zaman,güc,məkan amilinin də vacib oldugunu unutmamalıyıq.

Yerevan onyn fərqindədir ki,hal-hazırda kartlar Bakının əlindədir.Azərbaycan hərbi və siyasi müstəvidə Ermənistanı üstələyir.Bu faktı bilən və görən Yerevan bu ildə də danışıqların davam etdirilməsi xəttinə üstünlük verəcək.Burada Ermənistanın əsas hədəfi vaxtı uzatmaqla özünə yeni siyasi və hərbi müttəfiqlər tapmaqdır.Yerevanın bu il ən çox üstünlük verəcəyi siyasi hədəf Qarabag probleminin beynəlmiləlləşdirilməsi olacaq.Xüsusilə,Ermənistan Şuşa-Laçın yolunda azərbaycanlı ekoaktivistlərin aksiyasını Qarabagdakı ermənilərə qarşı “humanitar terror”kimi dünyaya tirajlayacaq.
Bundan əlavə,bu il Ermənistan-İran münasibətlərinin daha da dərinləşəcəyini,h əıtta strateki müttəfiqlik səviyyəsinə qədər yüksəlıcəyini də ehtimal etmək mümkündür.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir