KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Qarabag erməniləri rusların təhrikiylə yeni təxribata əl ata bilərmi?

Kamal Aliyev: Qarabag erməniləri rusların təhrikiylə yeni təxribata əl ata bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
154 0

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deməsi,sülh müqaviləsini imzalamaga hazır olduqları haqqında müsbət açıqlamaları məlumdur ki,Qarabagdakı tanınmamış adminstrasiyanı olduqca narahat etməyə başlayıb.Qarabagdakı separatçı liderlər hətta o qədər qəzəbləniblər ki,növbəti dəfə “öz müqəddaratını təyin etmə”prinsipinə müraciət etməyə başlayıblar.Görünür,Araik Arutunyan,Nersisyan kimi separatçı liderlər nə geosiyasi reallıqları dərk edirlər,nə də qarşı tərəfin-Azərbaycanın hərbi potensialını.Ola bilər ki,son bir neçə gündə Qarabagdakı rus sülhməramlılarının müşayiəti ilə növbətə dəfə bölgəyə silah-sürsat keçirə bildiklərinə arxayın olublar.
Digər arqument isə bundan ibarətdir ki,Qarabagdakı separatçıların Nikol Paşinyanın əleyhinə söylədikləri üstüqapalı təhdidlərin müəllifi də Rusiyanın siyasi rəhbərliyidir.
Şübhəsiz ki,biz Paşinyanın son açıqlamalarının arxasındakı həqiqi motivləri,arqumentləri hələ tam bilmirik.Bildiyimiz bir şey var ki,erməni baş nazir bu gün dediyini sabah inkar edə bilən biridir.Üstəlik,Paşinyanın davranışlarından bizə aydın olan budur ki,o,vaxt udmagı bacaran siyasi fiqurdur.
Konkret olaraq Qarabagdakı ermənilən bundan sonrakı addımlarına gəlincə,mümkündür ki,onlar növbəti provokasiyalara əl atsınlar.Çunki separatçılar da bilir ki,Azərbaycan tərəfi 2025-ci ildən sonra rus sülhməramlılarının bölgədən çıxarılmasını tələb edəcək.Bu gün rus sülhməramlıların varlıgı əslində Qarabag ermənilərinin deyil,onları girovluqda saxlayan separatçı liderlərin təhlükəsizliyinin qarantıdır.Bakı Qarabag ermənilərinin reinteqrasiyasını istəyir və onların təhlükəsizliyinə zəmanət verir.Dogrudur,Paşinyan Qarabag erməniləri üçün “beynəlxalq təhlükəsizlik zəmanəti”istəyir,lakin bunun Bakı tərəfindən qəbul görəcəyi inandırıcı deyil.Belə olan təqdirdə,Qarabagdakı separatçılar(təbii ki,rus sülhməramlılarının icazəsi ilə)yerli əhaliyə qarşı müxtəlif qanlı təxribatlara əl ata bilər.Bununla da,Arutunyan və Nersisyan dünyaya mediasına car çəkəcəklər ki,azərbaycanlılar bizi öldürür və bizim yeganə “qoruyucumuz”rus sülhməramlılarıdır.Yuxarıda da vurguladıgım kimi,Qarabagdakı rus sülhməramlı kontingentinin icazəsi olmadan,separatçılar bir addım belə ata bilməzlər.Dolayı yolla,Qarabagdakı ermənilər separatçı liderlərin,onlar da rus sülhməramlılarının girovudurlar.
Paşinyana gəlincə,erməni baş nazir olduqca ikibaşlı və hiyləgər oyun oynayır.Paşinyan Azərbaycanın ərazi bütövlüyünu tanıdıgını deməklə,sülh müqaviləsi imzalamaga(çərçivə sülh müqaviləsinin implementasiyası) hazır oldugunu deməklə,həm özünü “sülh göyərçini”kimi göstərir,həm də bundan sonra olan(caq)ları Rusiyanın və separatçıların üzərinə qoyur.
Paşinyan ikili və hiyləgır oynamaqla,sanki Azərbaycan və Rusiyanı üz-üzə gətirmək istəyir.Erməni baş nazir bilir ki,ruslar 2025-ci ildə Qarabagdan çıxmaq istəmirlər və mümkündür ki,bu,Bakı və Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb olsun.
Təbii ki,Rusiya da Paşinyanın planlarından xəbərdardır və ehtimal olunur ki,separatçıların yerli ermənilərə qarşı təxribatlarına rus sülhməramlıları göz yumacaq.
Məqsəd aydındır:Moskva və Bakını 2025-ci ilə qədər qarşı-qarşıya gətirmək…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir