KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Qərb Rusiyanın təhdidinə qarşı nə etməlidir?

Kamal Aliyev: Qərb Rusiyanın təhdidinə qarşı nə etməlidir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
41 0

2014-cü ildə Krımın,daha sonra Donbasın bir hissəsinin Rusiya tərəfindən işgalından sonra polşalı siyasi lider Jozef,Klemens Piludskinin “intermarium”ideyasını xatırlatmagın yeri var.Pilsudiski 1-ci dünya müharibəsindən sonra Polşa xalqının Rusiya imperializminə qarşı mübarizəsinin simvolu idi.
İkinci Polşa respublikasının qurucusu və lideri olmuş marşal Pilsudskinin müdafiə etdiyi və illərlə mübarizə apardıgı intermarium ideyasının mahiyyəti “dənizlərarası”bir ittifaqı özündə ehtiva edirdi.
İntermarium ideyası Polşa,Litva,Latviya,Estoniya,Belorus,Ukrayna,Krım,Finlandiya,Macarıstan,Rumıniya və bəzi balkan ölkələrini əhatə edirdi.
Göründüyü kimi,Pilsudiskinin ittifaq ideyası Baltik dənizindən Qara dənizə qədər olduqca geniş və strateji cografiyaya qədər uzanırdı.
1920-ci illərdə J.K.Pilsudiskinin “İntermarium”ideyası reallaşsaydı,yuxarıdakı ölkələr məhz o zaman rus imperializminə qarşı federasiya formatında daha effektiv mübarizə apara biləcəkdilər.
Pilsudiskinin başqa bir ideyası da “Promoteizm”idi ki,bu da çar imperiyası və daha sonra yaradılan SSRİ-ni ayrı-ayrı hissələrə parçalanmasına hesablanmışdı.
Təbii ki,Pilsudiskinin hər iki ideyası fiaskoya ugradı.Litva Polşa ilə ittifaq formatında deyil,müstəqil yaşamaq istədi.
Ukrayna millətçiləri Rusiya imperiyasından qurtulmaq istəsələr də,onlar da müstəqil yaşamaga meyilləndilər.
Yəni,Şərqi Avropa,baltikyani respublislar,Ukrayna,Moldova nə vaxt müstəqilliyə can atsalar da,Rusiya tərəfindən həmişə müdaxiləyə məruz qalmaqdan qurtulmurlar.
Hansı ölkə Rusiya imperializmindən qurtulmaq istəyirsə,dərhal onun ərazisində kreml “separatizm”kartını işə salır.
Yadıma Rusiyanın imperialist və ekspansionist siyasətindən əziyyət çəkən ölkələrin 1997-ci ilin oktyabrında təsis etdiyi QUAM təşkilatı düşdü.QUAM-ın üzvləri olan Gürcüstan,Azərbaycan,Moldova və Ukrayna bu gün kremlin ssenari müəllifi oldugu separatizimdən əziyyət çəkirlər.
QUAM “təbii” bir təşkilat idi.Hərçənd,bu təşkilatın “ölü dogulmuş”qurum oldugunu indi də iddia edənlər var.
QUAM Rusiyaya qarşı balans yaratmaq üçün qurulmuş regional təşkilat idi.Mən QUAM-a ona görə “idi”deyirəm ki,indi bu təşkilatın varlıgından xəbər belə yoxdur.
Yadınızdadırsa,Özbəkistan da 1999-2005-ci illərdə QUAM-ın üzvü idi.Daha sonra Daşkənd V.Putinin təzyiqlərinə tab gətirməyib,təşkilatı tərk etdi.İndi bəzi siyasətçilər QUAM-ın fəaliyyətinin aktivləşdirilməsini istəyir.
Mümkündürmü?
Əlbəttə,siyasətdə qeyri-mümkün heç bir şey yoxdur.Lakin QUAM-ı aktiv etmək və onu Rusiyanın destabilizasiya siyasətinə qarşı hərəkətə keçirmək indiki mərhələdə təəssüflər olsun ki,mübahisəlidir.
Halbuki,QUAM MDB-yə qarşı alternativ ola bilərdi.Lakin reallıq budur ki,MDB-də formal bir qurumdur və V.Putin hazırda əsas diqqətini Avrasiya İqtisadi Təşkilatına yönəldib.
Dogrudur,QUAM həm də geoiqtisadi bir təşkilat kimi üzv dövlətlər arasında “azad ticarət zonası”ideyasına realizə edə bilərdi.
Əfsuslar olsun ki,bu da baş tutmadı.
İndiki situasiya belədir ki,avtoritar Putin rejimi əlində olan bütün siyasi və iqtisadi rıçaqlarla qərbə meydan oxuyur.
Əgər,Rusiya Ukraynayı işgal edərsə,mən Putinin daha da aqressivləşəcəyini proqnoz edirəm.
Rusiya NATO qarşısında qaldırdıgı tələblərin yerinə yetirilməsini istəyir.
Putin açıq-aydın deyir ki,NATO əvvəlki sərhədlərinə qayıtmalıdır,şərqi Avropa və baltikyani respublikalardakı təsirini azaltmalıdır.Bu,o deməkdir ki,Rusiya Ukrayna ilə kifayətlənməyəcək və növbəti hədəf Latviya,Litva və Estoniya ola bilər.
Çünki,həm Latviyada,həm də Estoniya əhalisinin təxminən 20-25 faizi etnik ruslardır və bu,avtoritar Putin üçün növbəti “separatizm”mənbələridir.
Pessimist əhval-ruhiyyə aşılamıram,ancaq həqiqət budur ku,ABŞ Rusiya ilə müharibə istəmir.Böyük Britaniya Avropa İttifaqını tərk edib və onun üçün qitənin təhlükəsizliyi əvvəlki tək əhəmiyyət daşımır.
Aİ-in yeganə nüvə dövləti Fransa isə bir müddətdir Afrikada Rusiya ilə üz-üzədir.
O ki qaldı Rusiyaya qarşı agır iqtisadi sanksiyalara,bu,mümkündür.Lakin Rusiya elə bir aqressordur ki,bu dövlət ən agır iqtisadi şərtlərdə belə imperialist məqsədlərinə çatır.
Rusiya faktiki olaraq 1-ci dünya müharibəsini uduzdu,1917-ci ildə böyük oktyabr inqilabı nəticəsində romonovlar sülaləsi süqut etdi və imperiya dagıldı.Ancaq Rusiya imperiyanın dagılması ilə ayrılan subyektləri zor gücünə birləşdirib 1923-cü ildə SSRİ adlı dövlət qurdu.İndi bəzi insanlar deyir ki,Rusiyanın iqtisadi gücü zəifdir.Bəli,dogrudur,ancaq ötən əsrin 20-ci illərində Rusiyanın iqtisadi vəziyyəti bugünkündən yaxşı deyildi.
Üstəlik,ötən əsrin 20-ci illərində Lenin və Stalinin də nüvə silahı yox idi.
Məncə,demokratik qərb də son onilliklər ərzində harda səhv etdiyini götür-qoy etməli,mümkünsə “özünütənqidə”yer verməlidir.
Necə oldu ki,1991-ci ildə SSRİ-in dagılmasından sonra bərbad vəziyyətdə olan bu ölkə indi bu qədər azgınlaşdı…
Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.