Qonşu Gürcüstanın ətrafında siyasi proseslər son dövrlər daha da qızışmaqdadır.Daha doğrusu,bu ölkədə dövlət çevrilişinin baş verə biləcəyi,ölkənin Ukraynadan sonra Rusiyaya qarşı növbəti “poliqon”olma ehtimalı ətrafında söz-söhbətlər bitmir.Şübhəsiz ki,bu məlumatlar Kreml və İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumət mediasında səsləndirilir.Bilirik ki,Gürcüstanın prezidenti Salome Zurabişvili nə qədər qərbpərəst olsa da,ölkənin Avropa İttifaqına inteqrasiyasının qatı tərəfdarı olsa da,ölkənin “kölgə lideri”Bdzina İvanişvili Rusiya ilə əlaqələri də pozmaq istəmir.Elə bu səbəbdəndir ki,Aİ Gürcüstanın bu quruma üzvlük danışıqlarını dayandırıb və maliyyə yardımlarının da nəzərdən keçirəcəyini bəyan edib.Gürcüstan iqtidarı deyir ki,Qərb bu ölkədən Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir.
Açığı deyim ki,mən Qərbin Gürcüstan üzərindən Rusiyaya qarşı “ikinci cəbhə”açmaq niyyəti haqqında birmənalı qənaətə malik deyiləm.Lakin həm ABŞ,həm də Aİ onun fərqindədilər ki,Cənubi Qafqazdan Rusiyanın çıxarılması üçün bölgənin hər üç ölkəsinn(Azərbaycan da daxil olmaqla)Qərbə mərhələləli inteqrasiyası vacibdir.Onu da açıq bildirək ki,cari Azərbaycan iqtidarının dövründə Bakının Qərbə inteqrasiyası qeyri-mümkündür.Həm 2022-ci ildə Rusiya və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi,həm də Əliyev hökumətinin istəksizliyi ölkəmizin Aİ-yə inteqrasiyasını önləyir(ib).Əgər Bdzina İvanişvilinin nəzarətində olan Kobaxidze hökuməti Moskvanın dediyi ilə oturub-durmaqda davam edərsə,o zaman Ermənistanın da Qərbə inteqrasiyası ugurlu alınmayacaq.Paşinyan hökuməti nə qədər israr etsə də,Gürcüstan və Azərbaycansız Qərbə inteqrasiya nə siyasi,nə də hüquqi olaraq mümkün olacaq.
Gürcüstandakı proseslərə gəlincə,artıq rusların bu ölkədə gözləniləcək qarışıqlıga qarşı hərbi qüvvə göndərəcəyi də vurgulanmaqdadır.
Hər halda,Gürcüstanda oktyabrda keçiriləcək seçkilərdən əvvəlki dövrdə siyasi atmosferanın hərarətlənəcəyig.