Beləliklə,Rusiya prezidenti V.Putin Donetsk və Luqansk xalq respublikalarını “müstəqil”dövlətlər kimi tanımaq haqqında fərman imzaladı.
Mən bu sətirləri yazarkən,Donetsk və Luqanskda bayram havası yaşanır,separatçılar göyə fişəng atır,”müstəqillik”nəgmələri oxuyurlar.
Açıgı deyim ki,mən Donetsk və Luqansk haqqında yekun qərarın veriləcəyini ayın 24-ündə Lavrov və Blinken arasında keçiriləcək görüşdən sonra gözləyirdim.
İndi açıq şəkidə deyə bilərəm ki,Lavrov-Blinken görüşü heç bir şeyi həll etməyəcək və daha çox formal görüş xarakteri daşıyacaq.
Bəli,Rusiya prezidenti V.Putin Donetsk və Luqanskı “müstəqil”respublikalar kimi tanıdı.Bu,Putin tərəfindən verilmiş “cəsarətli”addım və eyni zamanda böyük risq idi.Bu qərarın verilməsi faktiki olaraq,Normand Formatı çərçivəsində Minsk-1 və Minsk-2(2014-2015)razılaşmalarını da qüvvədən saldı.Putin Donbası Rusiyanın tarixi əraziləri adlandırdı və bu torpaqların,hətta Krım yarımadasının Lenin,Stalin və Xruşov tərəfindən Ukraynaya verildiyini bəyan etdi.Putin Ukraynayı süni dövlət oldugunu desə də ukraynalıların ruslarla eyni slavyan və ortodoks kimliyinə baglı olduqlarını ifadə etdi.
Putin çıxışında xalqların öz müqəddəratını təyin etmə(self-determination)haqqına sahib oldugunu bəyan etdi.Bu,deyərdim ki,olduqca təhlükəli presedentdir və günün birində Rusiya Daglıq Qarabagda da eyni variantdan istifadə edə bilər.
Üstəlik,Putinin bu qərarı növbəti dəfə beynəlxalq hüququn kobudcasına pozulması və nihilizmə yol verilməsidir.
Bu gün Kanal-13 də demişdim ki,Putin Qərbin sinir ucları ilə oynadı və başdan proseslərdə təşəbbüskarlıgı ələ almışdı.Hətta onu da demişdim ki,Rusiya-Qərb konfrantasiyasının birinci raundunun qalibi V.Putindir.
Əfsuslar olsun ki,heç istəmədiyimiz nəticə ilə qarşı-qarşıyayıq.
Qərbin Putinə resti nə olacaq?
Artıq Avropa İttifaqı Putinin vermiş oldugu qərarı şiddətli şəkildə qınadı və agır sanksiyaları tətbiq edəcəyini bəyan etdi.
Aİ Komissiyasının prezidenti Ursula Fon der Leyen və Aİ Parlamentinin rəhbəri Çarlz Mişel,Avropa Parlamentinin sədri Roberta Metsola,Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bəyan etdilər ki,Donetsk və Luqanskın müstəqil dövlət kimi tanınmaları beynəlxalq hüququn və Minsk razılaşmalarının pozulmasıdır.
Bundan başqa,Mişel və Leyen ortaq açıqlama yayaraq bəyan etdilər ki,Rusiya bu qanunsuz addımı ilə beynəlxalq hüquq və Minsk razılaşmalarını heçə saymışdır və bu prosesdə iştirak edənlərə qarşı agır sanksiyalar işə düşəcək.
Həm Leyen,həm də Mişel Aİ-nin bundan sonra da Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz şəkildə dəstək verəcəklərini bəyan etdilər.
Bu arada,NATO baş katibi Yens Stoltonberq də Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bildirdi və Rusiyaya problemi diplomatik yolla həll etməyə çagırdı.
Yuxarıda da vurguladıgım kimi,Putin birinci raundun qalibidir,ancaq buna “Pirr qələbəsi”deyərdim.Əsas bu konfrantasiyanın “final”mərhələsidir.Ancaq Putin hələ də təşəbbüskarlıgı öz əlində saxlayır.Qarşıda isə bizi final görüşü gözləyir.
Kamal Aliyev Kafkassam