KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putinin Ukraynadakı işgalını Avropa İttifaqı maliyyələşdirir

Kamal Aliyev: Putinin Ukraynadakı işgalını Avropa İttifaqı maliyyələşdirir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
24 0

Bəli,həqiqət budur ki,Aİ-nin Rusiyaya tətbiq etdiyi iqtisadi və siyasi sanksiyalara,embarqolara baxmayaraq,bu ölkənin Ukraynaya qarşı işgalını Qərb ölkələri maliyyələşdirir.Və nəticə olaraq,Rusiya zəif də olsa,Ukraynada irəliləməkdir.Hətta bu gün V.Putinin ordusu Ukrayna əsgərlərini Severadonetskin mərkəzindən uzaqlaşdıra bildi.

Donetsk və Luqanskın bütöv halda işgalı başa çatmaqdadır.Qışa qədər ən azından atəşkəs və Minsk-3 prosesini görə də bilərik.
ABŞ prezidenti C.Baydenin və Aİ rəsmisi C Borrelin son açıqlamalarınməni bu qənaətə sövq edir.

Müharibənin ilk 100 günündə Rusiya ixrac etdiyi fosil yanacagından 98 milyard dolar gəlir əldə edib.
Payızda neftin qiymətinin 170-175 dollara qalxacagı proqnozlaşdırılır.Rusiya hələ də Avropanın qaz tədarükünün 40%-ni,neftin isə 27%-ni təmin etməkdədir.
Müharibədən sonra da Aİ ölkələri Rusiyanın fosil yanacagının 61%-ni hələ də idxal edir.

Ən çox idxalçılar Çin-13.2 milyard dollar,Almaniya-12.7 milyard dollar,İtaliya-8.2 milyard dollar,Niderland-8.4 milyard dollar,Türkiyə 7 milyard dollar.Bundan əlavə,Polşa-4.6,Fransa-4.5,Hindistan isə 3.6 milyard dollar Rusiya enerjisinə pul ödəyib.
Hətta bəzi ölkələr-Çin,Fransa,BƏƏ və Hindistan Rusiyadan faha çox məhsul alıblar.Maraqlıdır ki,Aİ-nin Rusiyaya sərt sanksiyalarına rəgmən,Fransa Rusiyadan daha çox enerji idxal edib.

Deməli,belə çıxır ki,”agır”sanksiyalara baxmayaraq,Avropa İttifaqı Rusiyadan neft-qaz almaqda davam edir(neft ən azı ilin sonuna qədər)və dolayı yolla Putinin Ukraynadakı hərbi təcavüzünü maliyyələşdirir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.