KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putinin “rubl”restinin mahiyyəti nədir?

Kamal Aliyev: Putinin “rubl”restinin mahiyyəti nədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
294 0

Əvvəlcə ondan başlayım ki,Rusiyanın Ukraynaya hücum etdiyi gün bu ölkənin milli valyutasının ABŞ dollarına qarşı dəyəri 84.25,7 martda 137.93,31 martın 31-də isə 81.05 idi.Qısaca belə nəticə hasil olur ki,Qərbin Rusiyaya qarşı agır iqtisadi sanksiyalarına rəgmən,rus rublunun dollara qarşı dəyəri müharibədən əvvəlki səviyyədən də yaxşı vəziyyətdədir.

Açması:hələ ki,iqtisadi sanksiyalar elə də ciddi nəticə vermir.

Rusiya prezidenti V.Putin bu gün “dost olmayan ölkələrə”qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rus rubluna keçib.Rusiyaya görə,Qərbin Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurmaq qərarına etiraz olaraq rəsmi Moskva bu addımı atıb.

Bu gün Beynəlxalq Valyuta Fondu(İMF)açıqlama yayıb ki,Rusiyanın bu addımı dünyada ABŞ dollarının hegamoniyasına təsir edəcək.Təkrar edim ki,bunu hər hansı rusyönümlü politoloq,iqtisadçı ekspert deyil,BVF açıqlayıb.İngiltərənin “Fayneyşl Taymz”nəşri də bu informasıyanı tirajlayıb.Zəhmət çəkib tapıb oxuyun.İngiliscə bilmirsinizsə,”google translate”proqramı var.

V.Putinin bu gün Qərbə məlum restinin bir mənası var:rubl ödəyirsinizsə,təbii qaz var,ödəmirsinizsə,qaz yoxdur.Buyurun,ABŞ-ın bahalı və keyfiyyətsiz sıxılmış qazını alın.

Üstəlik,tankerlərlə sıxılmış ABŞ qazının Avropaya nəqli tez bir müddətdə praktiki və fiziki olaraq mümkün deyil.
Dogrudur,Almaniya və Fransanın siyasi rəhbərliyi V.Putinin bu geopolitik restinə əməl etməyəcəklərini bəyan ediblər.Ancaq bu,çıxış yolu deyil.Yəni,diktator Putinin gözü dönüb və o,Avropa iqtisadiyyatını resessiyaya düçar etməkdə qərarlıdır.

Nəzərə onu da almalıyıq ki,hər gün Avropa İttifaqı ölkələri Rusiyaya təkcə təbii qaza görə 500 milyon avro pul ödəyir.Bu rəqəmin ən böyük hissəsi də Almaniyanın üzərinə düşür.Almaniyanın Rusiyadan enerji asılılıgı təxminən 40%-dir.

İndi reallıq budur ki,V.Putin Avropaya ixrac etdiyi təbii qazı kəssə,bu,qitədə xeyli istehsal müəssisələrinin fəaliyyətinin dayanması ilə nəticələnəcək.Üstəlik,milyonlarla işsiz ordusu və hər gün Avropaya Ukraynadan daxil olan onminlərlə qaçqın.
Almaniyadan söz düşmüşkən,bu ölkədə son 40 ilin ən böyük infilyasiyası(7.3%)müşahidə olunur.Halbu ki,2-3 ay bundan əvvəl bu indiqator 4.5% idi;ən sonuncu infilyasiya sosial-demokrat kansler Gerhard Şröderin vaxtında baş vermişdi.Xristian-demokrat Angela Merkelin vaxtında alman iqtisadiyyatı sabit idi.
Əlbəttə,bu məsələdə qlobal pandemiyanın təsirləri də gözardı edilməməlidir.

Bu arada,ABŞ prezidenti Cozef Baydenin göstərişinə əsasən,ölkənin enerji ehtiyatlarından istifadə olunacaq.Səbəb budur ki,ABŞ-da iqtisadi problemlər və son illərin ən yüksək infilyasiyası müşahidə olunur.

Xüləs,dünya sanki qlobal müharibəyə sürüklənir.Geopolitik oyunçular hər vəchlə cari status-kvodan məmnun olmadıqları üçün təkqütblü dünyadan çoxqütüblü sistemə tranzisiyanı həyata keçirirlər.Şübhəsiz ki,bəşəriyyət də bu keçid fazasının sancılarını yaşayır.

Hal-hazırda ən vacib məqsəd ölkələrin qida təhlükəsizliyi məsələsinə diqqət ayırmasıdır.Çin indidən dünya taxıl rezervinin 60%-ni anbarlarında toplayıb.

Görəsən,Azərbayan hökuməti qida təhlükəsizliyi məsələsində hansı addımları atıb?
Hazırlıq nə yerdədir?
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir