KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putinin növbəti hədəfi hansı Avropa ölkəsidir?

Kamal Aliyev: Putinin növbəti hədəfi hansı Avropa ölkəsidir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
323 0

Əslində,xeyli müddətdir ki,bu mövzu haqqənda yazılarımda,müsahibələrimdə müəyyən fikirlərimi irəli sürürəm.
Hazırda bütün dünya Putinin Ukraynaya qarşı işgalçılıq siyasətini,təcavüzünü müzakirə etdiyi bir zamanda Belarusun diktatoru Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında “xəritə”nümayiş etdirib.

Xəritədə görünən budur ki,Ukrayna faktiki olaraq dörd yerə parçalanıb.Belə ki,Lukaşenko məlum xəritənin qarşısında brifinq verir və bütün dünyaya məlum olur ki,Putinin strateji hədəfi Ukraynayı müxtəlif hissələrə parçalamaqdır.Lakin Lukaşenkonun xəritəsində biz Moldovanın bir hissəsi olan Dnestryani bölgəni də görürük.

Bəli,Putinin növbəti işgal hədəfi məhz Dnestryani bölgədir.
Əlbəttə,rus diktatorun başqa hədəfi də Baltikyani respublikalardır.Ancaq Kreml Baltikyani ölkələrə hücumun Ukrayna ilə müqayisədə daha agır olacagının fərqindədir.

Əvvala,hər üç Baltikyani respublikalar-Latviya,Litva və Estoniya 2004-cü ildən həm Avropa İttifaqının,həm də NATO-nun üzvləridir.Yəni,Rusiya Baltikyanı ölkələrə hücum edəcəyi təqdirdə NATO ilə qarşı-qarşıya gələcəyinin fərqindədir.

Bu,birmənalı olaraq,üçüncü dünya müharibəsinin başlanması olardı.
Nəzərə alsaq ki,V.Putin,onun xarici işlər naziri S.Lavrov son bir həftə ərzində dünyanı nüvə silahı və üçüncü cahan müharibəsi ilə şantaj edir.

Dogrudur,Latviya və Estoniyanın əhalisinin 25%-i etnik ruslardan ibarətdir,ancaq bu,bu,həmin ölkələrdə daha çix etnik identiklikdir.

Üstəlik,V.Putin Baltikyani respublikalarda yaşayan etnik ruslara üçün normal,cəlbedici model təqdim edə bilmir.Və demokratiya,azadlıq görmüş insanlar Rusiya ilə yaşamaga üstünlük verməyəcəklər.Bu,həm də o deməkdir ki,Rusiya istəsə belə Latviya və Estoniyada Ukraynada oldugu kimi növbəti “Donetsk”və “Luqansk”kimi separatçı rejimlər yarada bilməyəcək.

O zaman Putinin Ukraynadan sonrakı hədəfi şübhəsiz ki,Moldaviya ola bilər.Məlumdur ki,Kreml 90-cı illərdə bütün post-sovet məkanında oldugu kimi Moldovada da Dnestryani adlı bir “metastas”yaradıb.O tarixdə moldovanlar özlərinə yaxın olan Rumıniyaya inteqrasiya etmək istəyirdilər.

Gördüyünüz kimi,Ukrayna Avro-Atlantik məkana yaxınlaşmaq istərkən,başına hansı hadisələr gəldi.Hərçənd,ötən əsrin 90-cı illərində Moldaviya da Rumıniya ilə yaxınlaşmaq istəyirdi.

İndi Moldovaya qərbyönümlü Maya Sandu hökuməti rəhbərlik edir,ölkədə azad və demokratik seçkilər keçirilir,ölkə iqtisadiyyatının liberallaşdırılması istiqamətinə siyasət aparılır.Ancaq bir məqamı da vurgulayım ki,Moldovada Rusiyaya yaxın siyasi müxalifətin lideri İqor Dodo və bütün sferalarda “5-ci kolon”fəaliyyət göstərir.

Buna rəgmən,M.Sandu hökumətinin proqramı Aİ ilə münasibətləri daha sıxlaşdırmaq və gələcəkdə həm də NATO-ya daxil olmaqdır.

Digər tərəfdən,Kreml xeyli müddətdir türk əsilli xristian qaqauzların yaşadıgı Qaqauziya muxtariyyətinə də göz dikib.

Bundan əlavə,Moldova MDB-in üzvü olsa da,2021-ci ilin dekabrında Rusiya prezidenti V.Putinin təşəbbüsü ilə MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşündə iştirak etməkdən imtina etmişdi.Moldova prezidenti xanım Maya Sandu açıq şəkildə bəyan etmişdi ki,MDB onlar üçün sadəcə iqtisadi əhəmiyyət daşıyır.
Yeri gəlmişkən,Moldova Rusiyadan təbii qaz idxal edir və vaxtaşırı Putin rejimi bundan rəsmi Kişinyova qarşı istifadə edir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir