KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Kuzey Kafkasya
  4. »
  5. Kamal Aliyev: Putinin “çeçeni” niyə inquşları təhdid edir?

Kamal Aliyev: Putinin “çeçeni” niyə inquşları təhdid edir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
398 0

V.Putinin çatan çatan,çatmayana bir daş atan ərköyün çeçen balası Ramzan Kadırov indi də öz aləmində inquş xalqını təhdid edir.

Təbii ki,Ramzana bu “vəsarəti”2005-ci ildən Putin verib.
Ramzanın atası,İçkeriyanın keçmiş rəhbəri Əhməd Kadırov 2004-cü ildə Qroznıda futbol stadionundakı terror hadisəsində öldürüləndən bir il sonra Putin bu adamı baş nazir olan Sergey Abramovun müavini etdi.

Deməli,2005-ci ildə S.Abramov şübhəli şəkildə avtomobil qəzasında agır şəkildə yaralanır.
Elə bu tarixdən sonra Putin Ramzan Kadırovu Çeçenistanda külli-ixtiyar sahibi edib.

Belə ki,bu Ramzan Kadırov Türkiyə prezidenti T.Ərdoganı bir müddət əvvəl təhdid etmişdi.
Səbəb bu,idi ki,Türkiyənin Kocaeli şəhərində İçkeriyanın birinci prezidenti Cövhər Dudayevin adına park salınıb.
Halbuki,Ərdogan İstanbulun meri olanda da bu şəhərin Esenler rayonunda Dudayevin adına park salmışdı.

R.Kadırov hətta o qədər azgınlaşmışdı ki,Qroznıda PKK lideri,terrorçu Abdullah Öcalanın adına park salmaqdan,büst qoymaqdan dəm vururdu.
Əlbəttə,R.Kadırovun sahibi V.Putindər və yiyəsinə güvənərək bu sayaq sarsaqlayır.

Bu dəfə R.Kadırov inquşları təhdid edərək deyib ki,sizin ərazinizi ələ keçirmişəm və elə etməyin ki,yerdə qalan kəndlərinizi də işgal edib.Kadırov o qədər həyasızlaşıb ki,inquş xalqından “üzr”tələb edir.

Əvvala,həm bu Ramzan,həm də bunun öldürülən atasının inquşlarla həmişə problemləri olub.Çünki,inquşların keçmiş lideri Ruslan Auşev vaxtında Rusiyaya qarşı vuruşan çeçenlərə az yardım etməyib.Bu baxımdan,ata-ogul inquşlara nifrətini gizlətməti heç vaxt bacarmayıblar.

Ramzan Kadırov gah Ukraynaya,gah Türkiyəyə ilişir,ya da öz aləməndə qazaxlara agıl verir.
Şübhəsiz ki,Kadırovun “agıl hocası”V.Putindir və lazım gələndə də bu adamı danışdırır.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir