KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Putinin Azərbaycanda “bioloji silah”ssenerasinin məqsədi nədir?

Kamal Aliyev: Putinin Azərbaycanda “bioloji silah”ssenerasinin məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
35 0

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin yaydıgı məlumatda göstərilir ki,Rusiya Federasiyası təmsilçiləri tərəfindən Azərbaycanda üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi haqqında məlumatların heç bir əsası yoxdur.

Rusiya təmsilçiləri həm beynəlxalq tribunalarda,həmdə yerli mətbuatda son zamanlar Azərbaycan ərazisində Qərb ölkələrinin bioloji labaratoriyalarının mövcudlugu haqqında yalan məlumatları tirajlamaqdadırlar.

Rusiya Azərbaycanı “bioloji silah mərkəzi”,İran isə ənənəvi “sionizm”ittihamları ilə suçlayır.

Əslində,Rusiya prezidenti V.Putinin strateqlərinin,media ünsürlərinin bu sayaq dezinformasiya ilə məşgul olmagı anlaşılandır.Ruslar belə agır və heç bir sübutu olmayan ittihamları Ukraynaya qarşı da irəli sürürlər.Görünür,Putin qafasında müəyyən etdiyi SSRİ-ni qurmaq layuhəsi üçün altyapı,zəmin hazırlayır.

Maraqlıdır ki,Rusiya səsləndirdiyi bioloji silah”iddialarını BMT kimi ali bir təşkilatın kürsüsündən bəyan edir.Buna baxmayaraq,Rusiya hələ bir dəfə də olsun bu ittihamla baglı Azərbaycana müraciət etməyib.Lakin Kreml Azərbaycanı zənn altında qoyur və görünür,gələcəkdə ölkəmizə müharibə elan etmək üçün indidən bəhanə hazırlayır.

Yadınızdadırsa,Rusiya Ukraynaya hücum etməmişdən əvvəl də guya bu ölkədə ABŞ-ın bioloji tədqiqat mərkəzlərinin oldugunu bildirmişdi.
Əlbəttə,bioloji silahlar üzrə silahların yaradılması agır mövzudur,ancaq yalan iddia da qəbul edilməzdir.Rusiya iddiasını sübut etməklə mükəlləfdir və ortaya konkret dəlillər qoymalıdır.Yox,əgər,Rusiya Azərbaycana qarşı bu şəkildə agır ittihamı sübut edəcək faktları təqdim edə bilmirsə,üzr istəməlidir.

Bu kontekstdə Azərbaycan iqtidarı da Rusiyadan rəsmi reaksiya tələb etməlidir.
Görünür,son vaxtlar Qarabag probleminin həll edilməsi istiqamətində Azərbaycan və Ermənistan rəhbərlərinin müsbət addımları,siyasi iradəsi Putini narahat etməyə başlayıb.Kreml hazırda özünə yaxın erməni müxalifətini Paşinyana qarşı “səfərbər”edib,həm də Azərbaycana qarşı böhtan atmaqla məşguldur.

Əliyev hökuməti dərhal Rusiya ilə imzalanmış 43 maddəlik “strateji tərəfdaşlıq və əməkdaşlıq”haqqında müqaviləni gözdən keçirməli,”sülhməramlı”rus hərbçilərinin dərhal ölkəmizi tərk etməsini tələb etməlidir.

Sonra gec olacaq.Dəmiri isti-isti döyərlər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.