KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putinin Avropaya “qaz”təzyiqi geopolitik təhdiddir

Kamal Aliyev: Putinin Avropaya “qaz”təzyiqi geopolitik təhdiddir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
310 0

Dünən də yazdıgım kimi,Rusiya prezidenti Vladimir Putin Polşa və Bolqarıstana ixrac etdiyi təbii qazı kəsməklə Qərbə qarşı növbəti təzyiqini işə saldı.Hər nə qədər Rusiyanın bu addımı geoiqtisadi həmlə kimi görünsə də,fonda biz geosiyasi xətti görürük.

Baxmayaraq ki,Rusiyanın Qazprom şirkəti Avropanın bir çox enerji şirkətləri ilə uzun müddətli müqavilələr imzalayıb,indi qarşı tərəfdən təbii qazın ödənişləri rus rublu ilə tələb edir.Kreml bu addımı onunla əsaslandırmaga çalışır ki,Avropa dövlətləri müstəqil siyasət yürüdə bilmirlər və daha çox ABŞ-ın peykləridirlər.

Polşa 2022-ci ilin sonuna qədər Rusiya qazından imtina etməyə hazırlaşırdı.Bu baxımdan,Mateus Moravieski hökuməti sıxılmış qaz(LNG) üçün terminallar tikilməsinə başlamışdı.

Bolqarıstana gəldikdə isə,hələ ki,bu ölkənin müəyyən qədər təbii qaz rezervi var.Qışda nə olacaq,bu,məlum deyil.Ola bilsin ki,Kiril Petkovun koalisiya hökuməti Əlcəzair,Azərbaycan,Konqo,Qətər kimi ölkələrdən təbii qaz idxal edəcək.Onu da qeyd etməkdə fayda var ki,sıxılmış qaz(LNG)bahadır.Etiraf edək ki,Rusiya həmişə Avropaya ucuz və keyfiyyətli təbii qaz satıb.Avropanın iqtisadi və sənaye cəhətdən inkişaf etmiş ölkələri ucuz qaz vacib idi.Ona görə “vacib idi”yazıram ki,bundan sonra ucuz qaz yoxdur.Və bir sənaye ölkəsi üçün təbii qaz bahadırsa,o zaman iqtisadi resessiya və yüksək infilyasiya qaçınılmaz olur.Bu,məsələnin iqtisadi tərəfidir.Geopolitik məsələlərə gələndə isə,Avropa ölkələri avtoritar ölkələrdən daha asılı vəziyyətə gələ bilərlər.Reallıq belədir ki,”qarın” adətən demokratiya və insan hüquqlarından öndə gəlir.Hətta qardaşdan da…

Mövzudan yayınmayaq.İndi Rusiyanın Avropaya məlum geopolitik təhdid vasitəsi təbii qazdır və bu,şübhəsiz ki,qoca qitədə qeyri-müəyyənlik yaradır.Kreml bir müddətdir özü üçün “dost olmayan ölkələr”kateqoriyası yaradıb və bütün Avropa İttifaqı ölkələrini “düşmən”görür.

Hələ ki,Macarıstan Rusiyadan idxal etdiyi təbii qazın pulunu rubulla ödəyəcəyini bəyan edib.Halbuki,bu,Aİ-in Rusiyaya qarşı sanksiyalarını pozmaqdır.Macarıstanın baş naziri və son seçkidə Brüsselin,Vaşinqtonun dəstəklədiyi müxalif koalisiyanı agır məglubiyyətə düçar edən Viktor Orban Aİ-nin sanksiyalarını ciddiyə almır.Yeri gəlmişkən,V.Orban qələbə nitqində onu da demişdi ki,o,həm də Zelenskiyə qalib gəlib.

V.Putinin Avropaya qaz şantajının iki mənası var:o,daxili auditoriyaya deyir ki,mən hələ də diktə edirəm və mən olmasam Qərb sizi parçalayacaq,çörəyinizi əlinizdən alacaq.Gördüyünüz kimi,Putin rusları da şantaj edir.Fakt budur.

V.Putinin əsas hədəfi budur ki,müəyyən etapdan sonra Aİ daxilində anqlosaksonlara qarşı etiraz yaratsın.Mən Putinin bu kontekstdə ugur qazanıb-qazanmayacagını deyə bilmərəm.Ancaq Putin demək istəyir ki,ABŞ və Britaniya olmadan Aİ ilə dil tapa bilər.Hal-hazırda Aİ-nin Rusiyadan təbii qaz və neft asılılıgı var(qaz-40%,neft-25%).Və gündəlik Aİ Rusiyaya 850 milyon dollar pul ödəyir. Təbii qaz və neft Rusiya hökumətinin illik gəlirlərinin 43%-dir.(mənbə:ABŞ Enerji İnformasiya Adminstrasiyası)

Rusiyanın hədəfi həm də Avropaya satdıgı təbii qazı payız və qış aylarında ya kəsmək,ya da minumuma endirməkdir.Ancaq Avropa bazarını birdəfəlik itirmək də Kremlə sərf etmir.Yəni,ixrac çeşidliliyi əldən çıxır və daha çox Çin və Hindistandan asılı olur.Əminəm ki,bu,Çinin arzuladıgı variandır.Neftə gəldikdə isə,onu sanksiyalara qoşulmayan ölkələrə gəmilər vasitəsi ilə daşımaq olur.Ortada İran təcrübəsi var.Lakin Rusiyanın Avropaya satdıgı təbii qaz Yamal yarımadasındadır və bunu “Çin Gücü”boru kəməri layihəsi ilə birləşdirmək çətindir.Rusiyanın sıxılmış qazı(LNG)gəmilərlə daşımaq potensialı isə məhduddur.

Digər tərəfdən,Aİ-nin Rusiya qazından yaxın tarixdə birdəfəlik imtinası qitəni iqtisadi resessiyaya düçar edər(mənbə:Moody)
Məsələn,Avropanın ən böük iqtisadi gücü Almaniya rus qazından imtina etsə,bu,iqtisadi gəlirlərin 5% azalması və yüksək infilyasiya ilə nəticələnə bilər.Bu,gündəlik ərzaq məhsullarını və tikinti materiallarının qiymətlərində fantastik artımla nəticələnə bilər.

Hələ ki,Avropa liderləri Rusiya qazından birdəfəlik imtinanı düşünmürlər və daha çox ilin sonuna qədər asılılıgı yarıya qədər endirməyi istəyirlər.Avropanın rus qazından birdəfəlik imtinası 2027-ci ildə mümkün ola bilər.Ancaq avropalılar sıxılmış qazı(LNG) daha baha qiymətə almaga məcbur olacaqlar.

Əl qərəz,Avropada əvvəlki yüksək sosial-rifah sistemi bitir.Avropalıların təbii qaz ixrac edəcəyi ölkələr sırasında Azərbaycan,Konqo,Qətər,Əlcəzair və Norveç də var.Yəni,bu ölkələrlə Rusiya qazından asılılıgı azaltmaq istəyirlər.Norveç istisna olmaqla,yuxarıdakı ölkələrdə Rusiya gələcəkdə daxılı qarışıqlıq sala bilər.Ki Avropa bu ölkələrdən enerji alabilməsin.Unutmayın,Suriyaya elə buna görə girdilər-diktator Əsədin əli ilə.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir