KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putindən Avropaya “sürpriz”və Asiyada yeni güc balansı

Kamal Aliyev: Putindən Avropaya “sürpriz”və Asiyada yeni güc balansı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
37 0

Rusiya prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsi Forumunda deyib ki,ölkəsi Türkiyə üzərindən Avropaya təbii qaz tıdarükünü gerçəkləşdirə bilər.Bu,o deməkdir ki,Rusiya “Şimal Axını”bor xəttində baş verən son sabotajı qəsd edərək deyir ki,ölkəsi Qara dəniz və Türkiyə vasitəsi ilə Avropaya yenidən təbii qaz sata bilər.Şübhısiz ki,Putin Avropaya təbii qaz satışında Türkiyəni yeni alternativ,formul kimi irəli sürür.Putinin sözlərindən on uh da dərk etmək olur ki,o,”Şimal Axını”boru xəttindəki son təxribatın(sızma)arxasında dolayı da olsa ABŞ-ı görür.Görünən budur ki,ruslar “Şimal Axını-2″proyekti üzərindən Avropaya yenidən təbii qazın nəqlini mümkün sayır və bu istiqamətdə Türkiyəni Avropa üçün “böyük qaz mərkəzu”kimi görür.İndi Putinin açıqlamalarından belə görünür ki,futbol termini ilı desək,Rusiya topu Avropanın sahəsinə atdı,indi də qarşı tərəfdən cavab gözləyir.Əlbəttə,biz bunu Rusiyanın Qərbə “siyasi jesti”kimi də vurgulaya bilərək.Məlumdur ki,Avropanın bu qış ciddi enerji problemləri olacaq.Digrudur,Avropa Azərbaycanında oldugu müxtəliv alternativ mənbəələrə yönəlib,ancaq bu,qoca qitənin problemsiz qış keçirəcıyi demək deyil.Yəni,Avropa ölkələri dərk edir ki,istehlakçılarla yanaşl,böyük sənaye müəssisələrinin çökməsinin qarşısını almaq üçün böyük həcmdə enerjiyə ehtiyac var.Eyni zamanda,OPEK+ təşkilatının noyabr ayından etibarən sutkalıq neft istehsalını 2 milyon barel az azaltması da Avropa üçün çıxılmaz vəziyyət yaradıb.Bəli,ABŞ Avropa ölkələrinə sıxılmış qaz(LNG)satır,lakin bu,olduqca bahalıdır.Hətta Almaniyanın feder asl kansleri Olaf Şolz demişdi ki,dostlarımız bizə təbii qazı baha qiymətə satır.Təbii ki,kansler Şolz açıq deməsə də,ABŞ-ı ittiham etmişdi.
Əvəzində,Putin deyir ki,bu qış da Avropaya təbii qaz satmaga hazırdırlar,ancaq ticarət rus rublu ilə həyata keçiriləcək.Mümkündür ki,Rusiya Avropaya “Türk Axımı”üzərindən qaz ixrac etmək istəyəcək.Bu formul Ankaranın geostrateji üstünlüyü deməkdir və eyni zamanda,Türkiyəyə Avropa üçün vacib “enerji bazası”statusu verir.
Eyni zamanda,Putinin bu təklifi Türkiyədə iyunda keçiriləcək prezident seçkilərində Ərdogana və onun koalusiyasına(AKP-MHP)əlavə dividentlər verir.Görünür,Kreml qərbpərəst Türkiyə müxalifəti ilə işləmək istəmir.Əgər bu proyekt gerçəkləşsə,Türkiyə həm iqtisadi,həm də geosiyasi olaraq böyük qazanımlar əldə edəcək.Maraqlıdır,ABŞ Putinin Avropaya etdiyi bu təklifə necə cavab verəcək? Əsas mısələ də elə budur.Necə deyərlər,top indi Avropanın sahəsindədir…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir