KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Zelenski ilə görüşməyə razılıq verdi

Kamal Aliyev: Putin Zelenski ilə görüşməyə razılıq verdi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
308 0

Az öncə Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodomir Zelenskinin müzakirə dəvətinə müsbət cavab verib.
Əslində,V.Zelenski bir müddət əvvəl fransalı həmkarı Emanuel Makronun vasitəsi ilə V.Putinə belə bir təklif etmişdi.Ancaq Putin danışıqlar yolunu deyil,müharibə,hərbi aqresiya yolunu seçdi.
Təəssüf ki…
Güman etmək olar ki,Zelenski-Putin görüşünün əsas mövzusu ətəşkəs rejimi olacaq.Çünki,Ukraynada bu gün konkret humanitar böhran yaşanır,onsuz da zəif olan iqtisadiyyat uzunmüddətli müharibəyə hazır deyil.Xalq kütləvi şəkildə Polşa və Rumıniya sərhədinə dogru hərəkət edir.
Döyüş bölgələrində çox sayda sivil və hərbçilərin cəsədləri var.Atəşkəs rejimi təmin olunmalıdır ki,müəyyən problemlər həll olunsun.
Bir ssenari də bu,ola bilər ki,Ukraynanın bundan sonra siyasi vəziyyəti,gələcəyi müzakirə olunsun.Hələ ki,Putin rejimi Ukrayna məsələsində daha “maksimalist”siyasət yeridir.Bu,o deməkdir ki,Kreml V.Zelenskinin istefasını tələb edir.Reallıq budur ki,müharibə Ukrayna ərazisində gedir,daha çox ukraynalılar ölür,belə olan halda,ölkə iqtisadiyyatının defolt olması qaçılmaz olur.
Üstəlik,siyasi sabitlik olmayan yerdə iqtisadi aktivlik aşagı səviyyədə olur.
Ehtimal etmək olar ki,V.Zelenski Rusiya ilə məsləhətləşmələrdən sonra istefa etsin.
Bu,sadəcə,bir ehtimaldır.
Bundan sonra isə Ukraynada növbəti seçkilərə qədər müvəqqəti hökumət yaradıla bilər.
Bundan əlavə,Ukrayna üçün haqqında çoxdan bəri danışılan “Finlandizasiya”modeli müzakirə oluna bilər.Finlandiya bu modellə ikinci dünya müharibəsundən sonra 1991-ci il SSRİ-nin süqutuna qədər Qərb və Sovet İmperiyası arasında “balanslı”siyasət yürüdüb.Adı çəkilən modelə görə,Finlandiya həm xarici,həm də daxili siyasətində “neytral”siyasi kurs güdməli idi.Ancaq 1995-ci ildə Finlandiya Avropa İttifaqına üzv oldu.İndi finlandlar “Finlandizasiya”modelini tarixlərində qara bir ləkə kimi xatırlayırlar.
Güman edirəm ki,Ukrayna və yaxud Qərb Rusiyaya “Finlandizasiya”modelinə bənzər bir konsepsiya təklif edəcək.
Təbii ki,bu,alternativ təkliflərdən biri ola bilər.Belə ki,Ukrayna bu modelə görə,nə NATO-nun,nə də KTMT-nin üzvü ola bilər.
Lakin mən V.Putinin bu təkliflə razılaşacagına çox ümidli deyiləm.
Xüsusilə,son iki gündəki baş verən qanlı toqquşmalardan sonra Rusiyanın bu plana pozitiv yanaşacagı mümkün görünmür,şübhəlidir.
Yuxarıda da vurguladıgım kimi,V.Putinin Ukrayna siyasəti daha maksimalist və daha təcavüzkar mahiyyət daşıyır.
Putinin əsas hədəfi Qərbi birdəfəlik Ukraynadan uzaqlaşdırmaq,özünə tabe marionet hökumət qurmaq,bu ölkəni gələcəkdə MDB və KTMT-yə üzv etməkdir.Ya da Ukraynanı tən ortadan bölməklə bu ölkənin şərqini Rusiyaya birləşdirməkdir.Ruslar buna “Novayarosiysk”planı deyirlər.
Bu plan da Kremlə sərf edir,ancaq Ukrayna xalqı üçün bu parçalanma planı agır bir seçimdir.
Buna rəgmən,baş tutması gözlənilən Zelenski-Putin görüşməsi müvəqqəti də olsa atəşkəsin əldə olunması və bəzi humanitar problemlərin həlli üçün faydalıdır.
Gözləyək görək nə baş verəcək…
Slava Ukraini!
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir