KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Putin yenə də Paşinyanın əl-qolunu bagladı

Kamal Aliyev: Putin yenə də Paşinyanın əl-qolunu bagladı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
314 0

Əliyev və Paşinyan arasında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə keçirilən son görüşdən sonra Ermənistan baş nazirinin Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsipi qəbul etməsi müsbət siqnal idi.Fəqət o zaman da yazmışdım ki,Paşinyanın Qarabagın statusu ilə baglı Ermənistan parlamentində söylədikləri müsbətdir,ancaq siz onun Moskvada Putinlə görüşdən sonrakı ritorikasına diqqət edin.

Hətta demişdim ki,Brüsseldə bir Paşinyan,Moskvada isə başqa Paşinyan görə bilərik.

Və belə də oldu.

Nikol Paşinyan bu gün hökumətin iclasında deyib ki,Qarabag təslim olunası bir əşya,obyekt deyil və buna orda yaşayan insanlar qərar verəcək.N.Paşinyan onu da bəyan edib ki,əgər biz Qarabagı təslim etsəydik,müharibədən sonra qarabaglıları yaşadıgları ərazilərə qaytarmaq üçün onmilyardlarla dram yardım etməzdik.

İndi aydın olur ki,N.Paşinyan yuxarıda vuruladıgım 5 prinsipi-ölkələrin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması və ərazi iddialarından imtinasını qəbul etməyəcək.Belə çıxır ki,Ermənistan Azərbaycanla yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçıracaq.

O zaman xarici işlər nazirləri arasında mütəmadi görüşlərə,müzakirələrə nə ehtiyac var?

Maraqlı odur ki,Paşinyan Qarabagdakı separatçıların razılıgı olmadan Azərbaycanla hər hansı sənəd imzalanacagını istisna edib.

Əfsuslar olsun ki,Moskva səfərindən sonra N.Paşinyanın ritorikası da,Brüsseldə sərgiləmiş oldugu üslub və yanaşma tərzi də dəyişdi.Daha dogrusu,Rusiya prezidenti V.Putin növbəti dəfə Paşinyana nə başa saldısa,o,indiyə qədərki fikirlərindən imtina etdi.Yoxsa,erməni müxalifətinin İravandakı son etiraz aksiyaları,Qarabag separatçılarının lideri Araik Arutyunyanın Paşinyana resti onu bu sayaq dəyişə bilməzdi.

Vəziyyət çox sadədir:Rusiya Azərbaycan və Ermənistan arasında nə sülh istəyir,nə də Qarabag probleminin birdəfəlik həllini.
Rusiya öz imperiya maraqları naminə Cənubi Qafqazda sülhün,əmin-amanlıgın təsis olunmasında maraqlı deyil.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir