KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev; Putin və Zelenski görüşü Ukrayna böhranını həll edə bilərmi?

Kamal Aliyev; Putin və Zelenski görüşü Ukrayna böhranını həll edə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
340 0

Artıq 19-uncu gündür ki,Rusiyanın Ukraynaya qarşı işgal hərəkatı davam edir.Dogrudur,hələ ki,Ukrayna ordusu və xalqının möhtəşəm müqavimətini müşahidə edirik,lakin rus hərbçiləri tərəfindən işgal olunan ərazilər genişlənməkdədir.Rusiya hətta Krımdan 5 dəfə böyük bir ərazini işgal edib,sivil yaşayış məntəqələrini bombalamaqda davam edir.

Ukraynadan qaçqın düşənlərin ümumi sayı 3 milyona yaxınlaşır,minlərlə dinc sakin rus işgalçıları tərəfindən öldürülüb,1600 nəfər sivil vətəndaş haqqında məlumat yoxdur.

Görünən budur ki,müharibə davam etdikcə faciələrin sayı artacaq,qaçqınların sayı çoxalacaq və ən dəhşətlisi isə baş verən işgalın daha da geniş areala yayılmasıdır.
Bu gün Rusiyanın işgal hərəkatının 19-uncu günüdür,hətta aylar öncə yazmışdım ki,Ukraynanın hava məkanı qapadılmadıqca,Rusiyanın təcəvüzkar siyasətinin qurbanları daha çox mülki şəxslər olacaq.

İndi əsas məqsəd Ukrayna prezidenti V.Zelenski və Rusiyanın dövlət başçısı V.Putin arasında görüşün keçirilməsidir.

Dogrudur,Rusiya və Ukrayna heyətləri arasında Belarusda həm bu gün,həm də bir müddət əvvəl də görüş baş tutub.Hətta Antaliyada S.Lavrov- D.Kuleba arasında da görüş gerçəkləşdi,ancaq gəlinən nəticə budur ki,bu qanlı müharibənin sonlandırılması üçün mütləq Ukrayna və Rusiya prezidentləri biraraya gəlməlidirlər.

Əslində,Ukrayna prezidenti V.Zelenski aylardır ki,rusiyalı həmkarı Putinlə görüşmək istəyirdi.Buna rəgmən,V.Putin Zelenski ilə baş-başa görüşdən yayınırdı.Ancaq son günlər Rusiya tərəfi,konkret olaraq,V.Putinin köməkçisi D.Peskov deyir ki,Ukrayna tərəfindən müsbət siqnallar alırıq və belə bir görüş baş tuta bilər.

İndi qalır Zelenski-Putin görüşünün nə vaxt və harda baş tutmasıdır.Təbii ki,bu sırada Belarus,Türkiyə və Azərbaycan da var.Qərb mediasının yazdıqlarına görə,V.Zelenski Putinlə İstanbulda görüşməyə isti yanaşır.Digər tərəfdən,Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bəyan edib ki,rəsmi Bakı Rusiya və Ukrayna prezidentlərinin Bakıda görüşməsinə ev sahibliyi edə bilər.

Bundan əlavə,prosesin ən pessimist tərəfi budur ki,Rusiya Ulrayna qarşısında bu ölkənin denasifikasiyası,demilitirizasiyası, yeni konstitusiyasında Aİ və NATO-ya heç vaxt üz olmayacagına dair zəmanət istəməsidir.
Diqqət edin,əvvəl Kreml Ukraynada rejim dəyişikliyini də istəyirdi.İndiki situasiyada isə Moskva sankı bu tələbindən geri çəkilib.Fərz edirəm ki,bu,aldatmacadır.Çünki,həm Ukraynanın silahsızlandırılması,həm də NATO və Avropa İttifaqı ilə baglı konstitusiya dəyişikliyi məntiqlə elə iqtidar dəyişikliyidir.Hətta bu tələblər 1948-1945-ci illərdə Finlandiya üçün tətbiq olunmuş”Finlandizasiya”modelindən də agırdır.
Halbuki,Finlandiya bu illər ərzində Sovet İttifaqı və Qərb arasında daxili və xarici siyasətində neytral,balans siyasəti güdürdüsə,ancaq ölkənin hərbi qüvvələri vardı.Rusiyanın tələbləri isə daha agır və qəbuledilməzdir.

Bir məqamı da vurgulayım ki,müharibənin uzanması Qərbi də narahat edir.Düzdür,bu,hər hansı üçüncü dünya müharibəsinə rəvac verməz,ancaq qitə Avropanın kandarında yeni “Suriya”variantı dəhşətli nəticələrə gətirib çıxara bilər.

Müharibə uzandıqca,Rusiya iqtisadiyyatı ilə yanaşı sanksiyaların Qərbə də təsirləri başlayacaq.Ki artıq bunun ilkin işartılarını enerji sahəsində görürük.Təsəvvür edin ki,Avropa ölkələri sürətlə silahlanır və bu,əlbəttə,ölkələrin sosial dövlət strukturuna da təsirsiz ötüşməyəcək.Almaniya artıq müdafiə büdcəsini 100 milyard avro artırıb və birvaxtlar ABŞ-dan satın almaqdan imtina etdiyi F-35 qırıcılarını yenidən alacaq.

Yeri gəlmişkən,Polşa ABŞ-ın tələsinə düşmədi.ABŞ istəyirdi ki,Polşa əlindəki Miq-29 qırıcı təyyarələrini Ukraynaya versin.Ancaq Polşa həmin qırıcıları ABŞ-ın Almaniyadakı Ramştayn hərbi bazasına göndərməyi təklif etdi.Polşa anlayır ki,əgər Ukraynaya qırıcıları versəydi,işgalçı Rusiyanın “legitim”hədəfi olacaqdı.Polşa dövlət agılı ikinci dünya müharibəsindən dərs çıxardana oxşayır.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir