Bu gün Rusiyanın Sankt Petersburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edən V.Putini diqqətlə dinlədim.Açıq deyim ki,Putinin bu çıxışı sanki “sosialist”bir siyasətçinin fəlsəfi dünyagörüşünü,geopolitikaya solçuluq təmayülləri prizmasından bir yanaşma idi.
Hətta V.Putinin çıxışını konspektləşdirsək,bütün problemlərin baiskarı kimi Qərbi gördüyünü və çıxış yolu kimi də çoxqütblü dünya vektoruna keçidi isbatlamaga cəhd etdi.
-Putin dedi ki,çoxqütblü dünya sistemi artıq bitdi və qlobal siyasətdə heç bir şey əvvəlki kimi olmayacaq.Bu,Qərbə bir “meydanoxuma”,qlobal maliyyə sisteminə “gözdagı”kimi də dəyərləndirilə bilər.Ancaq Putinin dünyagörüşü elə Qərbin iqtisadi fəlsəfəsi ilə nəinki ayrışır,əksinə üst-üstə düşür.Rusiya prezidenti elə özü böyük oliqarx və onun idarə etdiyi sistem də kapitalist idarəetmə konsepsiyasından fərqlənmir.
O ki qaldı Yeni Dünya Nizamına keçidə,bunu biz də illərdir yazırıq və bəşəriyyətin təhlükəsizliyi üçün məhz çoxqütblü sistemin vacibliyini vurgulayırıq.ABŞ-ın indiyə qədər liderlik etdiyi Avro-Atlantk Mərkəz artıq əvvəlki kimi güclü olmayacaq və qlobal iqtidarını bölüşmək məcburiyyətindədir.İstəsə də,istəməsə də.
-Putin deyir ki,Qərb başqa dövlətlərə müstəmləkəsi kimi yanaşır.Ortaya sual çıxır:Yaxşı,Rusiya digər dövlətlərə qarşı bərabərhüquqlu yanaşma sərgiləyirmi?
Məsələn,Rusiya keçmiş SSRİ məkanındakı ölkələrdə təsirini mühafizə etmək üçün özünün 5-ci kolonunu bəsləyir,dövlətlərin daxili işlərinə qarışır,müxtəlif üsullarla seçkiləri saxtalaşdırır,cib müxalifətlərinin yaradılmasına “fikir babalıgı”edir,bir az müstəqil olmaq istəyənlərin ərazisində separatçı rejimlər yaradır və ən nəhayət onlara hücum edir,avtoritar iqtidarların davamlılıgını təmin edir.
Xülasə,Putinin Rusiyası müstəmləkə mövzusunda heç kimdən geri qalmır.
-Rusiya prezidenti ərz edir ki,dünyada qida böhranının baiskarı Qərbdir.Lakin bu gün bütün bəşəriyyəti təhdid edən ərzaq problemini Rusiya ortaya çıxarıb.Əgər Rusiya Ukraynayı işgal etməyə başlamasaydı,ərzaq böhranı indiki səviyyədə olmayacaqdı.Təsəvvür edin,ABŞ kimi bir dövlət dünənə kimi ərzaq ixrac edən ölkədən idxal edən tərəfə çevrilib.ABŞ qida idxalına rekord səviyyədə-350 milyard dollar xərcləyib.Bu,yaxın illərdə daha da artacaq.
Avropa İttifaqında da vəziyyət oxşardır.Ukrayna müharibəsindən indiyəcən Aİ əlavə 400 milyard avro itirib.
Belə olan təqdirdə,qida sektorunda tələb artır və bunun ardınca infilyasiya artan xəttlə yüksəlir.Üstəlik,dünyada tədarük sistemi həyacan siqnalı verir.Rusiya isə Ukrayna limanlarındakı 22 milyon taxılın ixracını blok edib.Putin ancaq deyir ki,Ukrayna taxılı satıb,əvəzində sulah almaq istəyir.Axı Ukrayna taxılı sata bilməsə də,Qərb ölkələri ona milyardlarla maliyyə,silah-sürsat yardımı edirlər.
V.Putin bunu bilmir?
-Putin bu gün onu da dedi ki,Ukraynada “xüsusi əməliyyat”məqsədə çatana qədər davam edəcək.Müharibənin əvvəlindən deyirdim ki,Rusiya illərlə bu eskalasiyanı uzadacaq.ABŞ və Avropa ölkələrində iqtisadi problemlər,infilyasiya təhdidi,qanunsuz və kütləvi miqrasiya, başqa mövzular artıq rutin hal alıb.
Təsəvvür edin ki,ABŞ prezidenti C.Bayden dünənəcən Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Səlmanı(MBS) jurnalist Camal Koşşogini öldürtdüyü üçün “bandit”adlandırırdı,indi isə onun ayagına gedir ki,neft istehsalını artırsın.Bəli,Qərb də siyasi və iqtisadi olaraq,çöküşlə qarşı-qarşıyadır və öz mənfəətləri üçün şeytanın belə ayagına getməyə hazırdırlar.
Ən qorxulusu isə,demokratiya və insan hüquqları kimi bəşəri dəyərlərin yara almasıdır.Görünür,YDN-də geopolitik,geoiqtisadi maraqlar önə çəkiləcək,demokratiya və insan hüquqları kimi dəyərlər isə bir müddət(?)soyuducunun buzxanasında gözləmə mövqeyində özünə yer edəcək.
Bütün hallarda demokratiya və fundamental insan hüquq və azadlıqları agır yara alacaq.
Kamal Aliyevkafkassam
Kamal Aliyev: Putin və qlobal siyasi mexanizm demokratiyanı buzxanaya qoyur
372 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.