KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Ukraynaya qarşı nüvə silahından istifadə edərmi?

Kamal Aliyev: Putin Ukraynaya qarşı nüvə silahından istifadə edərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
380 0

Demək olar ki,bu suala “istifadə edər”deyənlər,”xeyr,buna cürət etməz”deyənlərdən daha çoxdur.Yəni,mövzu Rusiya və Vladimir Putindirsə,hər şey mümkündür.

Rusiya Ukraynaynada işgal hərəkatına başlayanda da,bu şəkildə təhdid olmuşdu.Daha dogrusu,V.Putin ölkəsinin sahib oldugu nüvə arsenalının aktiv hala gətirilməsinə göstəriş vermişdi.Bu gün isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib ki,nüvə müharibəsi təhlükəsi realdır.Həmçinin,o,Qərbi sülh danışıqlarından yayınmaqda günahlandırıb.

Yeri gəlmişkən,nüvə silahları iki növ olur:strateji və taktiki.Strateji nüvə başlıqları haqqında məlumatları Soyuq Müharibə zamanında bilirik.Bu,ABŞ və SSRİ-nin sahib oldugu silahlar idi ki,tərəflər bir-birini uzaq məsafələrdən vurmaq üçün istifadə edə bilərdilər.

Taktiki nüvə silahları həm gücünə,həm də təsir masştabına görə strateji nüvə başlıqlarından fərqlənir.Ən kiçik taktiki nüvə başlıgı 1 kiloton və ondan azdır ki,bu,1000 ton TNT partlayıcısına bərabərdir.ABŞ-ın 1945-ci ildə Yaponiyanın Xiroşima ərazisinə atdıgı atom bombasında 146 min insan ölmüşdü.Və bu atom bombası 15 kiloton idi.

Rusiya hal-hazırda 5.977 nüvə başlıgına sahibdir.NATO-nun isə hazırda arsenalında 5.943 nüvə başlıgı var(ABŞ:5.428,Fransa:290,Böyük Britaniya:225)

Bundan əlavə,Çunin 350,Pakistanın 165,Hindistanın 160,İsrailin 90,Şimali Koreyanın 20 nüvə başlıgı var.

Rusiya Ukraynada taktiki nüvə silahlarından istifadə edə bilər.Şübhəsiz ki,bu,daha çox müəyyən masştablı ərazi üçün həyata keçirilə bilər.Ancaq bu,o zaman baş verə bilər ki,Rusiya Ukraynada tamamilə ugursuzluga düçar olur və eskalasiya tam formada Rusiya ərazisinə keçir.O zaman Rusiya taktiki nüvə silahlarını işə sala bilər.Lakin Rusiyanın nüvə silahlarını aktivləşdirməsi Qərb tərəfindən diqqətlə izlənilir və şübhəsiz ki,buna adekvat cavab da hazırdır.

Düşünürəm ki,həm Putinin,həm də Lavrovun nüvə silahları ilə baglı açıqlamalarında məqsədi budur ki,Qərb Ukraynaya canlı qüvvə göndərməsin və bu ölkəyə silah verməsin.Qərb isə öz növbəsində Ukrayna ərazisinə hərbi qulluqçu göndərmir,əvəzində müasir silahları da əsirgəmir.Hətta belə deyərdim ki,Qərb Putinə fürsət tanımamaqla,daha fərqli strategiya ilə ona zərbə endirir.

ABŞ və Böyük Britaniya Ukraynaya həm müasir silahlar göndərir,həm də gərəkli kəşfiyyat məlumatlarını bu ölkəyə ötürür.

Təbii ki,müharibənin müəyyən etapında Rusiya Ukraynaya taktiki nüvə silahları ilə hücum edə bilər.Amma Putin Ukraynayı Rusiyanın bir hissəsi,hətta Lenin adına respublika sayır.ABŞ 1945-ci ildə Yaponiyaya qarşı nüvə silahından istifadə etdi.Amerikalılara görə,Yaponiya və onun imperatoru düşmən və yox edilməli idi.Putin isə Ukraynaya qarşı nüvə silahından istifadə edərsə,bu,tarixdə bir slavyanın başqa bir slavyana qarşı terroru kimi xatırlanacaq.

Digər tərəfdən,Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi məsələsində Çin amilini unutmamalıyıq.Faktiki olaraq,Rusiya bu gün Çindən çox asılıdır.
Zənnimcə,Rusiya Ukraynada nüvə həmləsinə müraciət edərsə,Çini itirə bilər.

Ümumiyyətlə,Putin “sabit və qeyri-dabit”düyada özünü rahat hiss edən personadır.Hətta deyərdim ki,bütün avtoritar və diktator liderlər bu sayaq fors-major situasiyalarda özlərini təhlükəsiz hiss edirlər.Və o da məlumdur ki,Rusiyanın NATO ilə konflikt şəraitində “deskalasiyaya qarşı eskalasiya”nəzəriyyəsi də var.Bu,o demək olur ki,Kreml öz ərazi bütövlüyünə təhdid hiss edərsə,döyüş meydanında konvansional silahların yerinə,nüvə silahından istifadə etməklə,dramatik vəziyyət yarada bilər.

Əgər,Putin Ukraynada hiss etsə ki,meydanda küncə sıxılır,ugursuzluq ehtimalı artır,o zaman taktiki nüvə silahını işə salar və bu,”oyun dəyişdirici”mövqe deməkdir.Bu kontekstdə bir maraqlı məqam da bundan ibarətdir ki,Putin üçün Ukraynada “qələbə”limiti nədir və konkret olaraq,hansı mərhələdə o,taktiki nüvə silahından istifadə edə bilər…

Eyni zamanda,bir məsələ də maraqlıdır ki,Putin Ukraynada kiçik miqyaslı bir ərazidə nüvə silahından istifadə edərsə,ABŞ və NATO-nun buna reaksiyası necə olacaq?

Bunu proqnozlaşdırmaq çətindir.Çünki ABŞ və NATO Rusiyaya legitim reaksiya göstərərsə,bu,üçüncü dünya müharibəsinə səbəb olar.Şübhəsiz ki,üçüncü dünya müharibəsi konvansional silahlarla deyil,nüvə raketlərinin qarşılaşması olacaq.Bax,o zaman əsl dramatik hadisələr yaşana bilər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir