KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin-Şolts görüşü Ukrayna böhranını çözə bilərmi?

Kamal Aliyev: Putin-Şolts görüşü Ukrayna böhranını çözə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
436 0

Moskvada Rusiya prezidenti Vladimir Putin və Almaniyanın çiçəyi burnunda federal kansleri Olaf Şolts arasında görüş başladı.
Həm V.Putinin,həm də O.Şoltsun verdiyi ilkin açıqlama belə oldu ki,tərəflər arasında əsas müzakirə mövzusu Avropanın təhlükəsizliyi olacaq.

Bundan əlavə,Almaniyanın federal kansleri Şolts korona ilə baglı PCR testini rus həkimlərinə deyil,ölkəsinin Moskvadakı səfirliyində alman həkimlərinə verib.Elə buna görə,V.Putin fransız həmkarı E.Makron kimi O.Şoltsu da “məlum”böyük masanın qarşısında qəbul edib.
Hələ ki,Putinin arxasında nə Stalinin,nə də marşal Jukovun heykəlini görən olmayıb.
Lakin bir neçə gün əvvəl Moskvada olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev PCR testini rusiyalı həkimlərə vermişdi.Mənim üçün bu,qeyri-normal deyil,çünki,Tokayev Putinin Qazaxıstandakı canişinidir.

Putin-Şolts görüşündən yayılan ilk fotolardan görürük ki,alman kansler həm pəjmürdədir,həm də hər hansı pozitiv nəticəyə bel baglamır.Putinə gəldikdə isə,o,sanki Şoltsu həvəssiz qəbul edir və görüşdən sıxılır.

Əvvəllərdə yazdıgım kimi,Rusiya-Ukrayna böhranı Almaniyanın “yumuşaq qarnı”və əsla arzulamadıgı mövzu idi.
Nəzərə alsaq ki,Almaniyanın Rusiyadan idxal etdiyi təbii qazın həcmi 44%,neft və neft məhsullarının miqdarı isə 26%-dir.Bu,rəsmi Berlinin Rusiyadan 70%-lik enerji asılılıgı deməkdir.Avropanın əsas iqtisadi lokomotivi olan Almaniya sənayesinin rus enerjisindən asılılıgı olduqca böyükdür.

Digər tərəfdən,Rusiyanın Yamal(Sibirdəki ən zəngin qaz yataqları bu yarımada yerləşir) yarımadasından başlayıb Baltik dənizinin altı ilə Almaniyaya çəkilən “Şimal Axını-2″təbii qaz layihəsi yekunlaşsa da,federal hökumət hələ layihənin sertifikatlaşdırmayıb.

Əslində,rus təbii qazı Almaniya üçün başqa alternativlərlə müqayisədə həm keyfiyyətli,həm də nisbətən daha ucuzdur.
ABŞ təbii qazı həm bahalı,həm də keyfiyyətsizdir.Qətər isə rəsmi olaraq bəyan edib ki,Almaniyanı tam qazla təmin edə bilməz.

Qısaca onu deyə bilərəm ki,Rusiya-Ukrayna arasında müharibənin olmamasını ən çox istəyən ölkə elə Almaniyadır.Əgər müharibə baş verərsə,Almaniya yaxın perspektivdə ciddi qaçqın problemi,orta və uzaq perspektivdə ciddi iqtisadi problemlərlə qarşılaşa bilər.

Sual:Rusiya Qərbin “kabus”iqtisadi sanksiyaları və “Şimal Axını-2″layihəsinin dayandırılmasından itirməyəcəkmi?

Cavab:Şübhəsiz ki,Rusiya Federal Büdcəsinin yarısı neft-qaz gəlirləri ilə dolur,lakin ruslar “Sibir Gücü”təbii qaz layihəsi ilə Çinə qaz satışını yaxın illərdə daha da artıracaqlar.Putin axırıncı dəfə Çin rəhbəri Şin Pinq ilə razılıga gəlmişdi.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir