KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin separatçı Arayiki Ruben Vardanyanla əvəz etmək istəyir?

Kamal Aliyev: Putin separatçı Arayiki Ruben Vardanyanla əvəz etmək istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
294 0

Rusiyada yaşayan erməni əsilli iş adamı Ruben Vardanyan Qarabaga köçməyə və orada yaşamaga qərar verib.R.Vardanyan Rusiyada fəaliyyət göstərən “Troyka Dialoq “şirkətinin rəhbəri olub və bu investisiya bankı 2011-ci ilə “Sberbank”-a satılıb.Təbii ki,indiki məqamda Kremlə yaxın iş adamının Rusiya vətəndaşlıgından imtina etməsi və erməni pasportuna sahiblənərək Qarabaga köçməsi istər-istəməz şübhələr oyandırır.R.Vardanyan deyib ki,Ermənistan vətandaşlıgını qəbul edərək Qarabaga köçmək çətin,ancaq dogru qərardır.O,eyni zamanda,dünya ermənilərini “Artsax”ətrafında birləşməyə çagırıb.
Bəzi məlumatlara görə,R.Vardanyan Qarabaga köçdükdən sonra Beqlaryanın yerinə “dövlət naziri”postunu tutacaq.Görünür,V.Putin hazırda Qarabagdakı separatçıların lideri Arayik Arutyunyanı Ruben Vardanyanla əvəz etmək istəyir.Düşünürəm ki,Kreml 1 milyard dollara sahib Vardanyanı Qarabaga gətirməklə növbəti dəfə öz ssenarisini reallaşdırmaq istəyir.Həm də Rusiya bugünki Paşinyandan narahatdır,köçəryanların və sərkisyanların Ermənistanda iqtidar olacagına ümidini itirib.Hər halda,Rusiya Cənubi Qafqazda öz geopolitik maraqlarını qorumaq üçün yeni fiqura ehtiyac duyub.Ola bilər ki,Rusiya Qarabagdakı separatçı qrumu Ermənistandan ayrı təsəvvür edir və bölgəyə öz yeni canişinini təyin etməyə qərar verib.Arayik Arutyunyana gəldikdə isə,bu adam 44 günlük müharibədən sonra siyasi meyitdir,yıpranmış fiqurdur.Hətta mümkündür ki,A.Arutyunyanın həbsi də baş tutsun.Ancaq bir məsələyə də aydınlıq gətirim ki,3 il sonra rus sülhməramlılarının Qarabagdan çıxarılmasını Azərbaycan tərəfi tələb edə bilər.Hərçənd,mən rusların Qarabagdan çıxacagına o qədər də inanmıram.Bu,agır prosesdir.
Bundan əlavə,fərz edirəm ki,Putin Paşinyan kimi Arayik Arutyunyana da inanmır.Bu baxımdan,özünün etibar etdiyi və pullu Ruben Vardanyanı yeni “protektorat”kimi təqdim edir.Indi görək İlham Əliyev hakimiyyəti Kremlin Vardanyan demarşına necə cavab verəcək.İqtidardan hələ ki,bu yöndə reaksiya yoxdur.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir