KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin “saxta bayraq”planı ilə Ukraynaya hücum edə bilər

Kamal Aliyev: Putin “saxta bayraq”planı ilə Ukraynaya hücum edə bilər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
306 0

ABŞ kəşfiyyatının məlumatına görə,Rusiya Ukraynayı işgal etmək üçün “saxta bayraq”əməliyyatı hazırlayıb.
Adı çəkilən əməliyyata görə,xüsusi olaraq hazırlanmış rus kəşviyyatçıları Ukraynanın şərqindən Rusiyaya qarşı basqınlar həyata keçircəklər.Təbii ki,Rusiya bunu həyata keçirərkən,Ukraynadakı etnik ruslardan və 5-ci kalondan da istifadə edəcək.

Bu “əməliyyat”və ya plan heç şübhəsiz,açıq-aydın sabotajdır və olduqca təhlükəlidir.
Dogrudur,Ukraynanın şərqində 200 nəfərlik ABŞ(MKİ) kəşfiyyatçısı var və bu qüvvələr Rusiyanın mümkün hücumuna qarşı ukraynalılara təlimlər keçirlər.

Buna rəgmən,Rusiyanın Ukrayna daxilində;ictimai-siyasi sfera və biznes elitasında kifayət qədər “əlaltısı”var.
Hətta Ukrayna Ali Radasında açıq şəkildə Rusiyanın maraqlarını müdafiə edən fraksiya da var.

Bundan əlavə,Ukrayna mediasında,sosial şəbəkə seqmentində Rusiyaya simpatiyası olanlar da az deyil.Belə ki,son 2 gündə Ukrayna hökumətinin internet resurslarına güclü kiber hücumlar müşahidə olunur.

Əfsuslar olsun ki,Rusiyanın ehtimal olunan müdaxiləsi ərəfəsində Ukrayna siyasi elitasında ciddi konfrantasiya var.Keçmiş Ukrayna prezidenti və biznesmen Petro Poroşenko və bu ölkənin ən varlı iş adamı Rinat Axmetova qarşı da cinayət işi açılıb.

Ukrayna prezidenti Volodomir Zelenskinin əlində Rinat Axmetov barədə səs yazısı var və hökumət düşünür ki,daxildəki oliqarxlar Zelenski iqtidarını yıxmaq istəyirlər.

Əlbəttə,bütün bu ittihamlar məhkəmə predmeti olsa da,Ukraynanın gözlənilən Rusiya müdaxiləsi qarşısında əlini xeyli zəiflədir.
Ukrayna hökuməti və prezident V.Zelenski vahid düşmənə qarşı həm xalqı,həm də siyasi elitanı dövlətin ətrafında konsolodasiya etməlidir.Ukrayna “düşmən”qarşısında güclü müqavimət göstərmək istəyirsə,ilk növbədə daxildə siyasət qrumu ilə xalq arasında həmrəylik yaratmalıdır.

Dogrudur,mən istisna etmirəm ki,indiki situasiyada cəmiyyət və hökumət arasında böyük uçurum və çat var.Lakin Vladimir Putin kimi qəddar bir aqressora qarşı hərbi-siyasi müqavimət immunitetini daha da gücləndirmək lazımdır.
Yəni,indikindən daha güclü və mütəşəkkil konsolodasiyaya ehtiyac var.

Yuxarıda da vurguladıgım “saxta bayraq”əməliyyatının qarşısını almaq üçün Ukrayna kəşfiyyatı daha ayıq-sayıq olmalıdır.
V.Putinə imkan vermək olmaz ki,2014-cü ildə Krımdakı kimi növbəti bir sabotaja əl atsın.

Bu arada,Rusiyanın xarici işlər naziri Sergey Lavrovun NATO-ya verdiyi bir həftəlik zamanın dolmasına az qalır.Rusiya hazırda NATO-dan tələb edir ki,bundan sonra aliyansın şərqə dogru genişlənməyəcəyinə,Ukrayna və Gürcüstanı sıralarına qəbul etməyəcəyinə dair “yazılı sənəd”təqdim etməlidir.

Brüsseldəki NATO qərərgahı da Rusiyaya güzəştə getməyəcəyini təşkilatın baş katibi Stoltenberqin dilindən açıq şəkildə bəyan edib.

Britaniya kəşfiyyatının məlumatına görə,Rusiya bir neçə gün içində Ukraynaya üç cəbhədən hücuma keçəcək.
ABŞ hökuməti isə Rusiyanın Ukraynaya hücumunun yanvarın sonu,fevralın ilk ongünlüyündə reallaşa biləcəyini təxmin edir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir