KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Putin Qarabagı əlimizdən alır. Nə etməliyik?

Kamal Aliyev: Putin Qarabagı əlimizdən alır. Nə etməliyik?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
282 0

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Valday Diskusiya klubundakı sözləri,erməni baş nazir Nikol Paşinyanın partiyasının qurultayındakı çıxışı,Xankəndidə separatçıların mitinqi bizə onu deyir ki,Kreml Qarabag probleminin həllini öz iradəsindən kənar görmür.Xüsusilə,Putin açıq-aydın Paşinyanı ittiham edir ki,o,Qarabag probleminin həllini nəzərdə tutan “Vaşinqton variantı”na üstün verməklə,Xankəndi və ətraf rayonlarda Azərbaycanın suverenliyini qəbul edir.Bu,açıq-aydın erməni cəmiyyətini Paşinyanla üz-üzə qoymaq və Qarabag erməniləri üzərində Rusiyanın nəzarətini təmin etməkdir.Təbii ki,Putinin son sözlərinin də bir ucu Azərbaycana toxunur.Bu gün Xankəndi də keçirilən etiraz aksiyasının rejissoru Rusiyadır. Putin bununla Əliyev və Paşinyana demək istəyir ki,o,heç bir halda Qarabag probleminin birdəfəlik həllini Qərbin ixtiyarına tərk etməyəcək.Maraqlı məqam həm də budur ki,Azərbaycan hökumətinə yaxın media Xankəndidəki aksiyanın Paşinyana qarşı oldugunu tirajlayır.Lakin Xankəndidəki separatçıların asksiyanın sonunda qəbul etdiyi bəyanat birbaşa Azərbaycana qarşıdır.Başda Araik Arutyunyan ,Babaya,Balasanyan olmaqla bütün separatçıların açıqlamalarında deyilir ki,onlar Rusiyanın təklif etdiyi “həll variantı”na güvənirlər və heç vaxt Azərbaycanın tərkibində olmayacaqlar.Biz onu da bilirik ki,2020-ci ilin 10 noyabr Əliyev,Putin və Paşinyan arasında imzalanmış üçtərəfli sazişdən sonra Rusiya prezidenti bəyan etmişdi ki,Qarabagın statusu gələcək zamana saxlanılır.Bu,olduqca təhlükəli və Azərbaycanın maraqlarına cav asb verməyın fikir idi.İndi isə N.Paşinyan deyir ki,o,Soçidə Qarabagdakı rus “sülhməramlı”kontingentin mandatının 10-15 və ya daha çox uzadılmasını təklif edəcək.Əlbəttə,Paşinyanın bu təklifi də olduqca təhlükəlidir və görünür,erməni baş nazir bu sərsəmləmə ilə həm Azərbaycanı təhdid edir,həm də futbol termini ilə desək,topu Rusiyanın sahəsinə atır.
Artıq aydın formada demək olar ki,Qarabag problemi növbəti dəfə dondurulmuş mərhələyə qədəm qoyacaq.Rusiya böyük ehtimalla 2025-ci ildə öz hərbçilərini Yuxarı Qarabagdan çıxarmamaq üçün bölgədəki etnik ermənilərdən istifadə edəcək.Əslində,erməni əsilli milyarder Ruben Vardanyanın Xankəndiyə göndərilməsi və noyabrın əvvəlindən onun Qarabagdakı separatçı qrumun faktiki rəhbəri təyin edilməsi Rusiyanın ssenarisi,Putinin siyasi mühəndisliyidir.Maraqlıdır ki,Əliyev hökuməti Rusiyanın Qarabagla baglı planlarına adekvat cavab verə bilıcəkmi? Təbii ki,burda ən kritik punklardan biri Qarabag ərazisində müvəqqəti yerləşdirilmiş rus hərbi kontingentinin gələcək taleyidir.Hətta onu da demək olar ki,Bakı Putinin Valdaydakı sözlərini və Paşinyanın son açıqlamalarını gözləmirdi.Sanki Paşinyan Qarabag problemini Rusiyanın ixtiyarına buraxır,Putin isə erməni baş nazirin ötürməsini qəbul edib öz geopolitik hədəflərini diktə etməyə başlayıb.Azərbaycan tərəfi problemin daha dərinləşdiyinin fövqünə varmalıdır və müəyyən addımlar atmalıdır.Bu addımlara Laçın dəhlizi üzərindı Azərbaycanın suverenliyini bərpa etməkdir.Bundan savayı,Bakı Qarabagdakı separatçı rejimin həyat şərtlərini çətinləşdirməlidir.Əliyev hökuməti vaxtında,ardıcıl və düşünülmüş siyasi addımlar atmasa,biz faktiki olaraq Qarabag məsələsinin həllində npvbəti status-kvo ilə qarşılaşacagıq.Bir məqamı da vurgulayım ki,son hadisələr fonunda Türkiyə tərəfi susqundur.Ankara yaxşı olardı bəyan etsin ki,Azərbaycanın ərazi bütövlüyü onun “qırmızı xətti”dir və Bakının Laçın dəhlizi,Xankəndi üzərində suverenliyini bərpa etmək üçün ona yardım edəcək.Təəssüflər olsun ki,Ankara son vaxtlar İranın və Rusiyanın hədələrinə qarşı səssiz mövqe sərgiləyir.Maraqlıdır niyə…?

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir