KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Qarabag məsələsində meydanı Qərbə buraxmaq istəmir?

Kamal Aliyev: Putin Qarabag məsələsində meydanı Qərbə buraxmaq istəmir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
265 0

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefin danışıgı olub.Prezidentlər Cənubi Qafqazda cari vəziyyət,Azərbayc asn-Ermənistan dövlət sərhədində sabitliyin,təhlükəsizliyin təmin edilməsi,regionda nəqliyyat,iqtisadi əlaqələrin nizamlsnması istiqamətində fikir mübadiləsi aparıblar.
Qeyd edim ki,avqustun 31-də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə Mişel-Əliyev-Paşinyan görüşündən əvvəldə Putin Ermənistanın baş naziri ilə telefon danışıgı aparmışdı.Üstəlik,Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova da Brüssel görüşünü nəzərdə tutaraq demişdi ki,Aİ Qarabag məsələsinin həllində təşəbbüsü ələ alaraq öz geopolitik maraqlarını güdür.Ümumiyyətlə,Kreml belə düşünür ki,özünün müəllifi oldugu,onillərlə idarə etdiyi etnik,məhəlli,regional konfliktlərin həll olunmasında dugər qlobal,regional aktorlar prosesə daxil olmamalıdırlar.Konkret Qarabag məsələsinə gəldikdə isə,Rusiya əsasən 3 baza üzərində durur.Bunlar:2020-ci ilin 10 noyabrında Azərbaycan-Rusiya-Ermənistan rəhbərlərinin üzərində anlaşdıgı saziş,2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalardır.Moskva Qarabagın bundan sonrakı statusu,Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını,regional kommunikasiya xəttlərinin açılmasını özünün kurasiyasına aid edir.Bu gün ən əsas problemlərdən biri də Qarabagın statusunun müəyyənləşdirilməsidir.Azərbaycan tərəfi bəyan edir ki,Qarabaga heç bir status verilməyəcək.Ermənistan hökuməti isə hər vəchlə status məsələsini ATƏT-in Minsk Qrupunun səlahiyyətinə aid oldugunu deyir.Hazırda Əliyev hökumətinin əsas istəyi bu ilin martın 10-da Ermənistan tərəfinə təklif etdiyi 5 maddəlik prinsiplərin əsasında çözümə nail olmaqdır.Baxmayaraq ki,erməni baş nazir Nikol Paşinyan 5 prinsipin məqbul oldugunu deyir,ancaq digər tərəfdən də 6 yeni təklif irəli sürür.Görünür,Ermənistan prosesi masksimum yubatmaq və Minsk Qrupunu nəyin bahasına olursa-olsun prosesə cəlb etmək istəyir.Rusiya isə indiki mərhələdə,xüsusilə Ukrayna böhrsnı kontekstində ATƏT-in Minsk Qrupunun biraraya gəlıcəyinin mümkün olmadıgını bəyan edir.Prinsipcə,Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Minsk Qrupu ilə baglı dedikləri Bakının maraqlarına cavab verir.Lakin unutmayaq ki,Qarabag problemi beynəlmiləl xarakter daşıdıgı üçün bu prosesdə digər qlobal aktorların da təsir imkanları var.Nəzərə alsaq ki,qərbpərəst Nikol Paşinyan da Qarabag promleminin yekun həllində,sülh müqaviləsinin imzalanmasında Rusiya ilə yanaşı başqa dövlətləri də görmək istəməkdədir.
Buna rəgmən,Rusiya da Paşinyanın məqsədlərindən xəbərdardır və meydanı boş qoymaq istəmir.Daha dogrusu,Putin istəyir ki,problemin yekun həlli onun müəyyən etdiyi çərçivədə hələ bir müddət də davam etsin və final mövqeni özü müəyyən etsin.Yəni,Rusiyanın məqsədi problemin yekun və yaxud birdəfəlik həlli deyil.O ki qaldı Qarabagdakı etnik ermənilərin status məsələsinə,Rusiya bunu qeyri-müəyyən müddətə təxirə salmaq istəyir.Yekunda onu da vurgulayım ki,indiki mərhələdə Qarabag probleminin həllinə ən uygun mövqeyi,siyasi münasibəti Avropa İttifaqı sərgiləyir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir