KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin nüvə müharibəsinin anonsunu verdi?

Kamal Aliyev: Putin nüvə müharibəsinin anonsunu verdi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
182 0

Dünən Rusiya prezidenti Vladimir Putinin ölkənin siyasi və hərbi elitasının qarşısında etdiyi çıxışı sona qədər dinlədim.Təbii ki,Putinin oxudugu mətnin mahiyyəti əvvəlkilərindən heç də fərqlənmirdi,hətta belə qənaətə gəlmək mümkündür ki,o,sadəcə,ittihamlarının dozasını artırmışdı.Rus prezident ötən il Ukraynaya qarşı başlatdıgı müharibədən öncə də indikinə bənzər geniş mətn oxumuşdu.
Konkret olaraq Rusiya prezidentinin çıxışına gəlsək,daha çox diqqətimi çəkən onun START(Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər)müqaviləsindəki iştirakını dayandırmasıdır.Bəri başdan deyim ki,Rusiya məlum müqavilədən çıxmır,daha çox öz fəaliyyətini dondurur.Halbuki,2021-ci ildə START Müqaviləsinin müddəti daha 5 il uzadılmışdı.Rusiyanın bu addımı əlbəttə nüvə müharibəsinin anonsu da hesab edilə bilər.Son bir ilə nəzər salsaq görərik ki,Rusiya bir neçə dəfə nüvə silahından istifadə edə biləcəyinin anonsunu vermişdi.Lakin bu dəfə görünür,Moskva təhdidin miqyasını daha da böyütməkdə qərarlıdır.Yeri gəlmişkən,Rusiya və ABŞ 2010-cu ildə öz aralarında START Müqaviləsini imzalamışdı.Belə ki,dünyadakı nüvə arsenalının(nüvə başlıqlar)90%-i ABŞ və Rusiyaya məxsusdur.
İndiki situasiyada ortaya maraqlı sual çıxır:Putinin Rusiyası niyə START Müqaviləsindəki iştirakını dayandırdı?
Bu suala müxtəlif cavabları var.Əvvala,Rusiyanın hərbi və siyasi elitası Ukraynada apardıgı qanlı müharibənin onların istədiyi istiqamətdə getmədiyinin fərqindədir,Dogrudur,birmənalı olaraq Ukraynanın da qələbə qazandıgını iddia etmək sadəlövhlük olardı.Digər bir arqument də bu,ola bilər ki,Putinin bu qərarı Ukraynaya dəstək verən Qərbi çəkindirmək məqsədini güdür.Belə ki,ABŞ prezidenti Kiyevə səfər etdi və Ukrayna prezidenti Zelenski ilə görüşündə bəyan etdi ki,bu ölkəyə əlavə 500 milyon dollar vəsait ayrılacaq.Görünən budur ki,Rusiya və Ukrayna(Qərb) arasındakı müharibə hələ bir neçə il də davam edəcək.Əslində,Rusiya da müharibəni bitirməkdə istəkli görünmür və Çin,İran kimi rejimlərdən aldıgı dəstəklə işgalın miqyasını artırmaqda israrlıdır.
Bu gün Moskva formalaşmagda olan Yeni Dünya Nizamında(YDN) özünə yer ayrılmagını istəyir və çoxqütblü sistemdə “mən də varam”demık istəyir.Şübhəsiz ki,YDN-də Rusiyanı önə çıxaran faktor onun iqtisadi və texnoloji gücü yox,məhz nüvə arsenalı ola bilər.Yəni,Rusiyanın əlində olan nüvə başlıgları və zəngin təbii resurslardan savayı heç bir üstünlüyü yoxdur.Prinsipcə,Rusiya siyasi və hərbi elitası da bu həqiqəti bilir.
Hazırda yeni qlobal təhlükəsizlik sistemi qurulur və növbəti “Soyuq Müharibə”konsepsiyasında müxtəlif aktorlar olacaq.Görünür,Rusiya da çoxqütblü sistemdə özünə yer ayrılmasında niyyətlidir.
Beləliklə,son 60 il əı diqqət yetirsək görərik ki,Rusiya Qərblə indiki kimi bu miqyasda konfrantasiyada olmamışdı.Məhz bunu görə Putin çıxışında onu da dedi ki,Qərb Rusiyanı döyüş meydanında məglub edə bilməyəcəyinin fərqindədir.Putin bir az da inamlı şəkildə dedi ki,Rusiya istədiyinə nail olacaq və Qərb onun ölkəsini dagıda bilməyəcək.Əlbəttə,Putinin dedikləri daxili auditoriyaya hesablanmışdı və “xarici düşmən”obrazı xalqı konsolodasiya etməkdə olduqca vacib elementdir.Təbii ki,Putin kimi avtoritar siyasi liderlər “xarici düşmən”amilindən məharətlə istifadə etməyi bacarırlar.

Yeri gəlmişkən,Putin Yeni START Müqavilədə iştirak etməyəcəklərini bəyan edərkən,bunu ısas səbəbi kimi ABŞ-ı dedi.Rus prezudentə görə,Vaşinqton prosesləri qlobal müharibəyə çevirir.ABŞ-ın Dövlət katibi Putinin dediklərini “məsuliyyətsiz”adlandırdı.NATO-nun baş katibi Jens Stoltenberq isə dedi ki,Putinin addımı dünyanı daha təhlükəli yerə çevirir və o,bir daha dediklərini nəzərdən keçirməlidir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir