KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin KTMT-ni Ukrayna böhranına daxil etmək istəyir

Kamal Aliyev: Putin KTMT-ni Ukrayna böhranına daxil etmək istəyir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
306 0

KTMT(ОДКБ)-nin baş katibi general-leytenant Stanislav Zas “Röyters”İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib ki,rəhbərlik etdiyi hərbi təşkilat “sülhməramlı”kontingentini Ukraynaya göndərə bilər.S.Zas ancaq onu da deyib ki,bunun üçün rəsmi Kiyev və başqalarının razılıgı olmalıdır.
KTMT baş katibi onu da vurgulayıb ki,alyansın kifayət qədər hərbi qüvvəsi var və onlar istənilən sayda hərbçini Ukraynaya göndərmək iqtidarındadırlar.

Əvvala onu vurgulayım ki,Ukrayna Rusiyanın nəzarətində olan nə KTMT-nin,nə də MDB adlı amorf bir təşkilatın üzvüdür.Dolayı yola,Ukrayna hökumətinin Putinin nəzarətində olan bir təşkilatın ölkəyə dəvət edilməsi qeyri-mümkündür.
Yəni,Ukrayna Qazaxıstan,V.Zelenski də Kasım-Jomart Tokayev deyil.
Eyni zamanda,heç bir beynəlxalq mandatı olmayan KTMT “sülhməramlıları”Ukraynaya daxil ola bilməz.

Belə olan halda KTMT-nin baş katibi S.Zasın “arzusu”elə arzu olaraq qalacaq.
Ortaya sual çıxır:General S.Zas bu ideyanın qeyri-mümkün oldugunu bilə-bilə niyə belə belə açıqlama verir?

Çox sadə:S.Zasa belə sərsəm fikiri dedirdən Rusiya prezidenti V.Putindir.Putin bunu ona görə edir ki,Ukrayna hökumətinə və xalqına psixoloji təsir göstərməklə onlara özünün “böyük qardaş”və “himayəçi”oldugunu nümayiş etdirə bilsin.
Lakin fərz edirəm ki,V.Putinin bu kontekstdə başqa hesasabları da var..

1)V.Putin istəyir ki,hərbi eskalasiyanın hər hansı bir fazasında NATO və ya başqa ölkələrin hərbçiləri prosesə müdaxilə etməsinlər.Halbuki,NATO rəsmi şəkildə münaqişədə öz hərbçiləri ilə iştirak etməyəcəyini əvvəlcədən bəyan edib.Hətta indiyəcən Ukrayna ordusuna hərbi təlimatlar keçən ABŞ və İngiltərə instruktorları bu ölkəni tərk ediblər.

2)Putinin başqa bir planı da bu ola bilər ki,Rusiya hərbi müdaxilənin müəyyən bir fazasında Ukraynada dövlət çevrilişi həyata keçirərək,özünə yaxın olan marionet siyasətçini bu ölkədə iqdidar edir.Və belə olan təqdirdə dövlət çevrilişi yolu ilə prezident olan “marionet”KTMT-ni Uraynaya dəvət edir.Dogrudur,deyə bilərsiniz ki,Ukrayna KTMT üzvü olmaya-olmaya bu necə baş verər…
Dedim axı marionetin sahibi var və o,sahibinə baglıdır.Yəni,bu mövzuda daxili qanunvericilik,beynəlxalq hüququ “marionet”tanımayacaq.

Yekunda onu deyim ki,V.Putin bir vasitə ilə Ukraynayı ələ keçirməyi qafasına qoyub və bütün varuanlarından istifadə edəcək.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir