KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Krıma gəlməklə, Qərbə gözdagı verdi?

Kamal Aliyev: Putin Krıma gəlməklə, Qərbə gözdagı verdi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
231 0

Ötən gün rus diktator Vladimir Putin Krım körpüsündə partlayış baş vermiş yerə gəlməklə,əsasən qarşı tərəfə üç mesaj verdi…
-Putin Krıma gəldi və bununla ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasına göstərdi ki,o,yıxılmayıb,ayaqdadır.Yəni,V.Putin dedi ki,Qərb mediasının az qala hər gün tirajladıgı “Kreml şefinin agır xəstəliyi var”tezisi şayiədir və ona qarşı psixoloji hərb hücumunun mahiyyətidir.

-Rus diktator Krımda eyni zamanda o mesajı da verdi ki,bu qış Ukraynada daha qanlı hərbi toqquşmalara hazır olun.Əslində,Ukraynada müharibənin hələ uzun illər davam edəcəyini və daha qanlı toqquşmaların hələ baş vermədiyini aylar öncə də yazmışdım.Hətta mümkündür ki,ruslar yenidən eyni vaxtda Kiyev və Xarkov kimi şəhərlərə hücuma keçəcəklər.O ki qaldı rus işgalçılarının Xersondan geri çəkilməsinə,bu,müharibə taktikasıdır və qarşıdakı illərdə bir çox yaşayış mıntəqələrinin əl dəyişdirıcəyini görəcəyik.Yetər ki,sahədə baş verənlər düzgün analiz edilsin.Şübhəsiz ki,Ukraynada müharibə uzandıqca,Avropa ölkələrində rejim dəyişiklikləri olmasa da,növbədənkənar seçkilər və populist sagın yüksələcəyi labüddür.

-Putinin Krıma səfərinin bir məqsədi də yerli əhaliyə motivasiya verməkdir.Bir müddət əvvəl Ukrayna prezidenti V.Zelenski bəyan etmişdi ki,Kiyev Krımı rus işgalından azad etmək üçün əlindən gələni edəcək.Təbii ki,Qərbdə də aglı başında olan insanlar Krımın ruslardan geri alınacagına o qədər də inanmırlar.Əsas budur ki,enerji infrastrukturunun 50%-i sıradan çıxan,iqtisadiyyatı tarumar olan bir ölkə bu qışı necə yola verəcək.Hər şey azərilərin gördüyü kimi asan deyil.Vəziyyət o qədər acınacaqlıdır ki,bu proseslərin üçüncü dünya müharibəsinə aparıb çıxaracagını da proqnozlaşdırmaq çətin deyil.

Kamal Aliyevkafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir