KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Putin, deputatlarının agzıyla Azərbaycanı təhdid edir

Kamal Aliyev: Putin, deputatlarının agzıyla Azərbaycanı təhdid edir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
304 0

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin müavini Aleksandr Şerin Azərbaycanı açıq şəkildə təhdid edib.Dogrudur,A.Şerin Azərbaycanla yanaşı Yaponiyanı da hədələyib.Qoy,yapon siyasətçiləri A.Şerinə cavab versinlər.

Belə ki,Dövlət Dumasının deputatı A.Şerin Vladimir Jirinoviskinin LDPR partiyasının üzvüdür.V.Jirnoviskinin də azərbaycanlılara münasibəti bəllidir.Görünür,V.Jirnoviskinin səhhətində yaranmış problemlərlə əlaqədər(onun hətta öldüyü deyilir,ancaq məlumat təsdiqlənmir)onun yerini indi də A.Şerin tutmaga başlayıb.Deyirlər ki,siyasət boşlugu sevmir.

Məncə,siyasətçinin yeri də boş qalmır.İndi V.Jirinoviskidən sonrakı vakant yerə “namızəd”A.Şerindir.
Xatırlayırsınızsa,Azərbaycanı martın 28-də “Rossiya”kanalındakı proqramda deputat Mixail Delyagin də təhdid etmişdi.

Dogrudur,M.Delyagin daha sonra üzr istədi,lakin bu “üzr”bəndənizi qane etmədi.Müsbət addım o oldu ki,Azərbaycan dövləti M.Delyagini İNTERPOL xətti ilə axtarışa verdi.V.Jirinoviskinin əqidədaşı,Rusiya prezidenti V.Putinin deputatına gəldikdə isə,o,deyib ki,Azərbaycan vəziyyətdən istifadə edib hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirmək istəyir,bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edir.

Şübhəsiz ki,A.Şerin bunu deyərkən,Xocalının Fərrux kəndinin Azərbaycan hərbçiləri tərəfindən azad edildiyini nəzərdə tutur.
A.Şerin onu da vurgulayıb ki,əgər kimsə Rusiyanın döyüş effektivliyini və Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmaga çalışırsa,demək istəyirəm ki,ehtiyatlar hətta cəlb olunmayıb,ən güclü silah növləri isə hələ istifadə olunmayıb.

Yuxarıdada vurguladıgım kimi,rusiyalı deputatların Aərbaycanı hədələməsinə rəvac verən Kremldir.Daha dogrusu,Azərbaycanı hədələyən,onun enerji infrastrukturunu,neft sənayesini vurmaqla şantaj edən Rusiya prezidenti Vladimir Putindir.
Zənnimcə,V.Putin Azərbaycan hökumətinə inanmır və ondan daha çox “sadiqlik”görmək istəyir.

Eyni zamanda,o da mümkündür ki,Rusiya Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənilən yeni sazişi baltalamaq istəyir.Düşünürəm ki,Kreml davamlı olaraq Azərbaycana qarşı təhdidləri davam etdirəcək.Hətta V.Putin ölkə daxilində 5-ci kolon vasitəsi ilə müəyyən təxribatlara əl ata bilər.Kifayət qədər diqqətli olmalıyıq.
Görünən budur ki,Rusiyanın vəziyyəti gərginləşdikcə,dünyadan təcrid olunduqca,hər cür provokasiyaya əl ata bilər.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir