KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Cənubi Osetiyanı Rusya’ya birləşdirəcəkmi

Kamal Aliyev: Putin Cənubi Osetiyanı Rusya’ya birləşdirəcəkmi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
21 0

Keçmiş sovet məkanındakı qondarma rejimlərin Rusiyaya birləşdirilməsi ideyasını əvvəlcə “LNR”(Luqansk Xalq Respublikası)gündəmə gətirdi.Daha dogrusu,Kremlin drektivlərinə görə,hərəkət edən qondarma rejimlər Rusiyaya birləşmək mövzusunu səsləndirməklə,Moskvadakı “aga” qarşısında nökərçiliklərini göstərmiş oldular.

Bu ayın əvvəlində qondarma Cənubi Osetiya Respublikasında keçirilən “prezident”seçkisində Alan Qaqloyev qalib gəldi(59%).Onun rəqibi,indiki prezident Anatoli Bibilov isə cəmi 37% səs ala bildi.Hərçənd,A.Bibilov seçkidən qabaq ictimaiyyətə elan etmişdi ki,artıq Rusiya ilə birləşməyin vaxtı gəlib və iyulun 17-sində referendum keçiriləcək.

Maraqlıdır ki,seçkinin qalibi “Nixas”partiyasının lideri A.Qaqloyevin tərəfdarları Rusiya ilə birləşməydən yana deyillər.Cənubi Osetiyada keçirilən “prezident”seçkisinin nəticələri bizə onu göstərir ki,osetinlər Rusiya ilə birləşməyə müsbət yanaşmırlar.Lakin bu,o demək deyildir ki,Qaqloyev Rusiyaya birləşmək istəməsə də,Gürcüstan ilə münasibətlərə pozitiv yanaşır.Xeyir,bu,belə deyil və A.Qaqloyevə görə,Cənubi Osetiya “müstəqil”dövlət kimi varlıgını davam etdirməlidir.

Reallıq budur ki,Qərb də Rusiyanın faktiki maşası olan qondarma respublikalara ciddi yanaşmır.Əvvala,Rusiya,Venesuela,Suriya və Nikaraquadan başqa heç bir dövlət Moskvanın nəzarətində olan “peyk”rejimləri tanımır.

Eyni zamanda,fərz edirəm ki,A.Bibilovun Cənubi Osetiyanı Rusiya ilə birləşməsi təklifi Rusiyadan gəlmir.Yəni,Rusiya əvvəlcədən bu qondarma rejimləri özünə anneksiya etmək istəsəydi,bunun üçün həmişə imkanları olub.Sadəcə,A.Bibilov siyasi “özfəaliyyət”nümayiş etdirib.Kreml indiyəcən bəzi qondarma rejimlərin müstəqilliyini ona görə tanıyırdı ki,o,buna Qərbin Kosovanın ərazi bütövlüyünü tanıdıgı üçün rest çəkirdi.Halbuki,Kosovanın müstəqilliyini 100-dən çox ölkə tanısa da,bu subyekt hələ də BMT-də təmsil olunmur.Çünki Rusiya BMT TŞ-nin üzvüdür və buna veto qoyur.

İnanmıram ki,indiki məqamda Qaqloyev Qərbə hər hansı reverans edə bilsin.Ən başlıcası,Cənubi Osetiya beynəlxalq hüquqa görə,Gürcüstanın ayrılmaz torpaq parçasıdır.

Dogrudur,2008-ci ildə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev Cənubi Osetiyaya hücum əmri verib bu ərazini işgal etdi,lakin hələ də Sxinvalidəki rejimi dünya tanımır.
Ümumiyyətlə,Kreml hinterlandındakı ölkələri nəzarətdə saxlamaqdan ötrü onların daxilindəki separatçı ünsürlərdən “məharətlə”istifadə edir.

Bunun üçün uzaga getməyə zəruriyyət yoxdur,Qarabagdakı separatçıların hərəkətlərini,bəyanatlarını müşahidə etmək kafidir.Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəsə,Rusiya hər gün Yerevanın Fransa meydanında və Sayat Nova küçəsindəki revanşist müxalifətlə buna imkan verməyəcək.

Azərbacan və Ermənistan arasında sülh müqaviləsi təkcə Qarabagdakı “sülhməramlı”rus əsgərlərinin bölgədən getməsi ilə deyil,həm də Ermənistandakı 102 saylı rus hərbi bazasının da bu ölkəni tərk etməsi ilə nəticələnə bilər.
Kremlin əsas qorxusu da elə budur.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.