KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Balkanlarda növbəti müharibəni başlada bilərmi?

Kamal Aliyev: Putin Balkanlarda növbəti müharibəni başlada bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
300 0

Yadınızdadırsa,bu həftə Rusiya prezidenti V.Putinin köməkçisi D.Peskov cnn-də Kristina Amunpura verdiyi müsahibədə demişdi ki,bizə qarşı eqzistensial(mövcud olma)problem yaranarsa,nüvə silahından istifadə edə bilərik.
Daha sonra Ukrayna prezidenti V.Zelenski Brüsseldə keçirilən NATO zirvə toplantısında iştirak edən dövlət və hökumət rəhbərlərinə belə demişdi ki,Rusiya Ukraynadan sonra başqa Avropa dövlətlərinə də hücum edə bilər.

Nəhayət,dünən Rusiyanın xarici işlər naziri S.Lavrov isə bəyan etdi ki,ölkəmizin iqtisadiyyatını tamamilə bitirmək istəyirlər və hətta ortaqlarımıza da təzyiq edirlər.
S.Lavrovun dediyini belə də yozmaq olar ki,Rusiya iqtisadiyyatı çökdürməyə çalışsalar,o zaman Moskva müharibənin arealını daha da genişləndirəcək.

Əlbəttə,düşünmək olar ki,Rusiya Ukraynanı işgal etdikdən sonra hədəfə Moldaviyanı qoyacaq.Dogrudur,V.Putinin gözü həm də Baltikyani ölkələrdədir.Lakin Baltikyani respublikalar NATO və Aİ-nin üzvüdürlər və bu,Rusiya üçün xüsusilə indiki mərhələdə risqlidir.Amma Rusiya Qərbə qarşı Balkan yarımadasında ikinci cəbhə aça bilər.
Fəqət V.Putin Balkanlarda birbaşa tərəf olmasa da,hibrid müharibə taktikasını işə sala bilər.Bunun üçün V.Putinin əlində Serbiya kimi hər an istifadə olunma potensialı daşıyan ölkə var.Rusiya və keçmiş Yuqoslaviya arasında münasibətlərin tarixi Josip Broz Titonun vaxtından mövcuddur.

Üstəlik,ruslar və serblər arasında xristianlıq dinindən gələn bir məzhəb yaxınlıgı da var.
Digər tərəfdən,90-cı illərdə Balkanlardakı münaqişə,9 etnik qrupdan ibarət olan Yuqoslaviyanın dagılmasından sonra Rusiya maksimum bu regionda öz təsir gücünü saxlamaga çalışır.

Bildiyiniz kimi,Bosniya və Hersoqovinanın tərkibindəki Sırpıska muxtariyyəti müstəqillik və yaxud Serbiyaya birləşmək istəyir.Hazırda rotasiya qaydasına uygun olaraq Bosniya və Hersoqovinaya rəhbərlik edən Milorad Dodik Sırpıska muxtariyyətinin ayrılmasını dəstəkləyir.Üstəlik,Serbiyanın prezidenti Aleksadr Vuçiç deyir ki,Kosovadakı serblər etiraz aksiyalarına başlayacaq və Belqrad bunu haqlı görür.Halbuki,2013-cü ilin aprelin 19-da imzalanmış Brüssel müqaviləsinə görə,Serbiya və Kosova arasında müəyyən münasibətlər qurulub,ancaq rəsmi Belqrad Kosovanın müstəqilliyini tanımır.

Kosova 2008-ci ildə müstəqilliyini elan edib və indiyəcən 98 ölkə Priştina hökumətini tanıyıb.Rusiya isə Kosovanın müstəqilliyini tanımır.Eyni zamanda,Serbiya prezidenti A.Vuçiç deyir ki,Kosova Serbiyaya hücum(?)etməyə hazırlaşır.Sanki A.Vuçiçi V.Putin danışdırır.Yəni,fevralın 24-ündə Rusiya Ukraynaya hücum etməmişdən əvvəl demişdi ki,Ukrayna qondarma DNR və LXR-ə hücum edəcək.Üstəlik,Serbiya dövləti 2021-ci ilin sentyabrından Kosova ilə sərhədə öz hərbçilərini yerləşdirir.İndi nə Bosniya və Hersoqovina,nə də Kosova NATO-nun üzvləri deyillər.Belə olan təqdirdə,Serbiya hökuməti hər iki dövlətə hücum edə bilər.Lakin Kosovada ABŞ-ın hərbi bazası var.Bu,Kosovanı nisbətən rahatlaşdırır.

Bütün bunları nəzərə alaraq demək olar ki,Rusiya hərbi və iqtisadi sferada(Qərbin sanksiyaları) sıxıldıqca,Balkan yarımadasında ikinci cəbhəni aça bilər.Bu,olduqca təhlükəlidir;həm birinci dünya müharibəsinin başlandıgı ərazi kimi,həm də 90-cı illərdə üç il davam edən qanlı müharibə kimi.
Şübhəsiz,bu,arzuolunmayan hibrid müharibə ssenarisidir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir