KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Azərbaycanın Qarabag üzərindəki suverenliyinə “yaşıl işıq”yandırdı?

Kamal Aliyev: Putin Azərbaycanın Qarabag üzərindəki suverenliyinə “yaşıl işıq”yandırdı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
218 0

Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu gün Valday Diskussiya klubunun plenar iclasında deyib ki,Ermənistan rəhbərliyi Qarabag üzərində Azərbaycanın suverenliyini tanıyacaqsa,onlar bunu dəstəkləyəcəklər.Zənnimcə,V.Putinin məlum açıqlaması kifayət qədər maraqlı və kritikdir.Əvvala,açıqlama ona görə kritikdir ki,Putinin də vurguladıgı kimi,Yerevan “Vaşinqton sənədi”adlı həll variantına əsasən problemin yekun həllinə pozitiv yanaşır.Ancaq bir məqam da budur ki,Kreml “Vaşinqtin sən di”nə qəzəblidir.Bu,ona görə belədir ki,Qərbin təqdim etdiyi həll variantı Rusiyanın Cənubi Qafqazdakı geopolitik çıxarları ilə üst-üstə düşmür.Yəni N.Paşinyan hökuməti nəhayət Yuxarı Qarabagın üzərində Azərbaycanın yurisdiksiyasını qəbul edəcəksə,o zaman növbəti mərhələdə(2025)bölgədəki rus hərbi kontingentinə ehtiyac qalmayacaq.Prosesin növbəti mərhələsində isə Ermənistanın Gümri ərazisindəki 102 saylı hərbi bazanın da çıxarılması gündəmə gələcək.Hər halda,Ermənistandan rus hərbi bazasının çıxması Qərbin planlarının ən kritik həlqəsini təşkil edir.Şübhəsiz ki,daha sonra ardıcıllıqla Cənubi Qafqazın Rusiyadan iqtisadi asılılıgına nail olmaqdır.Putin bu gün çıxışında ona da toxundu ki,əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki,hansı variantın üzərində seçim etmək lazımdır,o zaman buyursunlar.İlk baxışdan bizə elə gələ bilər ki,Putin hal-hazırda Paşinyanın,daha digrusu,ABŞ-ın proyeksiyasındakı həll variantına “yaşıl işıq”yandırır.Prinsipcə,”Vaşinqton sənədi”ideal olmasa da,Bakının maraqlarına daha çox cavab verir,nəinki Yerevanın və Xankəndidəki separatçı tpr-töküntülərin.Lakin biz o qədər də sadəlövh deyilik ki,Rusiyanın Qarabag probleminin Azərbaycanın xeyrinə həll olunmasına “yaşıl işıq”yandıracagına inanaq.Mən bunu ona görə deyirəm ki,Kreml Qarabagda nəzarət etdiyi əraziləri nə Azərbaycana,nə də Ermənistana aid edir.Bu,belə olmasaydı,Moskva Qarabaga özünə yaxın ermıni əsilli milyarder Ruben Vardanyana “siyasi sərmayə”yatırmazdı.
Digər yandan oktyabrın son günündə Soçidə Putin-Əliyev-Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.Bilirik ki,Paşinyan Qarabag probleminin həllində son spzün Rusiyaya aid olmasını istəmir.Bu həqiqəti Putin də bilir.Belə olan təqdirdə,növbəti görüşdə Putin-Paşinyan ikitərəfli görüşünün də nəticəsi maraqlıdır.Ehtimal budur ki,Putin Paşinyanı təhdid edəcək və ondan tələb edəcək ki,Qərbin həll variantını qəbul etməsin.Əks təqdirdə,hökumətinə və özünə qarşı təhlükələri nəzər aslmaq məcburiyyətində qalacaq.Üstəlik,bizə o da məlumdur ki,Paşinyan ziqzaqlı siyasi təfəkkürə sahib biridir.Əgər Paşinyan sona qədər dirənib Qərbin həll variantına üstünlük versə,bu,bütövlükə Cənubi Qafqazdan Rusiyanın çıxarılmasına və ən əsası regionun demokratikləşməsinə töhvə verəcək.Ancaq biz görürük ki,Paşinyan elə bu gün fərman imzalayıb ki,dövlət büdcəsindən Qarabagdakı separatçılara maliyyə yardımı ayrılsın.Gördüyünüz kimi,Paşinyan bir tərəfdən ilin sonuna qədər sərhədlərin müəyyənləşməsindən və yekun sülh müqaviləsinin imzalanmasından danışır,digər tərəfdın də Qarabagdakı separatçı tör-töküntülərə büdcədən maliyyə yardımı ayırır.İş ondadır ki,biz nəticə etibarı ilə Paşinyanın nə istədiyini də analiz etməkdə çətinlik çəkirik.
Həqiqətən,Paşinyan sülh müqaviləsinin imzalanmasında səmimidirmi?

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir