KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Putin Avropaya “qaz”müharibəsini elan etdi

Kamal Aliyev: Putin Avropaya “qaz”müharibəsini elan etdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
381 0

Əslində,bu,o zaman gözlənilən idi ki,Rusiya prezidenti V.Putin ölkəsinin Ukrayna işgalını pisləyən,ona qarşı sanksiyalar,embarqolar elan edən dövlətləri “dost olmayan ölkələr”kateqoriyasına almışdı.

Bu,Rusiya hökumətinin əlində siyasi şantaj alətinə çevrilib.Görünür,V.Putin Ukraynanın işgalı ilə barışmayan,buna laqeyd qalmayan ölkələri,xalqları bu üsulla cəzalandırır.Rusiya tələb edir ki,Avropa ölkələri ondan idxal etdikləri təbii qazın pulunu rus rublu ilə ödəsinlər.Hələ ki,Macarıstandan başqa heç bir ölkə idxal olunan rus qazının pulunu “rublla”ödəyəcəyini qəbul etməyib.

Beləliklə,Rusiyanın “Qazprom”şirkəti sabahdan Polşa və Bolqarıstana təbii qaz ixracını dayandırır.
Niyə görə Polşa?
-Səbəb budur ki,Polşa həm Ukraynaya silah-sursat göndərir,həm də ABŞ və Böyük Britaniyanın bu ölkəyə göndərdiyi silahların keçid nöqtəsidir.

Yadınızdadırsa,bir dəfə demişdim ki,əgər Ukrayna yeni bir “Əfqanıstan”olacaqsa,o zaman bir Avropa ölkəsi də “Pakistan”olmalıdır.Təbii ki,mən bunu SSRİ-nin Əfqanıstana qarşı müharibəsi(1979-1989)ilə müqayisə etmişdim.
Polşanın baş naziri Mateus Moravieski və bu ölkənin təbii qaz tədarükçüsü PGNG şirkəti bəyan ediblər ki,onların bu haqda məlumatları var və hazırda ölkənin anbarlarında enerji ehtiyyatı 75%-dir.

Rusiya Polşa ilə yanaşı Bolqarıstana da təbii qaz ixracını sabahdan kəsəcək.Şübhəsiz ki,buna əsas səbəb Sofiyanın Ukrayna dövlətinə və xalqına verdiyi dəstəkdir.Üstəlik,Bolqarıstandakı son parlament seçkilərində Putinin dostu baş nazir Boyko Borisov məglub oldu və iqtidara Kiril Petkovun rəhhbərlik etdiyi liberallardan ibarət koalisiya gəldi.Sabah isə Kiril Petkov Kiyevi ziyarət edəcək.Belə düşünmək olar ki,Putin Kiyevə sabah səfər edəcək K.Petkova “gözdagı”verir.

Macarıstandan savayı hələ ki,heç bir Avropa İttifaqı ölkəsi Rusiyadan aldıgı təbii qazın pulunu rublla ödəcəyini qəbul etməyib.Çünki bu,Aİ-nin Rusiyaya qarşı kollektiv sanksiya siyasəti ilə ziddiyət təşkil edir.
Fərz edirəm ki,Rusiya bundan sonrakı mərhələdə də ardıcıllıqla Avropa ölkələrinə təbii qazı kəsəcək.Bu kontekstdə ən ciddi problemi Almaniya yaşayacaq.Təbii ki,almanlar müəyyən hazırlıqlara başlayıblar,ancaq Berlin iqtisadi çətinliklərin,işsizlik probleminin yaranacagından məlumatlıdlr.Digər tərəfdən,rus qazından imtina sadəcə istehlakçılara deyil,həm də böyük enerji şirkətlərinə də təsirsiz ötüşməyəcək.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir