KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyanın Moskvaya səfərini necə oxumalıyıq?

Kamal Aliyev: Paşinyanın Moskvaya səfərini necə oxumalıyıq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
199 0

 

Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Rusiyaya yola düşəcək.Erməni baş nazirin Moskvaya işgüzar səfər mayın 9-u,axşamadək davam edəcək.
Paşinyanın Moskvaya səfərinin səbəblərini belə təhlil etmək olar ki,o,əvvəlcə Laçın dəhlizində Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasınından şikayətlənəcək.Yəni,Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən xahiş edəcək ki,Həkəri çayı üzərində Azərbaycanın qurdugu nəzarət-buraxılış məntəqəsi aradan qaldırılsın.Böyük ehtimalla,Azərbaycan hökuməti nəzarət-buraxılış məntəqəsindən geri addım atmayacaq.Əliyev hökuməti bilir ki,nəzarət-buraxılış məntəqəsindən geri addım onun imicinə ziyan vuracaq.
Zənnimcə,Əliyev hökuməti bu addımı atmaqla,həm Rusiyanın,həm də Qərbin reaksiyasını hesablamışdı.Paşinyan isə topu Rusiyanın sahəsinə atmaqla,öz hökumətini də sıgortalamış olacaq.Bu,o deməkdir ki,Paşinyan erməni xalqına açıq bəyan edəcək ki,mən əlimdən gələni etsəm də,Rusiya 2020-ci il 10 noyabr atəşkəs müqaviləsinin tələblərinə əməl etmədi.Bundan sonra isə,Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin miqyası daha da artacaq:Ermənistanın KTMT,Avrasiya İqtisadi İttifaqından(iqtisadi faydalarına baxmayaraq) çıxması istiqamətində siyasi çagırışlar intensivləşəcək.Böyük ehtimalla,ermənilər Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasının önündə davamlı etiraz aksiyaları keçirəcəklər.Prinsipcə,bu baş verməsi ehtimal edilən hadisələr Paşinyan hökumətinin xeyrinədir.Üstəlik,Qərb də Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsinin artmasından məmnun olacaq.ABŞ və Avropa İttifaqı nın strategiyası aydındır:minumum Rusiyanın Cənubi Qafqazda təsiri azalsın,maksimum isə Moskva bölgədən birdəfəlik çıxsın.Buna rəgmən,Qərb onu da dərk edir ki,Rusiyanın Ermənistanda 5-ci kalonu,siyasi şəbəkəsi hələ də güclüdür və müəyyən mərhələdə bu ölkədə siyasi xaos belə çıxara bilərlər.Onu da nəzərə alaq ki,Rusiya-Ermənistan iqtisadi münasibətlər,ticarət dövriyyəsi son 30 illik dövrdə heç vaxt indiki kimi inkişaf etməmişdi.

 

 

 

Paşinyanın Putinə bir təklifi də bu,ola bilər ki,sülh danışıqları kontekstində Bakı-Xankəndi formatı yaradılır və burada orbitr rolunu Rusiya oynayır.Paşinyan uzun müddətdir ki,Qarabag ermənilərinin hüquqi statusunun müəyyən edilməsi üçün “beynəlxalq mexanizm”formatını irəli sürür.Mümkündür ki,Paşinyan “beynəlxal mexanizm”təklifini Rusiyaya etsin.Əslində,bu,Moskvanın da maraqlarına cavab verir.Bakı isə Paşinyanın “beynəlxalq mexanizm”təklifini qəbul etmir və bəyan edir ki,Qarabagdakı ermənilər Azərbaycan vətəndaşlarıdır.Bakı Qarabag ermənilərini reinteqrasiya etmək istəyir.Lakin reinteqrasiya məsələsini Paşinyanla yanaşı Rusiya da istəmir.Moskva Qarabag ermənilərinin reinteqrasiyasını ona görə qəbul etmir ki,belə olan təqdirdə,həm Azərbaycanın dövlət suverenliyi bütün ölkə boyunca təmin olunur,həm də 2025-ci ildə rus sülhməramlılarının Yuxarı Qarabagdan getməsi üçün heç bir səbəb qalmır.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir