KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyanın manevirləri sülhə, yoxsa yeni müharibəyə qapı açacaq?

Kamal Aliyev: Paşinyanın manevirləri sülhə, yoxsa yeni müharibəyə qapı açacaq?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
172 0

 

Nəhayət,Ermənistanın baş naziri Nikol Paşinyan dünən Rusiya səfər etdi.Əlbəttə,erməni baş nazirin Moskvaya səfəri təkcə “Qələbə günü”ilə əlaqədar deyildi.Paşinyan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda keçirdikləri görüş haqqında mümkündür ki,Rusiya prezidenti Vladimir Putinə məlumat(hesabat da ola bilər)verib.
Digər tərəfdən,erməni baş nazirinin Putinə həm şikayəti,həm də təklifi var.Paşinyanın təklifi budur ki,rus sülhməramlıları daha 7 il Qarabag ərazisində qalsın.Əslində,Moskvanın da istəyi elə budur.Baxmayaraq ki,Azərbaycan tərəfi 2025-ci ildə Qarabagdakı rus sülhməramlılarının gedəcəyini bəyan edir,ancaq Kreml heç də İlham Əliyev iqtidarının bu istəyinə məhəl qoymaq niyyətində deyil.
Nikol Paşinyanın Putinə şikayəti isə budur ki,Azərbaycan tərəfinin Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi(SBM)sökülməlidir.Lakin görünən budur ki,Azərbaycan hökuməti atdıgı addımda qətiyyən güzəştə getməyəcək.Hərçənd,Qarabagdakı rus sülhməramlılarının komandanı A.Lentsov bu problemi həll etmək üçün Bakıya qədər zəhmıt çəkib gəlsə də,istədiyi nəticəni əldə edə bilmədi.İndi vəziyyət elə bir həddədir ki,Xankəndidəki separatçı adminstrasiya və Lentsov arasında ciddi fikir ayrılıqlarının oldugunu erməni mətbuatı gizlətmir.

 

Bundan başqa,Nikol Paşinyan bir müddətdir ki,Bakı və Xankəndi arasında dialoq formatını irəli sürür.Sanki Qarabagdakı tanınmamış adminstrasiya beynəlxalq hüququn subyektidir və Azərbaycanla birbaşa danışıqlar aparmaq səlahiyyəti daşıyır.Üstəlik,Paşinyan davamlı və israrla Qarabag probleminin həllində “beynəlxalq mexanizm”təklifindən əl çəkmir.Bu,əslində problemin yekun siyasi həllini ehtiva etmir və bunda əsas strateji hədəf Qarabagdakı ermənilər üçün “muxtariyyət”qazanmaga hesablanıb.Zənnimcə,Bakı Paşinyan hökumətinin bu strateji hədəfini baş düşdüyü üçün,Qarabagdakı ermənilərə ən yaxşı halda reinteqrasiya kursunu təklif edir.

 

Yeri gəlmişkən,Vaşinqtonda xarici işlər nazirlərinin 4 gün davam edən görüşündən sonra heç bir rəsmi bəyanat verilmədi.Halbuki,Soçidə iki,Moskvada bir ortaq bəyanat imzalanıb.Ancaq buna rəgmən,Rusiyada keçirələn görüşlər və imzalanan bəyanatlardan sonra heç bir irəliləyiş əldə olunmayıb.
İndi diqqətlər iyunun 1-də Kişiniyovda Avropa Siyasi Birliyinin sammitinə çevrilib.Gözlənilir ki,Kişinyovda Əliyev-Paşinyan görüşü keçirilsin.Daha sonra o da mümkündür ki, Əliyev-Paşinyan görüşündən sonra bəyanat da verilsin.Lakin Rusiyanın istədiyi də budur ki,Kişinyovda əgər hər hansı bir sənəd imzalanacaqsa,onun maraqları mütləq qorunsun.Mümkündür ki,Paşinyan Moskvada Putinlə keçirəcəyi görüşdü Rusiya prezidentini bu yöndə arxayın edəcək.Moskvadakı görüşdə Paşinyan Vaşinqtonda əldə olunmuş razılaşmalar haqqında da Putinə məlumat verəcək.

 

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş nazirinin iştirakıyla üçtərəfli görüş keçiriləcək.Nəhayət,uzun fasilədən sonra Brüssel görüşünün keçirilməsi təqdirəlayiqdir.Avropa İttifaqı Rusiyadan fərqli olaraq,gizli gündəliyə sahub deyil və sülh sazişinin imzalanmasında daha həvəsli təsir bagışlayır.Ən azından,Brüsseldə keçirilən görüşlər Azərbaycan və Ermənistan cəmiyyətlərində pozitiv ab-hava yaradır.Iyunun 1-də Kişinyovda keçirililəcək görüşdə Fransa prezidenti Emanuel Makron və Almaniya kansleri Olaf Şolts da Mişel-Əliyev-Paşinyan zirvəsinə qatılacaq.Məhz bu görüşdə sərhədlərin demarkasiyası,məhbus mübadiləsi kimi məsələlər də müzakirə olunacaq.Ehtimal etmək olar ki,Paşinyan “3+2 formatlı”görüşdə Azərbaycanın Laçın dəhlizində qurdugu sərhəd-buraxılış məntəqəsi haqqında Makron və Şoltsa şikayət etsin.
Görünən budur ki,Brüssel-Vaşinqton tandemi(Qərb platforması) sülh planı ilə baglı ortaya bir sənəd qoysun.Əlbəttə,bu məsələdə Rusiyanın mövqeyi də kritik əhəmiyyət daşıyır.Eyni zamanda,Nikol Paşinyanın da ziqzaqlı manevirlərini nəzərə almaq lazımdır.Bu,Paşinyanın erməni cəmiyyətini sülh sazişinə necə hazırlayacagından asılıdır.Ya Paşinyan risq alıb xalqını yekun sülh müqaviləsinə razı salacaq,ya da yeni müharibə ehtimalına qapı açacaq.Çünki Paşinyanın ziqzaqlı manevirləri qeyri-məhdud deyil və hər şeyin bir sonu var.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir