KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyanın hökumətində “yarpaq tökümü”başladı?

Kamal Aliyev: Paşinyanın hökumətində “yarpaq tökümü”başladı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
109 0

Son üç ildə Ermənistan hökumətində “xüsusi səfir”kimi fəaliyyət göstərən Edmond Marukyanın bu gün tutdugu vəzifədən istefası diqqətimi çəkdi.Marukyan deyir ki,xarici siyasət kursundakı bəzi fundamental fikir ayrılıqlarını əsas gətirərək,istefa verir.
Əlbəttə,”diqqətimi çəkdi”deyərkən,indiki məqamda Marukyan kimi təcrübəli diplomatın niyə indiki mərhələdə istefa etdiyini nəzərdə tuturam.Dogrudur,Marukyan son illər çok aktiv idi və erməni siyasi elitasında “qırgı”təsiri bagışlayırdı.
Bilirik ki,artıq Azərbaycan və Ermənistan arasında yaxın dövrdə hərbi toqquşma ehtimalı var.Və yaxud Rusiyanın Ermənistana qarşı hər an hərbi intervensiyasının mümkünlüyü müzakirə mövzusudur.Ermənistanın baş naziri Nikol Paşinyan isə KTMT-dən çıxmagı gözə almaqla,Rusiyaya qarşı demarş edir,onunla həlledici hesablaşma mərhələsindədir.Paşinyan hökuməti yüz faiz olmasa da,böyük ölçüdə Qərbin dəstəyini də alıb.Görünür,KTMT-nin ardınca Ermənistan Aİİ və MDB-ni də tərk etməyi qarşısına məqsəd qoyub.Dəfələrlə yazdıgım kimi,Nikol Paşinyanın Ermənistsnı “geridönməz”yola daxil olub və kartları açıq oynamaga üstünlük verir.Haqqını verməliyik ki,Paşinyanın bu sayaq “cəsarətli”siyasi gedişləri qiymətləndirilməlidir.Təbii ki,erməni hökumətinin,erməni cəmiyyətinin buna siyasi potensialı kifayət edəcəkmi,bunu indidən demək çətindir.Lakin necə deyərlər,ox yaydan çıxdı.
İndi gələk Marukyanın qəfil istefasına.Şübhəsiz ki,E.Marukyan Paşinyanın xarici siyasət kursundakı kardinal dəyişikliklərdən,Ermənistanın Rusiyanın geosiyasi təsir orbitindən uzaqlaşmaq xəttini güddüyünü bilir.Bu baxımdan,keçmiş “xüsusi səfir”Marukyan ola bilsin ki,bunun siyasi risqlərini də hesablaya bilib.Hər nəqədər Marukyan “qırgı”diplomat təsiri bagışlasa da,vəziyyətin heç də hamar olmadıgının fərqinə varıb.Düzdür ki,Marukyan Paşinyanın inqilabçı qrupundan deyildi və daha sonra vəzifə sahibi olmuşdu.
İndi ortaya maraqlı sual çıxır:Marukyandan sonra Paşinyanın hökumət kabinetində “yarpaq tökümü”baş verə bilırmi?

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir