KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyanın “hərbisizləşdirilmiş zona”təklifinin mahiyyəti nədən ibarətdir?

Kamal Aliyev: Paşinyanın “hərbisizləşdirilmiş zona”təklifinin mahiyyəti nədən ibarətdir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
281 0

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinə təqdim etdiyi sülh sazişi planının Qarabaga aid olan hissəsində “hərbisizləşdirilmiş zina”ifadəsi var.Hətta bəzi erməni rəsmilır də adı çəkilən ifadə haqqında öz fikirlərini bildiriblər.Bu,eyni zamanda o deməkdir ki,Paşinyan hökuməti Azərbaycanla diplomatik və siyasi münasibətlərin qurulması ilə Qarabagda yaşayan ermənilərin yekun statusunun müəyyənləşdirilməsi arasında fərq görür.Əgər keçən ildə Praqdada keçirilən dördtərəfli görüşü(Əliyev,Paşinyan,Makrin,Mişel) nəzərə alsaq görərik ki,Ermənistan tərəfi Almatı Bəyannaməsinə görə,Azərbaycanın ərazi bütövlüyünü tanıyır.Lakin gəlinən nəticə bundan ibarətdir ki,Ermənistan tərəfi Qarabagın yekun statusunun müəyyən edilməsini gələcəkdə imzalanması ehtimal edilən sülh sazişindən kənarda görür.Bu,o deməkdir ki,Ermənistan hökuməti hiyləgərlik nümayiş etdirərək,Laçın dəhlizi də daxil olmaqla Qarabagın yuxarı hissəsində “hərbisizləşdirilmiş zona”tələb edir.Maraqlıdır ki,Paşinyan onu da deyir ki,təqdim etdikləri sülh sazişindən Azərbaycan tərəfi də razı qalmalıdır.
Digər yandan,o da mümkündür ki,Ermənistan tərəfi növbəti mərhələ də “bufer zona”,”beynəlxalq zəmanət”kimi tələbləri də irəli sürə bilər.Görünür,Yerevan Qarabagda yaşayan erməni azınlıgı üçün “toxunulmazlıq”tələb edir və bu istiqamətdə BMT və ya başqa qurumların nəzarət mexanizmini istəyir.Bəri başdan deyim ki,Paşinyanın yeni saziş mətni daha çox üzərində korrekt edimiş sənəddir və Bakının bunu qəbul edəcəyini istisna edirəm.Çünki,Bakı dəfələrlə bəyan edib ki,problem həll olunub,Qarabagdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və reinteqrasiya prosesini başlatmagı hədəfləyir.
Bundan əlavə,Nikol Paşinyan onu da deyir ki,sənəd ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təqdim olunub.Ancaq bu gün ATƏT-in Minsk Qrupunun fəaliyyəti konkret olaraq mövcud deyil.
Beləliklə,ortaya sual çıxır:Ermənistan ciddi şəkildə danışıqlar aparıb sülh müqaviləsi imzalamaq istəyirmi? Bu suala belə cavab vermək mümkündür ki,erməni tərəfi hər şeyə bir proses kimi yanaşır və strategiya da bunu maksimum davam etdirməkdir.
Bu gün Münxen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti ilə Ermənistan və Gürcüstanın baş nazirləri arasında üçtərəfli görüş keçiriləcək.Gpzlənilir ki,bu üçtərəfli görüşdə də Cənubi Qafqazdakı siyasi əməkdaşlıq məsələləri də gündəmə gəlsin.

P.S.Yeri gəlmişkən,Münxen Təhlükəsizlik Konfransında çıxış edən Fransa prezidenti Emanuel Makron bəyan edib ki,Rusiya Qafqazda destablizasiya yaradan neokolonial dövlətdir və o,gələcəkdə də dostu Nikol Paşinyana dəstək verəcək.

P.P.S. Fransa Rusiyanın onu Mali və Burkino-Fasodan qovmasını hələ də qəbul edə bilmir.Məsələ sadəcə Ukrayna böhranı ilə əlaqədar deyil.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir