KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Paşinyanın demokratiya söhbəti və Az TV-nin “qabaqdangəlmişliyi”

Kamal Aliyev: Paşinyanın demokratiya söhbəti və Az TV-nin “qabaqdangəlmişliyi”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
232 0

Münxen Təhlükəsizlik Konfransında ən maraqlı hadisələrdən biri “Dagları aşmaq?Cənubi Qafqazda təhlükəsizliyin qurulması”mövzusunda keçirilmiş plenar iclas idi.Əvvala,bu plenar iclasın keçirilməsi ona görə vacib əhəmiyyət daşıyırdı ki,burada Azərbaycan prezidenti İlham Əliyev,Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili birlikdə iştirak edirdilər.Görünür,Qərb Cənubi Qafqazın hər üç ölkəsini birbirindən ayırmaq istəmir, strateji olaraq bu respublikaların gələcək perspektivdə Rusiyanın təsir orbitindən çıxmasını və demokratikləşməsini hədəfləyir.Qərbdə oturuşmuş fikir bundan ibarətdir ki,əvvəlcə Cənubi Qafqazın üç ölkəsi Rusiyanın təsirindən qurtulacaq və daha sonra bu respublikalarda demokratiyanın təşəkkülü mümkündür.

Qərb təşkilatları və siyasətçiləri praqmatisdirlər və anlayırlar ki,Cənubi Qafqazın demokratikləşməsinə hələ zaman var.

Beləliklə,Əliyev,Paşinyan və Qaribaşvilinin iştirak etdiyi plenar iclasda söz alan Ermənistanın baş naziri dedi ki,dagıdıcı müharibədən sonra onun ölkəsində azad,demokratik və şəffaf seçkilər keçirildi.Və dünya ictimaiyyəti bu seçkilərin nəticələrini tanıdı.Ermənistanda Gəlin həqiqəti etiraf edək və yaxud etməyi bacaraq ki,bəyənmədiyimiz,düşmən hesab etdiyimiz Ermənistanda demokratiyanın,insan hüquq və azadlıqlarının vəziyyəti Azərbaycandan daha irəlidədir.Əlbəttə,bu,Ermənistanın Azərbaycana qarşı illərlə apardıgı qəsbkarlıq,işgalçılıq siyasətinə haqq qazandırmır.Və indi də Ermənistan Azərbaycanla yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırır.Lakin bu,o demək deyil ki,Ermənistanın daxilində demokratiya yoxdur,hər addımbaşı insan hüquqları pozulur.Ən azından,Ermənistan parlamentində iki müxalif blok(Hayastan,Şərəfim var)təmsil olunur.Bundan əlavə,Ermənistan Milli Məclisinin spikerinin müavini İşxan Saqatelyan müxalifəti təmsil edir.Əgər Ermənistanda demokratik seçki keçirilməsəydi,ABŞ prezidenti Co Bayden bu olkəni “Demokratiya zirvəsi”-nə dəvət etməzdi.Həqiqət budur ki,Avropa İttifaqı da Ermənistandakı demokratiyanı,insan hüquqları məsələlərini öz hesabatlarında qiymətləndirir.
Azərbaycana gəldikdə,ölkəmizdə azad və ədalətli seçkilər keçirilmir,korrupsiya və rüşvət də öz yerində.
Üstəlik,həbsxanalarımızda siyasi məhbuslar varməhkəmə və hüquq sistemi azad deyil.Təbii ki,bütün bunlar həqiqətdir və belə görünür ki,iqtidar da Azərbaycanda demokratiyanın bərqərar olmasında maraqlı deyil.Ancaq ölkədə demokratiyanın qurulmamasında azərbaycanlılar da maraqlı deyil.Çünki bizim xalqımız qorxur,təşkilatlanmagı bacarmır.
Əlbəttə,hakimiyyətl əı yanaşı demokratiyanın qurulmasında xalqın da maragı olmalıdır.

Yuxarıda da vurguladım ki,Ermənistanda demokratiyanın bizdən nisbətən irəlidə olması bu ölkənin işgalçılıq və qəsbkarlıq mahiyyətini dəyişmir.Bəli,Ermənistan dövləti və xalqı azərbaycanlılara nifrət edir və bunu heç gizlətmirlər də.
Hətta Az TV erməni baş nazir Nikol Paşinyanın dediklərini qəbul etməsək də,yayımı dayandırmamalı idi.Az TV əksinə yayımı kəsməməli,prezident Əliyevin ona necə cavab verəcəyini də gözləməliydi.Belə olan təqdirdə,bu gün oldugu kimi Paşinyanın dedikləri bu qədər müzakirə olunmazdı.Adama elə gəlir ki,Az TV Nikol Paşinyana “ayı xidməti”göstərib.Məncə,Az TV ən böyük hörmətsizliyi elə prezident Əliyevə edib.Ancaq Dövlət televiziyası yalnışından nəticə çıxarmaq əvəzinə,çox mənasız bir açıqlama verdi.Az TV bəyan etdi ki,guya tədbirin təşkilatçıları siqnalı kəsiblər.
Axı belə biabırçılıga nə ehtiyac vardı?

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir