KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan ya sülh müqaviləsinə imza atacaq, ya da devriləcək

Kamal Aliyev: Paşinyan ya sülh müqaviləsinə imza atacaq, ya da devriləcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
230 0

Ermənistanın baş naziri Nikol Paşiyan Avropa İttifaqının Praqada keçiriləcək qeyri-rəsmi görüşündən əvvəl maraqlı açıqlamalar verib.Belə demək mümkünsə,N.Paşinyan Qarabag münaqişəsinin yekun həllini özündə ehtiva edən sülh müqaviləsini imzalamaga meyillidir.Digər tərəfdən,Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri,Paşinyanın “sag əli”Armen Qriqoryanın son bəyanatlarından belə nəticəyə gələ bilərik ki,Yerevan həm sülh müqaviləsini imzalamaq istəyir,həm də Rusiyanı Qərblə əvəz etməkdə israrlıdır.Əlbəttə,mən bu nəticəni Paşinyanın kurasiyasında olan “Haykakan Jamanak”qəzetində dünən çıxan məqalədən çıxara bilirəm.Paşinyan ailəsinə yaxın qəzet açıq-aydın yazır ki,Kreml Yerevanın qarşısında iki şərt qoyub:Ermənistan ya Rusiyanın tərkibinə keçərək bu ölkənin faktiki federal subyekti olscaq,ya da Belorus və Rusiya ilə ittifaq dövlətində təmsil olunmalıdır.Gördüyünüz kimi,Kremlin birinci şərti faktiki olaraq Ermənistanın müstəqilliyinə son verilməsi deməkdir.İkinci şərt isə ən yaxşı halda Ermənistanın formal müstəqilliyini nəzərdə tutur.İkinci şərtin bir mürəkkəb və qəbulolunmaz tərəfi də budur ki,Ermınistanın xarici siyasətinin istiqamətini və konturlarını Rusiya müəyyən edəcək.Belə olan təqdirdə,Paşinyan hökuməti də anlayır ki,Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdıraraq,Bakı ilə sülh müqaviləsi imzalayaraq Ermənistanı həm Rusiyanın caynagından qurtara bilər,həm də ölkəsini demokratik Qərbə inteqrasiyasına nail ola bilər.Bu baxımdan,Paşinyan Praqaya sülh danışıqlarının ilkin mətnini razılaşdırmaq üçün gedir.Erməni baş nazir bilir ki,parlament çoxlugu,o cümlədən,xalq prosesə gərəkli dəstəyi verərsə,Azərbaycanla yekun razılaşma mümkündür.Onu da nəzərə almalıyıq ki,Qərb də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqazdakı geopolitik maraqları nöqteyi-nəzərindən vacib sayır.
Hazırda hım Ermənistan hökuməti,həm də Qərbin ehtiyat edəcəyi məsələ Yerevanda dövlət çevrilişinin baş vermə ehtimalıdır.Biz bundan əvvəl də Ermənistanda parlament szvlərinin gülləbaran edildiyini,dövl əıt çevrilişini görmüşdük.Dogrudur,Kreml hələ Paşinyan və onun komanda üzvlərinin dediklərinə reaksiya verməyib,ancaq Rusiya üçün “qırmızı xətt”var ki,o zaman Yerevanda dövlət çevrilişinə cəhdi,siyasi sui-qəsdləri görə bilərik.Elə ən ciddi narahatlıq doguran məqam da budur.
Gözləyək…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir