KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan Qarabaga muxtariyyətdən geri çəkildi,1975-ci xəritələrini qəbul etdi

Kamal Aliyev: Paşinyan Qarabaga muxtariyyətdən geri çəkildi,1975-ci xəritələrini qəbul etdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
148 0

Nəhayət,Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabaga muxtariyyət verməyəcəyini bəyan edib.Belə demək mümkünsə,Azərbaycan tərəfi Həkəri çayı üzərində nızarət-buraxılış məntəqəsi qurmaqla,”Laçın dəhlizi”məfhumunu da aradan qaldırdı.Bu gün faktiki olaraq,Azərbaycanın suveren ərazisində “dəhliz”adlı keçid,və ya yol yoxdur.Dogrudur,Paşinyan Praqada Azərbaycanın Qaragı blokadaya aldıgını,hətta ərazidəki ermənilərə qarşı “etnik təmizlimə”siyasi apardıgını desə də,məsələnin belə olmadıgını demək olar ki,hər kəs bilir.
Buna baxmayaraq,N.Paşinyan ziqzaqlı siyasi siyasi mühəndisliyini davam etdirir.Erməni baş nazir strategiyası aydındır:mimimum Rusiyanın Ermənistandakı nüfuzunu azaltmaq,maksimum isə ölkəsini Moskvanın təsir obyektindən birdəfəlik çıxarmaq.Təbii ki,Paşinyanın əsas hədəfi də maksimum hakimiyyətdə qalmaqdır.

 

Nikol Paşinyan mediaya açıqlamasında bir məqam da olduqca maraqlıdır.Erməni baş nazir 1975-ci il xəritələrinə görə,sərhəd xəttini tanımaga hazır oldugunu,işgal olunmuş kəndləri də qaytarmaga razılaşdıgını bəyan edib.Zənnimcə,Paşinyanın bu açıqlaması da pozitiv hadisədir.Çünki Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramiv ermənistanlı həmkarı Ararat Mirzoyanla ABŞ-da keçirdiyi görüşdə də Qazaxın 7,Naxçıvanın Kərki kəndinin geri qaytarılmasını gündəmə gətirmişdi.

Konkret olaraq 1975-1976-ci il xəritələrinə gəlincə,bunlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındadır.1975-ci il xəritələri 1988-ci ildəkindən həm də ona görə əhəmiyyətlidir ki,burada ermənilərin “Miatsum”ideyası sıradan çıxır.Maraqlıdır ki,ermənilər son 2 ildə 1975-ci il xəritələri ilə dövldövldelimitasiyaəıt sərhədlərinin delimitasiya ve demorkasiyasını qəbul etmirdilər.Lakin Paşinyan bu gün 1975-ci il xəritələrinə istinad etdiyini deyir.
Ermənilər eyni zamanda,indiyəcən ona görə 1975-ci il xəritələrini qəbul etmirdilər ki,son 30 ildə xeyli toponimləri təhrif etmişdilər.
Qazaxın 7,Naxçıvanın isə Kərki kəndinin Azərbaycanın nəzarətinə keçməsi erməni separatizminı psixoloji zərbə olacaq. Bu,ifrat və riyakar erməni millətçiliyinin agır yara alması deməkdir.Dogrudur,Ermənistan Azərbaycanla sərhəd məsələsinin Rusiyanın vasitəçiliyi olmadan da həll edə bilırdi.Ancaq mqsbət hal odur ki,nəhayət,Nikol Paşinyan keçmiş Sovet Azərbaycanının sərhədlərini tanıyacagını etiraf edir.

Yeri gəlmişkən,Rusiya prezidenti Vladimir Putin “Valdat”Klubunun son toplantısında 70-ci illərdəki xəritələrə istinad etmişdi. Onu da qeyd edək ki,1975-1976-cı illərdəki xəritələr ETSN-nin nəzdində “Geodeziya və Kartoqrafiya”MMC-də hələ də qalıb.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir