KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan Putinə meydan oxumaq yolunu seçmədi

Kamal Aliyev: Paşinyan Putinə meydan oxumaq yolunu seçmədi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
385 0

Dünən Moskvada baş tutan V.Putin-N.Paşinyan görüşündən çıxas əsas nəticə bu,oldu ki,Ermənistan hələ də Rusiyanın kurasiyasından çıxa bilməyəcək.

Dogrudur,Moskva görüşündən əvvəl Paşinyan Qarabag problemi kontekstində “cəsarətli”fikirlər səsləndirdi,lakin real nəticə budur ki,Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması təkcə Paşinyan iqtidarından asılı deyil.

Biz son 30 ildə Ermənistanın siyasi tarixini izləyərkən,bir vacib məqamı müşahidə etmişik ki,Qarabag mövzusu əslində erməni xalqının deyil,Rusiyanın kurasiyasında olan və onun Cənubi Qafqazda geosiyası “iştah”nın təməl prinsipidir.Rusiya ermənilər və azərbaycanlılar arasında sülh istəmir və bunun baş tutmaması üçün hər addımı atmaqdadır.

Gələk Paşinyanın Putinlə görüşünə.

Rusiya və Ermənistan rəhbərlərinin mətbuata açıqlaması oldu və biz bir az da bu bəyanata güldük.
Xüsusilə,Paşinyanın Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları qınaması və bu istiqamətdə Rusiya ilə birlikdə hərəkət edəcəklərini bəyan etməsi idi.Bəlkə də bu bəyanat bəzi insanlara qeyri-adi gələ bilər,ancaq unutmamalıyıq ki,Ermənistan Rusiyanın jandarm rolu oynadıgı KTMT və Aİİ-üzvüdür.Və mən inanmıram ki,Paşinyan iqtidarı Qərbin Rusiyaya tətbiq etdiyi sansiyalara qoşulacaqdı.
Əgər N.Paşinyan Rusiyanın Ukraynadakı işgalına etiraz etsəydi və Qərbin sanksiyalarına qoşulsaydı,o zaman o,ən yaxşı halda istefa verməyə məcbur ediləcəkdi.Ən pis halda isə,Paşinyana sui-qəsd edilə bilərdi.
Paşinyan isə iqtidarı əldən vermək istəmir.

Birdə ki,Paşinyan iqtidarı erməni xalqının qanını sovuran Köçəryan və ya Sərkisyana ötürməlidir?
Axı sadə erməni xalqı da bu adamlardan bezib.

Paşinyan və Putin arasında keçirilən görüşdən sonra açıqlanan yekun bəyanatda o da vurgulanır ki,onlar bir sıra ölkələrin məhdudlaşdırıcı tədbirlər tətbiq etməsindən narahatdırlar,hər iki ölkənin ərzaq və enerji təhlükəsizliyi,logistika və digər sahələrdə sanksiyaların səbəb oldugu çətinliklərin öhdəsindən birgə gəlməkdə niyyətlidirlər.

Gördüyünüz kimi,Ermənistan Rusiyaya Belorus ilə birlikdə “sadiq nökər”rolunu oynamaqda davam edəcək.

Görünür,N.Paşinyan belə mövqe sərgiləməklə,təkcə Rusiyaya deyil,diaspora,kilsə və daxildəki müxalifətlə konfrantasiyaya getmək istəmir.Məsələ budur ki,diaspora da Rusiyaya qarşı sanksiyalar məsələsində vahid mövqe nümayiş etdirmir.Paşinyan isə risqə gedənə oxşamır.Bunun səbəbini yuxarıda yazdım.

Putin-Paşinyan görüşündə belə nəticə də hasil oldu ki,Ermənistan yaxın periodda Azərbaycanla yekun sülh müqaviləsini imzalanmasını Rusiya ilə koordinasiya edəcək.

Əlbəttə,Azərbaycan və Ermənistanın XİN rəhbərləri mütəmadi görüşlər keçirəcək,Paşinyan ara-sıra normal bəyanatlar verəcək,ancaq qısa müddətdə sülh müqaviləsinin imzalanmasını görmək müşküldür.

İndi Ermənistan üçün ən optimal seçim “3+3″Regional Əməkdaşlıq Formatının həyata keçirilməsidir.Əslində,Avropa İttifaqı da regionda nəqliyyat dəhlizinin açılmasında,region ölkələri arasında siyasi və iqtisadi münasibətlərin bərpasında maraqlıdır.Ümumiyyətlə,Aİ Azərbaycan və Ermənistana məsləhət verir və ya hər hansı regional layihələrin reallaşdırılması üçün maliyyə yardımı göstərə bilər.Avropa İttifaqının hər hansı təsir mexanizmi yoxdur ki,tərəflərə nəsə diktə etsin.

Üstəlik,Qərbin başı hazırda Ukraynaya qarışıb və Rusiya ilə “ikinci cəbhə”açmaq niyyətində deyil.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir