KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan iqtidarı yola salınır?

Kamal Aliyev: Paşinyan iqtidarı yola salınır?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
315 0

Ermənistanda vəziyyət gərgin olaraq qalmaqda davam edir.Keçmişin sahibsiz və nimdaş “qara atları”olan Robert Köçəryan və Serj Sərkisyan tərəfdarları baş nazir Nikol Paşinyanı devirmək üçün Müqavimət Platforması yaradıblar.Hər gün təkcə paytaxt Yerevanda deyil,Ermənistanın başqa regionlarında da lokal etiraz aksiyaları keçirilir.Görünür,Paşinyan hələ bir müddət də etirazçılara dözüm nümayiş etdirəcək.Ola bilər ki,hazırkı etiraz dalgasından Paşinyan özü də faydalansın.Yəni,ən azından,Nikol dünyaya göstərir ki,mənim güzəşt limitim bir yerə qədərdir və daha artıgına gücüm çatmır.
Brüsseldə isə Əliyevin köməkçisi Hikmət Hacıyev və Ermənistan TŞ-nin rəhbəri Armen Qriqoryan arasında iki görüş keçirilib.Bu görüşlərin əsas qayəsi rəsmi Bakının təqdim etdiyi 5 prinsib(ən vacibi Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır)ətrafında müzakirələr və sülh müqaviləsini hazırlamaq üçün nümayəndə heyətlərinin yaradılmasıdır.
Azərbaycan tərəfi artıq öz nümayəndələrini müəyyənləşdirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb və iki ölkə arasında”Strateji Dialoq”mövzusunda müzakirələr aparıblar.E.Blinken həm Paşinyanın demokratik islahatlarından bəhs edib,həm də Ermənistanın qonşuları ilə münasibətlərini normallaşdırmaq üçün səylərini müsbət qiymətləndirib.Hazırda Paşinyana Qərbdən dəstək var və o,Azərbaycanla münasibətləri normallaşdırmaga həvəslidir.Bəli,hələ ki,Paşinyan həvəsli görünür,cəsur yox.
Vyanada Türkiyə və Ermənistan nümayəndələri arasında üçüncü görüş də baş tutub.Tərəflər əsasən sərhədlərin açılmasını və diplomatik münasibətlərin yaradılmasını istəyirlər.
Ermənistanda hazırda Paşinyanı devirməyə gücü çatan yeganə ünsür ordudur.Və son iki gündəki aksiyalarda “ordu,ordu”qışqıranlar var.Baxmayaraq ki,müdafiə naziri Suren Papikyan Paşinyana yaxındır,ancaq ordunun daxilində Kremlə və Qarabag klanına yaxın generallar da var.

Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir