KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan iqtidardan gedərsə,müharibə baş verə bilərmi?

Kamal Aliyev: Paşinyan iqtidardan gedərsə,müharibə baş verə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
324 0

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları səngimək bilmir.Hətta bu gün N.Paşinyan parlament kürsüsündə danışarkən,müxalifətçi deputatlar zalı tərk etdilər,hakim Vətəndaş Müqaviləsi partiyasının deputatları da müxalifətçiləri ironik şəkildə alqışlayaraq yola saldılar.

Yeri gəlmişkən,mən erməni müxalifətinin böyük masştabda mitinqlər,yürüşlər keçirəcəyini belə tezkən gözləmirdim.Hətta onu da deyim ki,qənaətim belə idi ki,biz yenidən Köçəryan və Sərkisyan kimi siyasətçiləri meydanlarda görməyəcəyik.

Əvəzində,Köçəryan və Sərkisyan Artur Avenetsiyan,İşxan Saqetelyan kimi siyasətçiləri “ön cöbhəyə sürüb”fonda N.Paşinyanın altını qazıyırlar.Maraqlıdır,ateist olan R.Köçəryan dini simvollardan istifadə edir və erməniləri N.Paşinyana qarşı mobilizə etməkdədir.
İndi necə deyərlər,Ermənistanda ara qarışıb,məzhəb itib.Köçəryanın “agsaqqallıq”etdiyi müxalifət N.Paşinyanı öz silahı ilə-küçə etirazları ilə vurur.Görünür,iqtidara küçədən gəlmək istəyirlər.

Erməni müxalifətinin əsas “motivasiya”qaynagı yenə də Qarabag mövzusudur.Köçəryan və Sərkisyan da hakimiyyətə Qarabag kartından istifadə edərək gəlmişdilər.Həm Robert,həm də Serj bu dəfə də “Artsax”mözusunu qabardır və onlara görə,Qarabag məsələsində güzəşt olmamalıdır və etnik ermənilər öz müqəddəratını təyin etməlidirlər.

Digər tərəfdən,erməni müxalifəti hakimiyyətə gələcəyi təqdirdə,hansı siyasəti aparacagını da müfəssəl şəkildə təqdim edə bilmir.Görünən budur ki,ermənilər yenidən müharibəyə başlamaga cürət etmirlər.Əvəzində,Ermənistan parlamentinin Daşnaksütyun partiyasından olan vitse-spikeri İşxan Saqatelyan “ləyaqətli”sülhdən bəhs edir.Şübhə yoxdur ki,Saqatelyan “ləyaqətli”sülh deyərkən,Qarabagdakı separatçı qruma müstəqilliyi qəsd edir.

Türkiyə ilə münasibətlər mövzusunda isə erməni müxalifəti danışmaga xəsislik edir.Məncə,Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mövzusu hazırda geopolitik məsələdir.Yəni,Qərb Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı tərəfdir.Təbii ki,Ermənistan müxalifəti də məlum mövzunun həssaslıgını dərk edir.

Paşinyan hələ ki,müxalifətin təzyiqlərinə dözür.Yaxın həftələrdə güman etmək olar ki,Ermənistan siyasi sferasında daşlar yerinə oturacaq.Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş tutarsa,üçüncü Qarabag müharibəsinin başlamasını zənn etmirəm.Sadəcə olaraq,revanşist iqtidar hazırkı danışıqlar prosesini sarvat edə bilər.Erməni müxalifəti bəyan edir ki,yenidən güclü ordu quracaqlar.Yenə də yuxarıda vurguladıgım kimi,revanşistlər indiyə qədərki prosesi dayandıracaqlar və Rusiyaya daha da arxalanacaqlar.

Yox,əgər müharibəyə cəhd etsələr,bu dəfə daha agər məglubiyyəti gözə almadırlar.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir