KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan həm Putinə, həm də Vardanyana ilişdi

Kamal Aliyev: Paşinyan həm Putinə, həm də Vardanyana ilişdi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
248 0

Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransı haqqında müxtəlif analizlərə rast gəlmək mümkündür.Ancaq görünən budur ki,Xankəndi-Şuşa-Laçın yolunda azərbaycanlı ekofəalların hələ də davam edən aksiyasını Paşinyan Rusiya və Azərbaycanın ona qarşı “siyasi mühəndislik”aksiyası kimi görür.Dogrudur,erməni baş nazır Rusiyanın onu biryolluq siyasi hakimiyyətdən devirmək istəm əısini deməsə də,sətiraltı bu məqama toxunur.Belə ki,N.Paşinyan ilk dəfə açıq və aydın şəkildə deyir ki,Rusiyanın Ermənistandakı hərbi mövcudlugu(102-ci hərbi baza)nəinki respublikanın təhlükəsizliyini qoruyur,əksinə ona təhdid yaradır.Və bununla yanaşı,N.Paşinyan 2023-cü ilə KTMT-nin Ermınistanda keçiriləcək hərbi təlimlərinin ən azı bu il təxirə salındıgını da deyib.Ötən gün Ermənistanda “Milli Demokratik Qütb”hərəkatının baş tutan növbəti antirusiya aksiyasını nəzərə alsaq deyə bilərik ki,Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının yaxınlıgında baş tutmuş aksiyanın da əslində drijoru Paşinyan idi.Düzdür,erməni “millətçiləri”nin aksiyasında həbs olunanlar olsa da,əsas təşkilatçılara toxunulmadı.Hətta bir az geriya getsək N.Paşinyanın həyat yoldaşı Anna Hakobyanın redaktoru oldugu qəzet də Rusiya əleyhinə dərc olunan silsilə yazılar da Putinə qarşı ümumi planın tərkib hissəsi kimi anlaşılmaqdadır.Artıq heç kim də şübhə digurmur ki,Yerevandakı hakim elita erməni cəmiyyətindəki anti-Rusiya ab-havasının,hətta rusofobiyanın müəllifidir.Konkret olaraq,Paşinyanın Ermənistandakı rus hərbçilərinin respublikanın təhlükəsizliyinə təhdid oldugunu deməsi bu,artıq kifayət qədər ciddi siqnaldır.Nikolun dediklərindən belə bir arqument də hasil olur ki,Rusiya hətta onu da Ermənistan ordusunun daxilindəki şəbəkəsi ilə hakimiyyətdən devirə bilər.Bu,həm də o deməkdir ki,Rusiyanın başı nə qədər Ukraynadakı işgala qarışsa da,Kremlin həm Ermənistan ordusunda,həm də siyasi isteblişment daxilində təsir rıçaqları hələ də qalmaqdadır.Paşinyan eyni zamanda,Ermənistandakı rus hərbi bazasını təhdid kimi vurgulamaqla,Qərbə də siqnal ötürdü.N.Paşinyan Qərbə dedi ki,mən özümü heç də Yerevanda rahat hiss etmirəm və hökumətimə qarşı hər an kreml tərəfindən “dövlət çevrilişu”ssenarisinə start verilə bilər.

N.Paşinyan keçirdiyi mətbuat konfransında onu da dedi ki,o,qərbli həmkarları ilə keçirdiyi təmaslar zamanı Azərbaycan özünün “aqressiv hərəkətlərini”Rusiya və Ermənistanın birgə təcavüzkar hərəkətlər hazırlamasından ehtiyat etməkdə əsaslandırır.
Əlbəttə,Paşinyanın bu arqumenti də əssasız və məntiqsizdir.Üstəlik,erməni baş nazir onu da deyir ki,Azərbaycan həm 90-cı illərdə,həm də ötən ilin mayında da Ermənistanın suveren ərazilərinin bir hissəsini işgal edib.Bu,Paşinyanın ikiüzlülüyünün,siyasi səbatsızlıgının bariz nümunəsidir.Görünür,N.Paşinyan ya 90-cı illərdəki hadisələri ya bilmir,ya da bilərəkdən təhrif edir.

Paşinyan Ruben Vardanyanın bostanına daş atdı

Ermənistanın baş naziri N.Paşinyan onu da dedi ki,dünyada elə bir ölkə olmayıb və yoxdur ki,Qarabagı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.Paşinyan onu da vurgulayıb ki,Praqa görüşünün yekunlarına əsasən,Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunub.Erməni baş nazir iddia edir ki,Praqa görüşünə əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır,amma Azərbaycan qarşı tərəfin ərazi bütövlüyünü tanımaqdan boyun qaçırır.Əslində,məsələ çox sadıdər,Ermənistan Alma-Ata Bəyannaməsinə istinad etsə də,Qarabagı Azərbaycanın tərkib hissəsi oldugunu açıq bəyan etmir.Elə məsələnin qəliz nöqtəsi də budur.
Bir məqamı da vurgulayım ki,Paşinyan Xankəndidəki separatçı qrumun “dövlət naziri”Ruben Vardanyanın da bostanına daş atdı.Paşinyan açıq dedi ki,Qarabagı bütün dünya Azərbaycanın tərkib hissəsi kimi tanıyır.Bu,açıq-aşkar Vardanyana yönəlmiş fikir idi.Paşinyan bunu açıq dilə gətirməklə Vardanyana dedi ki,sən Xankəndidə qeyri-legitim birisən və əsas hədəfin Ermənistanda Rusiyanın dəstəyi ilı hakimiyyətə gəlməkdir.İlk dəfə idi ki,Paşinyan Putinin adamı Vardanyana sətiraltı ismarıc ötürdü.Hətta bundan sonra Paşinyan və Vardanyan arasında söz atışmalarının şahidi ola bilərik.Paşinyan həm də Qərbə də dedi ki,o,Putin və Vardanyanla mübarizə aparır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir