KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdıra bulərmi?

Kamal Aliyev: Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdıra bulərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
312 0

Əlbəttə,siyasətdə hər şey mümkündür.Lakin siyasətdə həm də niyyətlər və potensial,imkan deyilən şeylər də az əhəmiyyətli deyil.

Üstəlik,xarici siyasət eyni zamanda “real politika”və praqmatizmə əsaslanır.Mən həm də o fikirlə də razıyam ki,xarici siyasət elə daxili siyasətin davamıdır.

Bəli,Ermənistanın baş naziri Nikol Paşinyan qərbyönümlüdür və o,bunu jurnalist,qəzet radaktoru oldugu vaxtlarda da qətiyyən gizlətməyib.Hal-hazırda Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan da Ermənistan hökumətinə yaxın bir meçə media orqanlarına faktiki rəhbərlik edir.Paşinyan ailəsi bütövlükdə hesab edir ki,Ermənistanın normal dövlət kimi mövcudiyyətinin qarantı qərbə inteqrasiyadır.
Ancaq bütün niyyətlər həm də imkanlara baglıdır.Paşinyan və onun komandası antirusiya əhval-ruhiyyəsində ola bilər,ancaq reallıqlar və potensial başqa şeyi diktə edir.

Hətta son Soçi görüşündən əvvəl İravanın küçələrində antirusiya mitinqləri keçirildi.Görünən odur ki,ermənilər 44 günlük müharibədə Rusiyanın onları aldatdıgını açıq-aydın dilə gətirirlər.Ermənilər son 30 ildə elə düşünürdü ki,Rusiya onlar üçün “Əbədi Mühafizəçi”olacaq.İndi ermənilərdə belə bir qənaət formalaşıb ki,Rusiya Daglıq Qarabag məsələsində müttəfiq yox,daha çox vasitəçidir.
Ermənilər həm də nankordur.Ona görə ki,Putin əgər 44 günlük müharibəyə müdaxilə etməmiş olsaydı,indi Xankəndi,Agdərə,Xocavənd,Əsgəran və Xocalıda bir dənə də erməni qalmayacaqdı.Sadəcə ermənilər nankor olmaqla yanaşı,maksimalist insanlardır.Halbuki,müharibənin əsas qalibi elə Rusiyanın özüdür.Putinin Rusiyası elə bir kombinasiya qurdu ki,kreml özünün həm geopolitik,həm də geostrateji hədəflərinə çatdı.

Bəli,Ermənistanda kütlə psixologiyasında bu istiqamətdə oturuşmuş rəy formalaşıb.Digər tərəfdən,Paşinyan hökumətinin ayrı-ayrı məmurları da bəzən antirusiya proyeksiyalarını heç gizlətmir də.Məsələn,Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bu yaxınlarda açıq dedi ki,ermənilər Daglıq Qarabagdakı məglubiyyəti Rusiyada görürlər.Dogrudur,Simonyan necə deyərlər,topu xalqa atdı,ancaq məlumdur ki,o,həm də mənsub oldugu iqtidarın da fikirini dilə gətirdi.

İndi Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə keçirilən görüşdən gözləntiləri daha çoxdur.Daha dogrusu,Paşinyan Brüsseldə Azərbaycandan şikayətlənəcək,hərbi əsirlər məsələsini qabardacaq.Paşinyan heç bir halda Rusiyanı şikayət edə bilməz.O,yaxşı dərk edir ki,44 günlük müharibədən sonra qərbin Cənubi Qafqazda mövqeləri nisbətən zəifləyib.Qərbi indi daha çox Ukrayna və Rusiya arasındakı qarşıdurma və onun gələcək perspektivləri maraqlandırır.

Üstəlik,Azərbaycan Avropa İttifaqı üçün alternativ enerji imkanıdır. Mən belə düşünürəm ki,qərb üçün Azərbaycanda demokratiya və insan hüquqlarından əvvəl “etibarlı enerji tərəfdaşlıgı”prinsipi gəlir.Bu,o deməkdir ki,Paşinyanın Brüsseldəki şikayətləri elə də əhəmiyyətli deyil və bu,daha çox erməni auditoriyasına hesablanıb.

Ermənistan nə indi,nə də gələcəkdə Rusiyaya qarşı “meydanoxumaya”getmək gücündə deyil. Avropa İttifaqı Ermənistana 2,6 milyard avro ayırsa da,bu da onu Rusiyadan uzaqlaşdırmaq gücündə deyil.Bu ölkənin bütün enerji,nəqliyyat sistemi Rusiyanın nəzarətindədir.
Üstəlik,Ermənistandakı 102 saylı hərbi baza 2041-ci ilə qədər bu ölkədə qalacaq.
Sadəcə,Paşinyan manevr edir,vaxt udur və o,da bilir ki,antirusiya siyasəti Ermənistan kimi resursları məhdud olan ölkə üçün qeyri-məqbuldur.
Yox,əgər, Paşinyan səmimi olaraq ölkəsini qərb demokratiyasına yaxınlaşdırmaq xəttinə üstünlük verərsə,bu istiqamətdə daha israrcı olarsa,heç kim zəmanət verə bilməz ki,sabah Rusiya onu növbəti dəfə cəzalandırmayacaq.
Qarşımızda Rusiya və onun Putin kimi
“gözüdönmüş”diktatoru var.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir