KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan dogruları etiraf edir,yoxsa yenə də vaxt udmaga çalışır?

Kamal Aliyev: Paşinyan dogruları etiraf edir,yoxsa yenə də vaxt udmaga çalışır?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
153 0

-Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki,bütün Qarabag münaqişəsi dövründə öz müqəddaratını təyin etmə(self-determination) və ərazi bütövlüyü prinsiplərinin yayn-yana dayanması “müəyyən ərazinin bir hissəsi”deməkdir.Paşinyan etiraf edib ki,Erməni tərəfi bu fəlsəfəni yaratdı,onu möhkəmləndirməyə çalışdı və bununla da “Qarabag xalqı”aldatdı.Fikir versək,bu,Paşinyan tərıfindən olduqca maraqlı etirafdır.Erməni baş nazir bu dedikləriylə sələflərinin “öz müqəddaratını təyin etmə”prinsipi ilə ekspansiya siyasəti güddükərini,Qarabag ermənilərini aldatdlqlarını açıq dilə gətirib.Hərçənd,az qala Azərbaycan tərəfi də 30 ildir bu tezisi bəyan edir.Və belə demək mümkünsə,Paşinyan əgər bu dediklərində səmimidirsə,o zaman Azərbaycanın Qarabag ermənilərinin reinteqrasiya planına nəinki qəbul etməli,hətta ona dəstək verməlidir.
Yeri gəlmişkən,Paşinyan bu dedikləri ilə Rusiyanın da bostanına “daş”atdı.Yəni,Rusiyaya dolayı yolla dedi ki,Qarabagdakı ermənilərin “öz müqəddaratını təyinetmə”məsələsinin arxasında gizlənməklə,bölgədə uzun müddət qalma haqqınız yoxdur.Belə demək mümkünsə,N.Paşinyan(nə qədər səmimidirsə)bu dedikləri ilə Azərbaycan tərəfinə “pas”ötürdü.Indi görək,dövlət başçısı İlham Əliyev bu ötürməni “qola”çevirə biləcəkmi…

 

 

 

-Nikol Paşinyan onu da deyib ki,2020-ci il müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında hərbi balansı bərpa etmək üçün ciddi planları var.Paşinyana görə,son müharibə və ondan sonra ordudakı planları həll etmək üçün pul qıtlıgı olsun.Erməni baş nazirə görə,hərbi məsələlərin ictimai müzakirəsi”təhdidlər yarada bilər”.
Nikol Paşinyan bununla demək istəyir ki,onların pulu var və orduya yeni silah-sürsat almaqda problem yoxdur.Əlbəttə,Yerevan indi silah-sürsat arsenalını İran və Hindistan kimi ölkələrin hesabına kompensasiya etmək istəyir.Görünür,Rusiya əvvəlki kimi Ermənistana silah tədarük etmir.Nikol Paşinyan bu sözlərlə erməni cəmiyyətinə siqnal ötürür ki,narahat olmaga dəyməz,pulumuz var və rus silahlarına möhtac deyilik.Biz erməni baş nazirin bu fikirlərini “militarist”əhval-ruhiyyəni ehtiva etdiyinə də qənaət gətirə bilərik.Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Hindistanda,təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da İranda idi.Təbii ki,hər iki erməni məmur bu ölkələrdə həm də silah-sürsat alverini də ehtimalla müzakirə ediblər.

 

 

 

 

-Nikol Paşinyan deyib ki,dövləti xəyanətdə 53 nəfər ittiham olunur və onların əksəriyyəti hərbçidir.Şübhəsiz ki,Paşinyan bununla Rusiyanın Ermənistan ordusunun daxilində “casus şəbəkəsi”nin olduguna açıq olmasa da,üstüörtülü eyham vurur.Hətta belə demək mümkünsə,44 günlük müharibədən sonra həm Azərbaycan-Ermənistan şərti dövlət sərhədində,həm də Qarabag ərazisindəki ugursuzluqları erməni baş nazir məlum “agentura şəbəkəsi”nin üzərinə qoyur.Erməni baş bazir ona da təmas edir ki, Ermənistan ordusunun daxilində Rusiyanın “təsir rıçaqları”qalmaqda davam edir.Bundan başqa,o da məlumdur ki,Ermənistanın siyasi elitasında Rusiyanın “5-ci kalonu”hələ də aktivdir.Paşinyan isə müəyyən siyasi etika xatirinə Kremli birbaşa tənqid etməsə də,erməni cəmiyyətinə təlqin edir ki,məni hər şeydə suçlamayın,Rusiya hələ də daxilimizdə təsirlidir.

 

 

 

 

-Paşinyan bu gün onu da bəyan edib ki,qonşularımıza qarşı(Azərbaycan və Türkiyəni nəzərdə tutur)ərazi iddialarından əl çəkməliyik.Paşinyana görə,Ermənistanın 29,8 min kv.km ərazisi beynəlxalq ictimaiyyət tərəfindən tanınsa və biz başqa dövlətlərə qarşı ərazi iddialarından əl çəksək,o zaman sülh olacaq.O,deyib ki,Ermənistan başqa dpvlətlərə qarşı ərazi iddialarından əl çəkməsə,o zaman onun mövcudlugu da sual altında qalacaq.Paşinyanın bu sözləri deyərdim ki;”Böyük Ermənistan”xülyasına ciddi zərbədir.Eyni zamanda,Paşinyanın bu dedikləri “erməni mifi”nin darmadagın edilməsi,yeni paradiqma və doktrina deməkdir.Paşinyanın dediyi kimi,saxta nəzəriyyədən əl çəkib reallıqla barışmaq zamanıdır.Erməni baş nazir sələfləri-Robert Köçəryan,Serj Sərkisyandan fərqli olaraq,praqmatik siyasətçi imici göstərməyə çalışır.
Təbii ki,Paşinyan həm də bu gün dediyini sabah inkar edəcək,”U”dönüşü etməyi sevən siyasətçilərdəndir.Yəni,mümkündür ki,gələcəkdə Ermənistan siyasi və hərbi balansı xeyrinə dəyişməklə,praqmatizimdən imtina edə də bilər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir