Ermənistanda daxili ictimai-siyasi sabitlik artan xəttlə gərginləşməkdədir.Daha dogrusu,həm Kreml,həm də Ermənistanın daxilindəki revanşist əhval-ruhiyyəli müxalif qüvvələr baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçəcəklər.Onu da nəzərə almalıyıq ki,bu il Ermənistanda 2018-ci ildə baş verən və Paşinyanın 8 mayda iqtidara gəlməsi ilə nəticələnən “məxməri inqilab”dan beş il ötür.
Görünən budur ki,keçmiş prezidentlər-Robert Köçəryan və Serj Sərkisyana yaxın parlament müxalifəti Paşinyana qarşı küçə mübarizəsinə hazırlaşır.Digər tərəfdən,Ermənistan parlamentinin vitse spikeri olan və “Daşnaksütyun”partiyasının üzvü olan İşxan Saqatelyan da artıq indidən küçə mübarizəsinin anonsunu verib.Lakin Ermənistanda gözlənilən siyasi çaxnaşmada Kremlin rolunu nəzərə almalıyıq.Belə qənaətə gəlmək olar ki,Rusiya daşnaklara deyil,Köçəryan-Sərkisyan cütlüyünə,onların siyasi zehniyyətinə yaxın olan birinin Paşinyanın yerinə keçməsində maraqlıdır.Bu,eyni zamanda,Rusiyanın Ukraynada hələ də davam etdirdiyi qanlı işgal müharibəsinin gedişindən də asılı olacaq.Yəni,Putin Ukraynada ugur qazanarsa,bu,istər-istəməz Paşinyanın kreslosunu da laxladacaq.Rusiya birmənalı olaraq,Paşinyanın ona yaxın qüvvə(lər)tərəfindən əvəzolunması prosesinə başlayıb.Buna rəgmən,Nikol Paşinyan da Rusiyanın pərdəarxası planlarından xəbərdardır və o,preventiv siyasi gedişlərə baş vuracaq.
Maraqlı detal həm də odur ki,Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirir.Bu,şübhəsiz ki,Ermınistan daxilindəki Rusiyayönümlü müxalifətə impuls verir;erməni müxalifəti Azərbaycanla sülh müqaviləsinin imzalanmanasını öz “uguru”kimə göstərir,eyni zamanda, bəyan edir ki,Paşinyan Ankara və Bakının ortaq sülh strategiyasına xidmət göstərir.
Yaxın aylarda Ermənistan daxilində “siyasi hərarətin”yüksələcəyini proqnoz etmək o qədər də çətin deyil.Onu da nəzərə almalıyıq ki,Paşinyan iqtidarının daxilində monolitlik heç də kənardan göründüyü kimi saglam deyil.Üstəlik,vaxtaşırı Paşinyanın komandasına daxil olan fiqurlar ziddiyyətli bəyanatlar verməkdədirlər.Məsələn,hakim “Vətəndaş Müqaviləsi”partiyasının deputatı Q.Melkonyan deyir ki,Beynəlxalq Ədalət Məhkəməsini çıxardıgı qərara əsasən(Roma Statutu),V.Putin Ermənistana gəlsə,həbs olunacaq.Lakin Ermənistan parlamentinin spikeri Alen Simonyan isə deyir ki,Rusiya Yerevanın müttəfiqidir və Putinin həbs olunacagını demək absurddur.Gördüyünüz kimi,son vaxtlar Paşinyanın komandası daxilində antoqanizm hökm sürür və bu,revanşist müxalifətin motivasiyasını daha da artırır.Spiker Alen Simonyanın son vaxtlar bəzi davranışları Paşinyanın vəziyyətini bir qədər də pisləşdiri.Simonyan əvvəlcə deyir ki,Paşinyanın oglu Aşot küçədə başqaları tərəfindın döyülür və o,bunda siyasi çalar axtarmaga cəhd edir.Daha sonra Aşot Paşinyan döyülmədiyini bəyan deyir.A.Simonyan küçədə ona “satqın”deyən bir vətəndaşı yanına gətizdirərək onun üzünə tüpürür.Və Simonyanın bu addımını Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan sərt şəkildə tənqid edir.Bütün bu baş verənlər on uj deməyə əsas verir ki,Paşinyan hökumətinin daxilində ciddi siyasi katakilizm hpkm sürür və bu,Rusiyanın ölkıdəki 5-ci kalonunu daha da həvəsləndirir.Lakin Nikol Paşinyanın Qərbdə nüfuzu yüksəkdir və onun demokrat imici hələ də aktualdır.Məhz Rusiya da bu amili nəzərə alaraq,hələ ki,proseslərin gedişatını müşahidə edir.Nəzərə almalıyıq ki,Nikol Paşinyan son dövrlərdəki bütün kaprizlərinə rəgmən,Rusiyanın təsir dairəsində olan müxalifətdən Azərbaycan üçün daha məqbul seçimdir.Təhlükəli punkt budur ki,Rusiyanın istədiyi siyasi komanda iqtidara gələrsə,yeni müharibə ehtimalı daha yüksəkdir.Fərz edirəm ki,Qərb də Rusiyaya yaxın siyasi elitanin iqtidara gəlməsinin nə qədər təhlükəli oldugunun fərqindədir.Mümkündür ki,qarşıdan gələn aylarda Azərbaycan və Ermənistan arasında artıq bir müddətdir fasilə verilmiş sülh danışıqlar Brüssel Formatı çərçivısində yenidən bərpa olunsun.Bakı və Yerevan arasındakı təmaslarda pauzanın davam etməsi,sülh müqaviləsinin imzalanmamasında v əı mövcud status-kvonun(nə hərb,nə sülh)qalmasında Moskva çox maraqlıdır.
Kamal Aliyev